Türk dünyasının ulu bayramı

 

Baharın hərarəti xəfif yellə obalara yayıldıqca, torpağı isitdikcə təbiət oyanır. Bu oyanışdan qəlblərimizə də bir hərarət, xoş əhval-ruhiyyə, bayram və həmrəylik sevinci hopur. Tarixi əski dövrlərə gedib çıxan Novruz bayramı əsrlərdir, türk ellərinin müxtəlif  bölgələrində  böyük sevinclə qeyd edilmiş, onun adət-ənənələri dövrümüzə qədər qorunulub yaşadılmışdır.

 

Bununla da Novruz təkcə Azərbaycanda deyil, Şərqi Türküstandan (uyğurlar)  tutmuş  Anadoluya kimi böyük bir coğrafiyanı əhatə edən  xalqların ortaq bayramı olmaqla, sanki onlar arasında həm də bir mənəvi körpü, həmrəylik və dostluq əlaqələri bəxş etmişdir.

2009-cu ildə  Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs reprezentativ siyahısına daxil edilməsi  bu bayrama verilən dəyərin sübutu idi. 2010-cu ildə  BMT-nin Baş Assambleyasının 64-cü sessiyasında  Azərbaycan, Türkiyə, Əfqanıstan və Orta Asiya ölkələrinin  təşəbbüsü ilə  Novruz bayramının beynəlxalq səviyyəli bayram statusu qazanması barədə qətnamə qəbul edildi.  Bununla da martın 21-i “Beynəlxalq Novruz Günü” təsis edildi.  Bu qərarı əslində dünyanın bir çox ölkələrində, xüsusilə də türk coğrafiyasında yaşayan xalqların  dünya sivilizasiyasına  verdiyi mədəni töhfə kimi qiymətləndirmək olar.

Müasir dövrdə Novruz bayramı bir sıra ölkələrdə rəsmi dövlət bayramı kimi qəbul edilir, həmin günlər qeyri-iş günü hesab olunurinsanlar bayramı öz ailələri və doğmalarıyla süfrə başında qeyd edirlər. Bu ölkələr sırasına Azərbaycan başda olmaqla,  Türkiyə, Türkmənistan, Özbəkistan,  Qazaxıstan, Albaniya, Əfqanıstan, Qırğızıstan, Makedoniya, Hindistan, Tacikistan daxildir.

 Novruz yenilik, təravət, oyanış və təbiət bayramıdır. Onun hər bir adət-ənənəsinin və simvollarının hər birinin maraqlı və düşündürücü rəmzi mənaları var.  Ölkəmiz də daxil olmaqla,  türk xalqları  Novruzu böyük təntənə və sevinclə bayram edir.  Bəs görəsən, türk xalqlarının hər biri  gecə və gündüzün bərabərləşdiyi  Novruz bayramını necə qeyd edir?

 Orta Asiya xalqları Novruzu özünəməxsus şəkildə bayram edir, milli təamlar bişirməklə yanaşı, milli oyun və nəğmələrlə camaatı şənləndirirlər.  Qazaxlar bayrama qədər digər xalqlarda olduğu kimi evlərdə təmizlik işinə başlayırlar. Onlar ev divarlarına və müxtəlif əşyalar üzərinə gil qablar ataraq sındırırlar.  İnsanlar tonqaldan atlanır, köhnə ilin pisliklərindən  xilas olacaqlarına inanırlar. Novruzda bişirilən yemək  Novruz-köcö” adlanır. Novruz şorbası və ya lapa adlanan yemək isə qazaxlarda qonşular arasında paylanır. İnsanlar  “Naurız meyramı kuttı bolsın!” deyərək bayramlaşırlar. İfaçılar milli və qədim alət olan qopuzdombrada  çalır, nəğmələr ifa edirlər.

Qırğızıstanda isə ilin ilk günü “Nooruz” adlanır və “Nooruz köcö” adlı xüsusi yemək bişirilir.   “Auz köcö” adlı  qovud həmin gün qırğızların önəm verdiyi yeməklərindən  hesab edilir.

Özbəkistanda da Novruz xüsusi mərasimlərlə, musiqi sədaları altında qeyd edilir.

