İspaniya kraliçası Məhsəti Gəncəvinin qədim miniatürlərini Azərbaycana hədiyyə etmişdir

 

İspaniya kraliçası, Yunanıstan və Danimarka şahzadəsi Sofiya dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə onun qədim miniatürlərini Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə hədiyyə etmişdir.

 

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Elmi Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə məlumat vermişdir.

Onun sözlərinə görə, mərkəzə kraliça tərəfindən 8 miniatür və 1 illüstrasiya hədiyyə olunmuşdur. Miniatürlərin içində qədim əlyazmalar da var: “Miniatürlərin bəziləri vaxtilə rusların Ərdəbil kitabxanasından İspaniyaya apardıqları sənət əsərləridir. Bəzi miniatürlər isə İspaniyanın özünə məxsusdur. İspaniya uzun müddət müsəlman dünyası ilə sıx bağlı olduğundan burada qədim şərq, ərəb-fars əlyazmaları çoxdur”.

Qeyd edək ki, hədiyyə olunan miniatürlər XIV-XV əsrlərə aiddir.

 

 

Xalq qəzeti.- 2013.- 14 mart.- S. 6.