Beynəlxalq terrorizmdə Ermənistan aktorluğ

 

İstər dövlətlər, istərsə də cəmiyyətlər üçün ən real təhlükə mənbələrindən biri də terrorizmidir. Xüsusilə terrorizm beynəlxalq miqyas alaraq sərhədləri aşanda bu, daha təhlükəli xarakter alır. Dünyanın çoxsaylı terror şəbəkəsi arasında erməni terrorizmi xüsusi yer tutur.

 

Fərq yalnız ondadır ki, digər terror aktlarında iştirak edənlərin əksəriyyəti, tədricən də olsa, öz layiqli cəzasını alıb. Lakin bu günə qədər hələ də layiqli cəzasını almayan terrorçuların əksəriyyətini milliyyətcə ermənilər təşkil edir. Çünki terrorçunun cəzalandırılması üçün onuixrac” edən dövlət də cəzalandırılmalıdır. Ermənistan bu gün dünyanın nadir ölkələrindəndir ki, terroru dövlət siyasətinin tərkib hissəsinə çevirmişdir. Lakin istər dünya ictimaiyyəti, istərsə də beynəlxalq qurumlar bu dövlətin üzünə bələd olsalar da, ona qarşı loyal münasibət sərgiləyir və qətiyyətli addımlar atmaq əvəzinə, nədənsə susmağa üstünlük verirlər. Bununla da ermənilərin daha da əl-qol açmaları üçün real imkanlar yaranır.

Son günlər Ermənistanda ictimai-siyasi vəziyyətin gərginləşməsi və beynəlxalq aləmdə ermənilər tərəfindən həmişə olduğu kimi, antiazərbaycan meyillərinin formalaşdırılması missiyası yenidən fəallaşıb. Xocalı soyqırımını Sumqayıt hadisələrinin “məntiqi” davamı kimi qiymətləndirmək və bunu təbliğ etmək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti, Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Ramil Səfərovun 2012-ci ilin 31 avqustunda ölkəmizə ekstradisiya edilməsi və əfv olunması ilə bağlı qərara qeyri-sağlam reaksiyanın davam etdirilməsi, Türkiyənin guya 1915-ci ildə ermənilərə qarşı soyqırımı həyata keçirməsi və digər antitürk siyasəti ilə bağlı məsələlər onların isterik şoular silsiləsinin növbəti işartısını göstərməkdədir. Erməni lobbisi hər vəchlə Dağlıq Qarabağonun ətraf rayonlarının işğal edilməsi fikrinin bir stereotip olmasını iddia edir və dünyanı inandırmağa çalışır ki, bu torpaqlar qədim erməni ərazisidir və ermənilər öz müqəddəratını özləri təyin etməlidirlər. Onların fikrincə, bu işğal deyil, erməni torpaqlarının azad edilməsidir. Şübhəsiz ki, XXI əsrdə belə absurd fikirlər səsləndirmək və dünyanı belə miflərə inandırmaq cəhdləri olduqca təhlükəlidir.

Ermənistan beynəlxalq terrorizmdə xüsusi çəkiyə malikdir. Burada terrorizmin fəaliyyət strategiyası “akademik” şəkildə işlənib hazırlanır. Ermənistan dövləti hətta beynəlxalq axtarışda olan terrorçuları qəhrəman hesab edir, xüsusi terrorçu düşərgələri yaradır, kriminal ünsürləri himayə edir. Bunun əvəzində isə Azərbaycanın öz suveren hüquqlarını bərpa edəcəyinə dair səsləndirdiyi bəyanatları təhdid kimi qəbul edir və beynəlxalq təşkilatlar səviyyəsində müzakirə olunan Qarabağ problemində işğalçı imicini pərdələmək və öz mövqelərini möhkəmləndirmək üçün istifadə etməyə çalışır. Vəziyyət o həddə çatmışdır ki, Azərbaycana qarşı təxribat, pozuculuqterrorçuluq aktları Ermənistanın xüsusi xidmət orqanları tərəfindən işlənib hazırlanır.

