“AZƏRBAYCAN DİLİ ANTOLOGİYASI” işıq üzü görüb

 

Qloballaşan dünyada xalqlar arasında əlaqələr və ünsiyyət nə qədər inkişaf etsə və ortaq dəyərlər meydana gəlsə də , hər bir xalqı yaşadan onun əsas xarakterik cəhətləri, milli keyfiyyətləridir. Lakin onlar arasında dil bir  millətin varlığı, yaşamasının  əsas və mühüm  amili hesab edilir.

Təsadüfi deyil ki, anamızın doğma dildə söylədiyi laylalar, nənə-babalarımızın nağılları ilə böyüsək də,  ana dilimizin–Azərbaycan dilinin şirinliyini, saflığını və zənginliyini zaman keçdikcə, yaşa dolduqca daha yaxşı dərk etmişik. Bu yaxınlarda filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun tərtib etdiyi və  “Bakı Çap Evi” nəşriyyatında  işıq üzü görmüş “Azərbaycan dili antologiyası” adlı kitab məhz dilin təkcə bir ünsiyyət vasitəsi deyil, həm də bir millətin milli kimliyinin qorumasının əsas vasitəsi olduğunu təsdiqləyir.

Əməkdar elm xadimi, professor Həsən Mirzəyevin redaktoru olduğu kitabda Azərbaycan dilinin keçdiyi tarixi yol və onun əhəmiyyətinə  aid dəyərli publisistik məqalələr, Azərbaycan ədəbiyyatı və mətbuatının görkəmli ziyalılarının dillə bağlı yazıları  toplanıb.

Müəllif kitaba yazdığı ön sözdə dilin necə meydana gəlməsi, insanların ünsiyyət vasitəsinə olan ehtiyacın yaranması zərurətini təhlil edir və onun millətlərin ictimai həyatında əhəmiyyətini izah edir: “...millətin dili onun ruhudur. Dilini itirən hər bir kəsin ruhu da ölür. Dili ölən kəslər milliliyini itirməklə yanaşı, millətlərin içərisində əriyib yox olurlar. Dil millətin enerjisidir. Dil millətin gücüdür.”  Həqiqətən də xalqın milli şüuru və dünyagörüşünün inkişafında əsas yer tutan dil mühüm faktor kimi tarix boyu görkəmli dilçi və maarifçi ziyalılar tərəfindən diqqətdə saxlanılmışdır.

Azərbaycan mətbuat tarixində mühüm yer tutan qəzet və jurnalları vərəqlədikcə işıqlandırılan əsas mövzular arasında ana dilinin qorunması, əcnəbi dilllərin ona təsiri və ana dilinin xalqın milli təfəkküründə yer tutması və s. mühüm yer tutur. Milli mətbuatımızın əsasını qoymuş görkəmli ziyalı, maarifpərvər qələm sahibi Həsən bəy Zərdabi “Əkinçi” qəzetində  qeyd edirdi ki, hər bir tayfa gərək öz dilində tərəqqi etsin ki, dünyada qala bilsin. Uzaqgörənliklə deyilmiş bu fikirlər həm də millətini daim inkişafda və tərəqqidə görmək istəyən bir ziyalının, bütövlükdə Azərbaycanın maarifpərvər təbəqəsinin arzusu və istəyi idi. “Əkinçi” ilə əsası qoyulan milli mətbuatımız  zaman keçdikcə yeni-yeni mətbu nəşrlərlə formalaşsa da, daim öz milli təəssübkeşliyinə, ana dilimizin saflığının qorunub gənc nəslə ötürülməsinə sadiq qaldı. Mətbuatımızda görkəmli yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə böyük  ənənə və məktəb yaratmış “Molla Nəsrəddin” jurnalının kollektivi  orijinal yanaşma və üslubla, sadə və anlaşıqlı yazmaqla və eləcə də karikaturalarla  həm də Azərbaycan dilinə olan diqqət və sevgini göstərirdi.

Kitabda toplanan materiallar məzmun janr baxımından rəngarəngdir. Belə ki, Azərbaycan dili haqqında dövlətimizin qəbul etdiyi qanun, imzalanan sərəncam fərmanlarla yanaşı, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Firudin bəy Köçərli, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli,  Abbas Səhhət, Səməd Vurğun digər ziyalıların məqalələri, dilimizlə bağlı el mahnıları, atalar sözləri, eləcə şeirlər yer alıb. Ədəbiyyatımızda yaranan əsərlərdə  dilimizin vəziyyəti, ədəbi nümunələrin dili, bədii dilimizin xüsusiyyətləri, dilimizin inkişaf yolları  ilə bağlı tanınmış yazıçı Mir Cəlal Paşayev, Mehdi Hüseyn,  Rəsul Rza, Mirzə İbrahimovun analitik məqalələri çıxışları hələ sovet dövründə bu məsələnin ziyalılarımız tərəfindən diqqətdə olduğunu göstərir. Bu məqalələrin hər birində Azərbaycan dilinin ədəbi mühitdə  işlənməsinin onun zənginliyindən səmərəli bəhrələnmənin vacibliyi vurğulanır. Tərtibçinin antologiyaya daxil etdiyi, ədəbiyyatımızda ana dili ilə bağlı yazılmış bir sıra şeirlər digər əsərlər–Mirvarid DilbazininBaş dil”, Balaş Azəroğlunun “Ana dili”, Xəlil Rza UlutürkünAzərbaycan türkcəsi”, İslam SəfərlininDilim dillər tacıdır”, Bəxtiyar Vahabzadənin  “Ana dili”,“Latın dili”, Məmməd ArazınAraz dili digərləri söz xiridarlarının ana dilimizə verdiyi qiymətin ən gözəl örnəklərindən hesab edilə bilər.     Kitabda müəllif, həmçinin Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı illərdə ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə göstərdiyi diqqəti dövlət dilinin tətbiqi inkişafı ilə bağlı qəbul edilən qanun sərəncamların xüsusi əhəmiyyət daşıdığını vurğulayır. Həqiqətən SSRİ-nin dağılmasıyla  Azərbaycanın müstəqil suveren bir dövlətə çevrilməsindən sonrakı illərdə görülən işlər, atılan addımlar öz bəhrəsini verməkdədir. Milli varlığımız olan dilimizin saflığının qorunması gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın, soydaşımızın mənəvi borcudur.

Kitab Azərbaycan dili ilə bağlı yüzillər boyu yazılan məqalə, şeir  örnəkləri, folklor nümunələri baxımından zəngin dəyərli mənbə rolunu oynayır. Antologiya dilçi filoloqlar, tələbələr eləcə , bu sahə ilə maraqlanan oxucular üçün maraqlı mənbə hesab edilə bilər.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2013.- 31 mart.- S. 7.