Dövlət Gömrük Komitəsinin beynəlxalq əməkdaşlıq
əlaqələri genişlənir
Martın 6-da Birləşmiş
Millətlər Təşkilatının Narkotiklər və
Cinayətkarlıq üzrəİdarəsi ilə
Ümumdünya Gömrük Təşkilatının birgə
həyata keçirdiyi “Konteyner Daşınmalarına Nəzarət”
və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə
İdarəsinin Mərkəzi Asiya Regional Nümayəndəliyinin
“Azərbaycanda və Mərkəzi Asiyada prekursorlara nəzarət”
adlı layihələri çərçivəsində “Ford
Ranger” markalı xüsusi nəqliyyat vasitəsinin, eləcə
də müxtəlif avadanlıqların Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinə təqdim
olunması ilə bağlı xüsusi mərasim
keçirilmişdir.
Mərasimdən
öncə Dövlət Gömrük Komitəsinin sədri,
gömrük xidməti general-leytenantı Aydın Əliyev
BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi
Asiya üzrə Regional Nümayəndəliyinin rəhbəri
Aleksandr Sıçovu və proqram koordinatoru Qalina Fomaidini qəbul
etmişdir.
Qonaqları
səmimiyyətlə salamlayan DGK sədri Aydın Əliyev
ilk öncə bu nəcib təşəbbüsə görə
BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinə
təşəkkürünü bildirmiş,
qarşılıqlı əməkdaşlığın gələcək
perspektivlərindən bəhs etmişdir. Ümumiyyətlə,
BMTilə Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi arasında mövcud əlaqələrdən məmnunluqla
söhbət açan DGK sədri 1999-cu ilin yanvar ayından
icrasına başlanılan BMT İP və Azərbaycan
Hökuməti arasında “Azərbaycan Respublikası Dövlət
GömrükKomitəsinin potensialının gücləndirilməsi
və məlumatların ötürülməsi şəbəkəsinin
yaradılması” layihəsindən, bu layihənin
avtomatlaşdırılmış idarəetmə sisteminin
yaradılması sahəsində gömrük xidmətinin
inkişafına olduqca müsbət təsirindən
danışmışdır.
Birgə
gerçəkləşdirilən layihələrin
bütövlükdə BMT İnkişaf Proqramının
Dövlət Gömruk Komitəsinə xüsusi diqqət və
qayğısının təzahürü kimi qiymətləndirən
A.Əliyev avtomatlaşdırılmış sistemin informasiya
mübadiləsinə və məlumatların operativ surətdə
sərhəddən mərkəzə
çatdırılmasına münbit şərait
yaratdığını, gömrük prosedurlarının və
potensialının gücləndirilməsi üzrə
planlaşdırılan fəaliyyətin inkişafına
layiqli töhfə verdiyini xüsusi olaraq
vurğulamışdır.
2011-ci
ildə Bakıda BMT-nin dəstəyi ilə keçirilən
narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə üzrə beynəlxalq Konfransda
BMT-nin arkotiklər və Cinayətkarlıq üzrə
İdarəsinin icraçı direktoru Yuri Fedotovun
iştirakını məmnunluqla xatırlayan DGK sədri bu
mötəbər konfransın əhəmiyyətindən
danışmış, ümumiyyətlə, narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində
Azərbaycan Gömrük Xidmətinin son illər həyata
keçirdiyi məqsədyönlü tədbirlərdən ətraflı
bəhs etmişdir.
Dövlət
Gömrük Komitəsinin sədri Aydın Əliyev bu
günlərdə Əfqanıstan İslam Respublikasına rəsmi
səfəri barədə də qonaqlara məlumat vermiş,
Azərbaycan gömrük xidməti tərəfindən bu
ölkənin gömrük orqanlarına müxtəlif
avadanlıqların, gömrük işinə aid ədəbiyyatların,
həmçinin narkotik maddələrin aşkarlanması
üzrə təlim keçmiş iki ədəd kinoloji xidmət
itinin Əfqanıstan Beynəlxalq Hava Limanında fəaliyyət
göstərən polis orqanlarına hədiyyə edildiyini
diqqətə çatdırmışdır. Ümumiyyətlə,
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
tərəfindən dünyanın müxtəlif ölkələrinin
gömrük xidmətlərinə-Türkiyə, Makedoniya,
Bolqarstan, Gürcüstan, Monqolstan və s. ölkələrə
kinoloji xidmət itlərinin təmənnasız olaraq hədiyyə
edildiyini qeyd edən komitə sədri gələcəkdə
bu istiqamətdə işlərin davam etdiriləcəyini
vurğulamışdır.