 

Cinayətkar  “qəhrəmanlar”

 

Hesabında milyona yaxın günahsız insanın qətli olan “erməni terroru” 100 ildən artıq tarixə malikdir.  Xüsusən Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan ərazilərinin işğalı ilə nəticələnmiş hərbi əməliyyatlara dəstək məqsədilə 1988 - 1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycan ərazisində dinc əhaliyə və vacib infrastruktur obyektlərinə qarşı cəbhə bölgəsindən uzaqlarda xeyli terror aktları və aksiyaları həyata keçirilmişdir. Həyata keçirilmiş 22 terror aktı nəticəsində 2000 nəfərdən artıq insan həlak olmuşdur.

XX əsrin əvvəllərində yüz minlərlə türk-müsəlmanın qatili olmuş Dro, Andranik Ozanyan, Qaregin Njde, Soqomon Teyleryan kimi şəxslər bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırılmış, adları müxtəlif formada əbədiləşdirilmişdir. İrəvanın Yerablu hərbi məzarlığında ASALA-nın ölmüş üzvlərinin xatirəsinə ucaldılmış abidə-kompleksi mövcuddur. Burada əhalinin müxtəlif təbəqələri, o cümlədən dövlət rəhbərliyi tərəfindən anım mərasimləri təşkil edilir və terrorçuların abidəsi ziyarət edilir. Erməni qriqorian kilsələri nəinki Ermənistanda, hətta dünyanın hər yerində terrorda zərərsizləşdirilmiş və öldürülmüş terrorçuların ruhları üçün dua etməklə yanaşı, onları “böyük əzabkeşlər” adlandıraraq utanmadan adlarını uca tuturbu üsulla Türk dünyasına və ümumilikdə bəşəriyyətə qarşı törədilən quldur əməllərə haqq qazandırırlar.

Dünya praktikasında terrorçuların hərəkətlərinə qiymət verilməsi və ekstradisiyasında ikili yanaşma mövcuddur. Bu hal xüsusən erməni terrorçularına daha çox şamil edilir və  onlar müxtəlif bəhanələrlə azadlığa buraxılır.

İtaliyada uzun müddət qanlı terror aksiyaları törətmiş “Qırmızı briqada” terrorçu təşkilatının üzvü, erməni əsilli Marina Petrella 15 il ərzində Fransada sərbəst yaşadıqdan sonra Romanın  tələbi ilə 2007-ci ildə Paris ətrafında həbs olunmuşdur. Hələ 1981-ci ildə polis zabitinin qətlinə, eləcə də adamsilah oğurluğu da daxil olmaqla digər cinayətlərə görə İtaliya məhkəməsinin 1992-ci il tarixli qərarı ilə  Petrellaya ömürlük azadlıqdan məhrumetmə cəzası verilmişdir. Fransa məhkəməsi isə onun ekstradisiyası haqqında qərar qəbul etmişdir. Məhkəmə qərarını ləğv etmək və ya dəyişmək səlahiyyəti olmayan  Fransanın eks-prezidenti Nikolya Sarkozi İtaliyanın sabiq Baş naziri Silvio Berluskoniyə Böyük Səkkizliyin 2008-ci ildə keçirilmiş zirvə görüşündə ölkəsinin Petrellanı əfv olunmaq şərtilə İtaliyaya verəcəyini bildirmişdir. Yəni Fransa prezidenti İtaliyada terror əməlləri törətmiş Petrellanı qeyd-şərtsiz ekstradisiya etməli olduğu halda, onun İtaliyada əfvi ilə əlaqədar İtaliya Baş nazirindən təminat almışdır.