Bir həftə davam edən törənlərdə insanlar bayramın birinci günü bir-birinin evlərinə qonaq gedər, bayramlaşarlar. Özbəklərin bayram süfrəsinin ən şah yeməyi isə plov hesab edilir. Özbəklər buğdanı Novruzun simvolu hesab edərək 15 gün ərzində onu cücərdir, daha sonra “sümələk”  (“səməni”) adlı yemək bişirirlər.Digər ikinci yemək isə ət, noxud və tərəvəzdən hazırlanan  xalisa” (xalim) adlı yeməkdir. Hər iki yeməyin  hazırlanması böyük zəhmət tələb etdiyinə görə qadınlar onu kollektiv hazırlayırlar.

Bayram günləri ənənəvi idman yarışları – at yarışı, güləş, xoruz döyüşləri insanların bayram əhvalını daha da yüksəldir.

Tatarlar da Novruzu böyük coşğuyla bayram edirlər. Novruz əhval-ruhiyyəsi baharın ilk güllərinin cücərtiləriylə  başlayır. Əsasən uşaqlar tülpan novruzgülündən dəstə bağlayıb evə aparır, yazın gəlişiylə bağlı mahnı oxuyurlar. Ev sahibləri onları dəvət edir, qohum qonaqlarını müxtəlif ləziz təam şirniyyətlara qonaq edərək arzularını bildirirlər. Tatarlar    Novruz ərəfəsindəÇorşanbasuriÇorşanbeoxirongünlərini xüsusi qeyd edirlər. Bu günlər azərbaycanlıların  qeyd etdikləriçərşənbəgünləri ilə uyğun gəlir. Hazırda Kazan Ufa tatarları Novruzla bağlı müxtəlif şənliklər, müsabiqələr, xalq gəzintiləri  təşkil edirlər. Qızlar arasında müsabiqə keçirərəkNovruzbikə”, “Novruz güzele” (“Novruz gözəli)  seçirlər. Bunun üçün isə tatar gözəlləri öz bacarıq zəkasını nümayiş etdirməli, milli mahnılar, rəqslər ifa etməlidirlər. Tatarların qonşusu başqırdlar da bu bahar bayramını xüsusi qeyd edirlər. Süfrəni milli şirniyyat yeməklər, xüsusilə beşbarmaq bəzəyir.

Əslən qıpçaq qoluna aid noqaylar ilin başlanğıcınınavruz”, mart ayını isənavruz aeadlandırırlar. Bayramda noqaylartüqərək”, “ozın” “koşemekekimi rəqslər ifa edir, Novruzla bağlınavruz yuray keldik biz”, “ İşçilerdin eşiqine”, Batır bersin beşigine”, “Azan, azan”, “Navruz kunqi mübarek!” məzmunlu mahnılar oxuyurlar.

Türk xalqlarının oğuz  qrupuna aid olan türkmənlər bayram süfrəsinə qoymaq üçün Türkmən çörəyi, türkmən plovu, fətir digər milli yeməklər bişirirlər. Türkmənlərin inancına görə, süfrə qədər zəngin olarsa, həmin  il o qədər bərəkətli olar. Türkmənlər həmçinin bayramdan bir gün öncə  buğda, un, su şəkərdən ibarət xüsusi yemək olan səməni hazırlayır, bayram günü süfrəyə təqdim edilir. Türkmənlərin Novruzu digər türk xalqlarında olduğu kimi  bir-birindən maraqlı oyunlar- “yüzüktapdı”, “keçe-keçe”, “çeke-çeke”, “dengene”, “moncukatdı s. əlavə rəng qatır.

Regionun türk ailəsinə mənsub olmayan bir sıra qonşu xalqları da Novruzu bayram edirlər.

Tacikistanda  Novruz bayramında ev sahibi ya eləcə onun böyük oğulları kabab çəkir, düyüdən ləzzətli plov hazırlayırlar.

Əfqanıstanda Yeni ilin ilk günü bayram bayrağı qaldırılır. Əgər bayraq asan qalxarsa, həmin ilin uğurlu olacağına inanırlar. Bayraq 9 gün ərzində göydə dalğalanır. Əfqanıstanda bayram həmçininRuz-e Dexkan( Kəndli günü) kimi qeyd edilir.

İranda isə bayram şənlikləri 13 gün davam edir, ilk beş gün ərzində insanlar qohum doğmalarını ziyarət edirlər. On üçüncü günü əhali bayramı qohumlarıyla birgə təbiət qoynunda keçirir.

