“Heydər Əliyev və neft diplomatiyası” müsabiqəsinə start verildi
Dünən Azərbaycan Dövlət Neft Akademiyasında ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı geniş tədbir keçirildi.
Azərbaycanın sənaye və
energetika naziri Natiq Əliyevin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan ADNA rektoru, akademik Siyavuş Qarayev qarşıdan ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin gəldiyini, bu münasibətlə Neft Akademiyası, Sənaye və Energetika Nazirliyi və Diplomatiya Akademiyasının
birgə müsabiqə
təşkil etdiyini bildirdi. Rektor, eyni zamanda, nazir
Natiq Əliyevin tərcümeyi-halı haqqında
məlumat verərək
qeyd etdi ki, O, Neft Akademiyasının
məzunudur, ali təhslini başa vurduqdan sonra neft sənayesinin müxtəlif sahələrində
çalışıb, dissertasiya
müdafiə edərək
alimlik dərəcəsi
alıb, 1993-cü ildən
2005-ci ilədək Azərbaycan
Dövlət Neft Şirkətinin prezidenti vəzifəsində ulu öndərlə çiyin-çiyinə
işləyib.
Natiq Əliyev çıxış
edərək Azərbaycan
Prezidenti İlham Əliyevin 21 yanvar
2013-cü il tarixli sərəncamı ilə xalqımızın
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkəmizdə dövlət
səviyyəsində geniş
qeyd olunacağını
bildirdi. Onun sözlərinə görə, artıq bu cür tədbirlərə
başlanılıb. Azərbaycanda
müasir diplomatik, hüquqi və dünyəvi dövlət
quruculuğunda, vətəndaş
cəmiyyətinin qurulmasında,
elmin, təhsilin, mədəniyyətin inkişafında,
eləcə də ölkəmizin neft sənayesində neft amilindən məharətlə
istifadə olunması
nəticəsində iqtisadiyyatımızın
inkişafında, beynəlxalq
əlaqələrin, Avropa
və dünya ölkələri ilə münasibətlərin qurulmasında
Heydər Əliyevin misilsiz xidmətləri olub. Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən
ölkəyə çevrilməsi,
milli neft strategiyasının uğurla
həyata keçirilməsi,
xarici dövlətlərin
aparıcı neft şirkətləri ilə
əməkdaşlığı, neft sənayesinin müasir tələblərə
uyğun infrastrukturunun
yaranması ulu öndər Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində mümkün
olub. Heydər Əliyevin beynəlxalq
aləmdə apardığı
bu siyasət nəticəsində müstəqil
Azərbaycanın neft
diplomatiyasının fəal
mövqeyi formalaşıb.
Bu mənada nazirliyin
təşəbbüsü ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən müsabiqənin
“Heydər Əliyev və neft diplomatiyası”
adlandırılması da
təsadüfi deyil.
Nazir Heydər Əliyevin neft diplomatiyasının mahiyyəti haqqında ətraflı məlumat verərək dedi ki, bu, 1993-cü ildə iqtisadiyyatı, sənayesi tamamilə dağılmış Azərbaycanın
maraqlarının beyənlxalq
aləmdə siyasi və iqtisadi cəhətdən qorunmasını
təmin edən siyasət idi. Heydər Əliyev
1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə
qayıdarkən ölkə,
demək olar ki, hərc-mərclik və anarxiya girdabına yuvarlanmış,
iqtisadiyyat dağıdılmış,
büdcə tamamilə
boşaldılmışdı. Hərbi qruplaşmalar ölkədə
özbaşınalıq edir,
heç kəs heç kəsə tabe olmur, ermənilər
ölkənin içərilərinə
doğru irəliləyirdi.
Rusiya ilə, keçmiş müttəfiq respublikalarla
əlaqələr qırılmışdı.
Azərbaycan, demək olar
ki, siyasi, iqtisadi blokadada idi. Artıq Azərbaycanın gələcəyinə ümidlərini
itirmiş ziyalılar
ölkəni tərk edirdilər. Belə bir vaxtda 1969-1982-ci illərdə Azərbaycana
rəhbərlik etmiş,
SSRİ kimi nəhəng
bir dövlətdə
Nazirlər Soveti sədrinin birinci müavini olmuş, Siyasi Büronun üzvü kimi geniş siyasi fəaliyyət göstərmiş
Heydər Əliyev kimi təcrübəli dövlət xadiminə ehtiyacı vardı.
Ulu öndər
əvvəlcə ölkədə
yaranmış böhran
vəziyyətinin səbəblərini
axtardı, mütəxəssislərlə
məsləhətləşdi və doğru-düzgün
çıxış yolu
tapdı. Neft sənayesini inkişaf
etdirmək, bu işə xarici şirkətləri cəlb
etmək lazım idi. Eyni zamanda, xarici
şirkətlər özlərinin
texnologiyaları, istehsal
avadanlıqları ilə
gəlməli idilər.
Çünki keçmişdəki avadanlıqlar müasir şəraitdə işə
yaramırdı. Amma hələ
siyasi, iqtisadi risklər qalmaqda idi. Hər qəpiyinin hesabını
aparan xarici şirkətlər bu risklərə hazır idilərmi? Ölkədə qeyri-sabitlik vardı,
müharibə davam edirdi, dövlət çevrilişinə cəhdlər
olurdu. Neft müqaviləsi imzalandıqdan
sonra bu risklər özünü
göstərdi: sui-qəsd
nəticəsində bir
neçə dövlət
adamı öldürüldü,
mart hadisələri baş
verdi, Heydər
Əliyevə qarşı
sui-qəsd cəhdləri
oldu. Bununla belə, ulu
öndərin qətiyyəti
sayəsində ABŞ, Böyük
Britaniya və Norveç şirkətləri
cəlb edilməklə
ilk müqavilə imzalandı.
Sonradan Fransa, Türkiyə, Çin, Yaponiya və digər ölkələr
də bu işə cəlb olundu. “Yadımdadır ki, Heydər Əliyev Fransa Prezidenti Fransua Mitteranı necə böyük qətiyyətlə
inandırdı ki, Azərbaycan Avropa üçün çox gərəkli ölkədir
və Fransa şirkətləri də
bizim neft-qaz potensialımızın işlənməsində
iştirak etməlidir”,
- deyə Natiq Əliyev bildirdi.
Onun sözlərinə
görə, Heydər
Əliyev Rusiya ilə qırılmış
əlaqələri də
uğurla bərpa etdi, “LUKoyl” şirkəti yeni neft müqavilələrində
iştirakçı oldu. Artıq Rusiya
rəsmiləri yenidən
Azərbaycana gəlib-getməyə,
əlaqələri möhkəmləndirməyə
başladılar. Bütün bunlar
Heydər Əliyevin öz vətəni, öz xalqı qarşısında gördüyü
çox böyük işlərin yalnız bir qismidir.
Sonra Natiq Əliyev təşkil edilən müsabiqənin şərtləri
haqqında tələbələrə
ətraflı məlumat
verdi, onları
müsabiqədə cəsarətlə
iştirak etməyə
çağırdı.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2013.- 19 mart.- S. 9.