Dünya siyasətçisinə ümumxalq rəğbəti SONSUZDUR
Azərbaycan xalqı tarixinin
unudulmaz günlərini yaşayır.
Dövlət müstəqilliyinin möhkəmləndirilməsi
prosesinin əsasını qoyan,
demokratik cəmiyyət yaradan,
dünya miqyaslı siyasətçi, ümummilli liderimiz Heydər
Əliyevin anadan olmasının 90 illiyini təntənə ilə qeyd etdik. Bu
tarixi günün qeyd olunması hamımız üçün
böyük şərəfdir. Məhz zəngin dövlətçilik təcrübəsi,
səmərəli fəaliyyəti və “xalq
dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” amalı ilə
yaşayıb yaradan Heydər Əliyev həmişə
xalqa arxalanmış və onun qüvvəsindən ilham
alaraq liderlik zirvəsinə
yüksələ bilmişdir. Heydər
Əliyevin cəmiyyətdəki sosial
problemlərə həssaslıqla yanaşması, onların aradan qaldırılması yolunda
cəsarətli və qətiyyətli addımları, bunların həllinə nail olması onun böyük şəxsiyyət
olmasının təzahürü idi.
Fenomen
şəxsiyyətin haqqında yazılan əsərlər
içərisində özünəməxsus elmi-publisist
yaradıcılıgı ilə seçilən Milli Məclisin
Sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəblinin
“Sabitlikdən sosial rifaha” adlı kitabının xüsusi yeri
var. Heydər Əliyev dövlətçilik məktəbinin
məzunu olmaqla müəllif ümummilli liderimizin fəlsəfəsinə
yol tapa, dərin zəkasından bəhrələnə
bilmişdir. Dogrudan da, xalqımızı fəlakətdən,
böhrandan, vətəndaş müharibəsindən, xaosdan,
siyasi hakimiyyətsizlikdən, səfalətdən xilas edərək
firavan həyat quruculuguna aparan Heydər Əliyevin fəlsəfi
düşüncələrini qələmə alıb xalqa
çatdırmaq böyük xoşbəxtlikdir.
Kitabda
müstəqilliyimizin bərpasının ilk illərindəki
sosial siyasətdə olan boşluqların aradan
qaldrılmasında və sosial təminatın hüquqi
bazasının yaradılmasında, sosial müdafiədə
dönüşün təməlinin qoyulmasında Heydər Əliyevin
xidmətləri olduqca aydın şəkildə izah olunur.
Bununla bir daha Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin “Bütün siyasətimizin başında
Azərbaycan vətəndaşı dayanır” fikri bilavasitə
tamamlanmış olur.
Əsərin
I bölməsi “Heydər Əliyev – siyasi lider, dahi şəxsiyyət”
adlanır. Burada Heydər Əliyev fenomeni, siyasi istedadı, Azərbaycan
siyasətində elita institunun banisi, siyasi liderliyə mənsub
funksiyaları, onun xarizmatik liderə məxsus xüsusiyyətləri, eləcə
də dövlət müstəqilliyimizin möhkəmləndirilməsi
və inkişafı üçün nəzərdə tutulan
bütün proseslərin obyektivliyi çox aydın şəkildə
izah olunur. Müəllif Heydər Əliyevin diplomatiya sahəsində
çevik və mahir ustalıgını nəzərdən
qaçırmamışdır. Məhz müəllif öz əsərində
Heydər Əliyevi “stereotipləri sındıran lider”
adlandırmaqla rəhbərə olan hədsiz məhəbbətini
nümayiş etdirir. Bu bölmədə müəllif
60-cı illərdə respublikamızın sosial-iqtisadi vəziyyətinin
aşagı səviyyədə olmasının obyektiv və
subyektiv təhlilini aparmaqla yanaşı, buradan
çıxış yolunu tapan Heydər Əliyevin bir fikrini
nəzərimizə çatdıra bilmişdir: “Üzərimə
düşən məsuliyyəti dərk edirəm, bu
böyük və yüksək etimadı doğrultmaq
üçün əlimdən gələn bütün
imkanlardan istifadə edəcəyəm”.
