Azərbaycan İstiqlal Muzeyində azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

 

Ölkəmizdə  31 Mart–Azərbaycanlıların Soyqrımının 95 illiyinə həsr olunmuş tədbirlər keçirilməkdə  davam edir. Belə tədbirlərdən biri də Azərbaycan İstiqlal Muzeyində keçirilib.

Tədbirdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi soyqırımı haqqında ətraflı məlumat verib, soyqrımı hadisələrinin fotoşəkilləri və sənədləri nümayiş etdirilib.

Sonra tədbir iştirakçılarına Bakı soyqırımına həsr olunmuş sənədli film təqdim olunub. Tədbirdə Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak ediblər.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2013.- 31 mart.- S. 6.