Tarixi mənbələr Şərqi Türküstanda yaşayan uyğurların  Novruzu miladi 9 əsrdən bu yana şənliklər şəklində qeyd etdiyini göstərir. İslamdan öncə Göy Tanrıya inanan  uyğurlar göydəki ulduzların hərəsinə bir ad vermiş, “Akkuzaadlanan ulduzun insanlara xoşbəxtlik gətirəcəyinə inanırdılar.  Akkuza ayının başlanğıc günü-yəni miladi təqvimlə martın 21-i  Yeni Gün bayramı kimi qeyd edilir.

Tarixi araşdırmalara görə uyğurların yaşadığı bölgədə Urumçi ətrafında Qızıl dağda bozqurd heykəli varmış. Bu heykəl qaldırılmadan qabaq martın 20, 21 22-si axşamı heykəl önündə od qalayardılar. İnsanlar sağ əlində şam yandırar, sol əlində isə bozqurda bənzər işarələr edərmişlər. Bu heykəl önündə Yeni ilin bayram edilməsi  qədim türklərin Ərgənəkon dastanının məzmunu  ilə sıx bağlıdır. Belə ki, uzun müddət dağlar arasında yaşayan əski türklər zaman keçdikcə törəmiş, həmin yerlər onlar üçün azlıq etmişdir. Lakin hər tərəfi dağlıq olan bu ərazidən çıxmaq üçün onlar xeyli çalışmış, dəmir döyərək tədricən maneələri əridərək xilas olmuşlar. Beləliklə bozqurdun onlara istiqamət verərək  yardım etməsi türklərin həyatında mühüm rol oynamışdır.  Görünür, əski dastanda inanclarda Bozqurdun xilaskar kimi göstərilməsi bozqurd kultu zaman keçdikcə uyğurların digər türk xalqlarının  bayram, şənliklərində təsəvvürlərində öz izini qoyub. Uyğurlarda martın üçüncü həftəsində dünyaya gələn oğlan uşaqlarının hamısına Novruz adı qoymuşlar. Bu ad sahibləri söz düşəndə Adım Novruzdur, əski urumçiliyəm.”-deyə öyünürmüşlər.

Türk dünyasının böyük şəxsiyyəti alimi Mahmud KaşğarlıDivanu Lüğatı Türkəsərində Novruz bayramı haqqında yazır: “Yeni gündən sonrakı ilk bahar ayına oğlaq ayı deyirlər, ondan sonrakı aya ulu oğlaq ayı deyilir, çünki bu ayda onlar böyüyürlər. İnsanlar bütün canlılar Novruzla canlanır. Novruz aləminin xoşbəxtliyinin əsası bərəkət sevinc qaynağıdır. Ona görə insanlar bir-birlərinə könüllərini açaraq, sevinclərini ortaya qoyurlar”. Uyğur alimi Nizaməddin Hüseynin araşdırmalarına görə uyğurlar Novruzu əsasən 9 ənənə əsasında qeyd edirlər. Hər yerdə novruz davulu çalınaraq bayramın başlanması elan edilir. Hamı kənddə şənlik üçün imkanı daxilində un, yağ, şəkər yeməklər gətirir. Hər bir məhəllədə toplanan ərzaqdanköceadlı yemək hazırlanır. Adətə görə köce yeyildikdən sonra insanlar ayin icra edir, əl verib bir-birlərini təbrik edirlər. Uyğurlar arasında bayramda at gəzintisi, şəhər gəzintiləri, dağ gəzintisi, musiqili məclislər mühüm yer tutur.

Göründüyü kimi, sevinc, bərəkət, oyanış dostluq rəmzi olan Novruz əsrlər keçməsinə baxmayaraq,  öz əhəmiyyətini, aktuallığını qoruyub saxlayır. Çünki Novruz ənənələri məramı əsrlərin sınağından keçərək özünü doğrultmuşdur. Qloballaşan dünyada Novruzun barış, sevinc insanlığa xidmət edə bilən ən ali dəyərləri digər xalqların da diqqətini cəlb edir, bu bayrama xüsusi rəğbət bəsləyirlər.

Novruz qədər fərqli şəkildə qeyd edilsə , kainatda gecə-gündüzün bərabərləşdiyi bu bayram Yeni ilin başlanğıcı kimi bəşəriyyətin ortaq bayramına çevrilməkdədir. Qoy Bu Novruz ellərimizə bərəkət, simalara sevinc, evlərə toy-büsat bəxş etsin!

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2013.- 20 mart.- S. 5.