Ramiz Quliyev: Azərbaycan
mədəniyyətinin bir parçası
olan muğam
xalqımızın göz bəbəyi kimi qoruyub gələcək
nəsillərə ötürdüyü
sənət nümunəsidir
2012-ci
ildə Azərbaycanın tar ifaçılığı sənətinin
UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs
üzrə reprezentativ siyahısına salınması tar sənətinin
dünyada inkişaf mərhələsinin göstəricisidir.
AzərTAc xəbər verir ki, bu
sözləri “Muğam aləmi” Üçüncü Beynəlxalq
Muğam Festivalı çərçivəsində
keçirilən “Azərbaycan muğamlarında və Şərqin
oxşar ənənəvi janrlarında musiqi alətlərinin
rolu” mövzusunda Beynəlxalq elmi simpoziumda iştirak edən
xalq artisti Ramiz Quliyev jurnalistlərə müsahibəsində
demişdir.
Xalq
artisti festivalın açılış mərasimində
ölkəmizin birinci xanımı Mehriban Əliyevanın
çox aydın, gözəl məzmunlu
çıxışının dövlətimiz tərəfindən
Azərbaycan muğam sənətinə göstərilən
diqqət və qayğının sübutu olduğunu
bildirmişdir. O, bir musiqiçi, tarzən kimi buna sevindiyini
vurğulamış və bildirmişdir ki, Azərbaycan mədəniyyətinin
bir parçası olan muğam xalqımızın göz bəbəyi
kimi qoruyub gələcək nəsillərə
ötürdüyü sənət nümunəsidir.
Xalq
artisti bu festivalın əvvəlkilərdən bir çox cəhətləri
ilə fərqləndiyini, təkcə xanəndələrin
deyil, eyni zamanda, instrumental ifaçıların da müsabiqədə
iştirak edəcəklərini bildirmişdir.
Ramiz
Quliyev bu günlərdə iki gözəl bayramın - Beynəlxalq
muğam festivalının keçirildiyini və Novruz bayramı ərəfəsində
olduğumuzu və bu əlamətdar
hadisələrin həm xalqımıza, həm də qonaqlara
gözəl ovqat və xatirələr
bağışlayacağına əminliyini ifadə
etmişdir.
Xalq qəzeti.- 2013.- 14 mart.- S. 7.