İstər
fiskal funksiyanın yerinə yetirilməsində, gömrük
nəzarətinin təşkilində, istərsə də
qaçaqmalçılıq və gömrük
hüquqpozmalarına qarşı mübarizədə müstəqil
Azərbaycanın gömrük orqanlarının rolundan bəhs
edən Aydın Əliyev Gömrük Xidmətinin maddi-
texniki bazasının möhkəmləndirilməsi məsələlərinə
də toxunmuş və qeyd etmişdir ki, hazırda
bütün gömrük-keçid məntəqələri
yenidən qurulmuş, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə
verilmişdir. Bu işlərdən sonra Azərbaycan sərhədlərində
bütün mal və nəqliyyat vasitələri sadələşdirilmış
qaydada gömrük nəzarətindən keçir ki, bu da
ticarətin asanlaşdırılması və təhlükəsizliyi
işinə öz töhfəsini verir.
Xoş
sözlərə və səmimi qəbula görə Dövlət
Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkürünü
bildirən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə
İdarəsinin Mərkəzi Asiya Regional Nümayəndəliyinin
rəhbəri Aleksandr Sıçov müstəqil Azərbaycanın
gömrük orqanlarının inkişaf tendensiyasından
razılığını ifadə etmiş və bu
inkişafın nəticəsi olaraq Azərbaycan Gömrük
Xidmətinin bir sıra ölkələrə, o cümlədən
Əfqanıstan kimi qeyri-sabit bir bölgəyə etdiyi təmənnasız
yardımları yüksək qiymətləndirmişdir. Bu
gün təqdim olunacaq avadanlıqlar barədə məlumat
verən qonaq, ümumiyyətlə, BMT-nin Azərbaycan
Gömrük Xidmətinə yardımını bundan sonra da əsirgəməyəcəyini
bildirmiş, mövcud olan sıx və səmərəli
münasibətlərin gələcək perspektivlərindən
bəhs etmişdir.
Sonra
Dövlət Gömrük Komitəsində BMT-nin Narkotiklər
və Cinayətkarlıq üzrə İdarəsi ilə
ÜGT-nin birgə həyata keçirdiyi, eləcə də
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə
İdarəsiMərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin
müvafiq layihələri çərçivəsində Azərbaycan
tərəfinə verilən avadanlıqların təqdim edilməsi
mərasimi keçirilmişdir. Məlumat verilərək
bildirilmişdir ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq
üzrə İdarəsi ilə ÜGT-nin birgə həyata
keçirdiyi “Konteyner daşınmalarına nəzarət”
layihəsinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilən
“Əfqanıstandan narkotik vasitələrin qeyri-qanuni
dövriyyəsi ilə mübarizə” adlı fazası
çərçivəsində Dövlət Gömrük
Komitəsinə təhvil verilən avadanlıqlar “Bakı Beynəlxalq
Liman” dəniz nəzarət postunda və Astara Gömrük
İdarəsində yaradılması planlaşdırılan
konteynerlərə nəzarət bölmələrinin təchizatı
üçün nəzərdə tutulmuşdur. Bu
avadanlıqlara kompyuterlər, printerlər, USB cihazı kabelləri,
UPS cihazları, printer-skaner aparatı, rəqəmsal fotokamera
və gömrük nəzarətinin həyata keçirilməsi
üçün vasitələr daxildir. BMT-nin Narkotiklər və
Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi
Asiya üzrə Regional Nümayəndəliyinin “Azərbaycanda
və Mərkəzi Asiyada prekursorlara nəzarət” adlı
layihəsi çərçivəsində isə Dövlət
Gömrük Komitəsinə “Ford Ranger” markalı xüsusi nəqliyyat
vasitəsi, CT30 KİT markalı baxış komplekti, kimyəvi
maddələrdən müdafiə
üçün vasitələr, naviqasiya cihazı (GPS),
prekursorların müəyyən edilməsi üzrə
komplektlər təhvil verilir. Sözügedən nəqliyyat
vasitəsi və avadanlıqlar DGK mobil qruplarının
narkotik vasitələrin hazırlanmasında istifadə oluna
bilən və qaçaqmalçılıq yolu ilə
keçirilən prekursorları aşkarlamaları və
qanunsuz dövriyyədən çıxarmaları
üçün nəzərdə tutulmuşdur.
DGK-nın mətbuat xidməti
Xalq qəzeti.- 2013.- 7 mart.- S. 5.