11 sentyabr 1992-ci ildə Kəlbəcər rayonunda saxlanılmış, Ermənistanda dislokasiya olunmuş Rusiya silahlı qüvvələrinin 7-ci ordusunun (39826 nömrəli hərbi hissə) hərbi qulluqçuları olan şəxslər və sıravilər - Yaroslaf Yevsteqneyev, Vladislav Kudinov, Konstantin Tukiş, Andrey Filipkov, Mikail Lisovoy və baş leytenant Vladimir Semyon Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə azadlıqdan məhrumetmə və ölüm cəzasına məhkum edilmişlər. Məhkəmə onları 15 iyun 1992-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə iştirak etməkdə, o cümlədən həmin döyüşdə Azərbaycan ordusunun xeyli sayda əsgərini öldürməkdə təqsirli bilmişdir. V.Semyon 15 il müddətinə azadlıqdan məhrumetmə, qalanları isə ölüm cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 693 saylı 3 sentyabr 1993-cü il tarixli qərarı ilə Rusiya Federasiyasının Prezidenti B.YeltsinRusiya Federasiyası Ali Sovetinin sədri R.Xasbulatovun müraciətlərini nəzərə alaraq həmin şəxslər Rusiya Federasiyası dövlət orqanlarına təhvil verilmişdir. Adları çəkilən hərbi qulluqçular Rusiyaya gətirildikdən sonra azadlığa buraxılmışdılar. 1991-ci il yanvar ayının 9-da jurnalist Salatın Əsgərova və rus hərbçilərinin ölümü ilə nəticələnmiş terror aktında iştiraka görə həbs olunmuş Artaşes Mkrtıçyan, Manvel Sarkisyan, Artur Zaxaryan, Artaşes Zaxaryan, Yenok Osipyan, Arvid Manqasaryan, Qaqik ArutyunyanQarnik Arustamyan cəzalarının qalan hissəsini Ermənistan ərazisində çəkilməsi şərtilə girov götürülümüş Xocalı sakinləri və digər azərbaycanlı vətəndaşlarla dəyişdirilmişdilər. Lakin Ermənistanda adı çəkilən cinayətkarlar azadlığa buraxılmışdılar.

Həmçinin, Dağlıq Qarabağ ərazisində dinc azərbaycanlılara qarşı kütləvi qətllərdə iştirak etmiş Karlen Ayrumyan, Suren Saturyan, Stanislav Sərdaryan, Aleksandr Qriqoryan, Jon Araperyan, Qərib Arutyunyan, Qabriel Qayamyan və Emil Balayan da cəzalarının qalan müddətini Ermənistan ərazisində çəkilməsi şərtilə girov götürülmüş, Azərbaycanın dinc sakinləri ilə dəyişdirilmişdir. Bu cinayətkarlar da Ermənistana təhvil verilən kimi azadlığa buraxılmışlar.

Törətdikləri əməllərə görə ayrı-ayrı ölkələrdə çoxsaylı qətllərdə ittiham edilərək məhkəmə hökmü ilə məhkum olunmuş erməni cinayətkarlarının ekstradisiyası və sonradan əfv edilərək qəhrəmanlaşdırılmasının isə kifayət qədər nümunəsi mövcuddur.  Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyski 1920-ci ilin 19 iyununda Tbilisi şəhərində “Daşnaksütyun” partiyasının üzvü Aram Yerqanyan tərəfindən qətlə yetirilmişcani Ermənistanın milli qəhrəmanı elan edilmişdir. Daha sonra daxili işlər naziri olmuş Behbud xan Cavanşir 17 iyul 1921-ci ildə İstanbulda erməni terrorçusu Misaq Torlokyan tərəfindən qətlə yetirilmişdir. Qatil 1921-ci ildə Britaniya hərbi tribunalının qərarı ilə təqsirli bilinmiş, lakin “cinayəti törədən an anlaqsız  vəziyyətdə olması” bəhanəsi ilə məsuliyyətdən azad edilmişdir. Sonradan o, Yunanıstan, AlmaniyaABŞ-da yaşamışdır.

Varujan Karapetyan 1983-cü il 15 iyul tarixində Orli hava limanında törədilmiş terror aktına görə 1985-ci ildə Parisdə məhkəmə qərarı ilə təqsirli bilinmiş və ömürlük həbs cəzasına məhkum edilmişdir. Erməni mənbələrinə görə, Ermənistan prezidenti Robert Koçaryanın müraciətindən və ASALA təşkilatının terror aksiyalarının yenidən başlamaq barədə hədələrindən sonra 2001-ci il 24 aprel tarixində Ermənistan vətəndaşı olmadığı halda, bu ölkəyə ekstradisiya edilmişdir və yenə də bu respublikanın vətəndaşı olmadığı halda prezident tərəfindən əfv olunmuşdur. Ermənistanın baş naziri Andranik Markaryan terrorçunu qəbul etmişo, qəhrəman qismində ictimaiyyətə təqdim olunmuşdur.

Varujan Karapetyanın törətdiyi cinayətin iştirakçısı olmuş Suran Nayriyan da 1994-cü ildə həbsdən azad edildikdən sonra Ermənistana gəlmişdir.

 

(ardı var)

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2013.- 19 mart.- S. 6.