Peşəkar
kəşfiyyatçının birdən-birə respublikada
sosial-iqtisadi sahəyə rəhbərlik etməsi
üçün dərin zəka, talant, peşəkarlıq və
idarəçilik qabiliyyəti lazım idi. Bax, bunun Heydər Əliyevdə
cəmləşməsini müəyyən etmək Hadi müəllimə
nəsib olmuşdur. Bundan başqa, müəllif respublikada
olan yaradıcılıq işlərini
işıqlandırmaqla bərabər, xüsusilə ittifaq
dövründə respublikaya rəhbərlik edən Heydər Əliyevin
əsas məqsədi yaxın gələcəkdə Azərbaycanın
müstəqil dövlətə çevrilməsinə
doğru istiqamətinin həyata keçirilməsini müəyyənləşdirə
bilmişdir. “Böyük azərbaycanlı-istiqlal
carçısı” adlanan bölmədə əslində
müstəqillik uğrunda mübarizə tarixinə nəzər
salan müəllif xalqımızın özünə lider
qazanması fikrini ortaya qoyur. Bir daha Azərbaycanın
memarı məhz ulu öndərimiz,
istiqlal carçısı Heydər Əliyevin olduğunu
konkret faktlarla sübut edir.
“Sosial
prioritetlərin seçim ustası” bölməsində 1969-cu
il 14 iyul tarixində Heydər Əliyevin siyasi hakimiyyətə
gəlişindən başlamaqla bir daha onun əsl rəhbər
xarizmasına doğru gedən
yolu göstərir. Buna inanmayan qüvvələrə də
münasibətini açıq bildirir. Konkret bir fikri
vurğulamaq istəyir ki, Heydər Əliyevsiz Azərbaycanın
nə gələcəyi ola bilərdi? Ona görə də
müəllif “Heydər Əliyevi Azərbaycan xalqına bəxş
edən rəhimli və mərhəmətli Allahdır” fikrini
söyləmək prizmasından bir daha xatırlatmaq istəyir
ki, həmişə xalqımızın çətin anlarında Heydər Əliyev
bizə sərkərdə və xilaskar olmuş, sonsuz məhəbbətimizi
qazana bilmişdir.
Müəllifin
qələmə aldığı kitabın V bölməsi
“Heydər Əliyev bir məktəb yaratdı” adlanır. Bu
bölmədə müəllif bilavasitə Lənkəranda
aparılan quruculuq işlərinə rəhbərlik edən
İsa Məmmədovun təşkilatçılığı
ilə yanaşı, müəllif özünün 1977-ci ildə
ilk dəfə Heydər Əliyevin qəbulunda olmasını,
24 yaşlı bir gəncin birdən-birə komsomolun I katibi təyin
edilməsini xatırlayır. Ulu öndərin kadrları
seçib yerləşdirmə siyasətindəki məharətindən bəhs edir. 8 ildən sonra Hadi
müəllimin şəhər icraiyyə komitəsi sədri
vəzifəsinə təyin olunması bu fikri bir daha təsdiqləyir.
“Yeniləşən
sosial müdafiə sistemi” bölməsində müəllif
sosial siyasətin tərkib hissələrini və onları fərqləndirən
cəhətləri göstərməklə yanaşı, qeyd
edir ki, sosial müdafiə və sosial təminat xərcləri,
dayanıqlı iqtisadi inkişaf və maliyyə sabitliyi,
sosial durum və s. dövlətin startegiyasının əsl
mahiyyətini göstərir. 1996-cı ildə Milli Məclisdə
Sosial siyasət daimi komissiyasının yaradılması, bu sahədə məsuliyyətlə
müxtəlif istiqamətli işlərin
reallaşdırılması və müvafiq qanunların qəbul
edilməsi prosesinin həyata keçirilməsi ilk dəfə
kitabda təhlil olunur.
“Sosial
sabitlikdən sosial rifaha” bölməsində sosial siyasətin
tarixi və nəzəri aspektlərinin izahı ilə yanaşı,
sosial rifaha aparan yol və Heydər Əliyevin bu yolun ilk müəllifi
olduğu bir daha xatırlanır. Məhz Heydər Əliyevin nəzəriyyəsinə
əsaslanaraq sosial siyasətdə çoxsahəli və
perspektivli islahatların hazırlanması və həyata
keçirilməsi istiqamətində
aparılan işlərin mahiyyəti göstərilir.
Kitabın
növbəti bölməsi “Prezident qayğısının
sosial təzahürü” adlanır. Bölmədə müəllif
dünyada mövcud olan sosial siyasətin 4 modelini qeyd edir. Bununla yanaşı,
ailə, qadın və uşaq problemləri, sosial siyasətdə
islahatlar və s. məsələlərlə bağlı Heydər
Əliyevin rəhbərliyi ilə sərəncamların verilməsini
bilavasitə əhalinin maddi rifah halının yüksəldilməsi
strategiyasının tətbiqi kimi göstərməyə
çalışmışdır.
Növbəti
bölmə “Kəndimizin siması dəyişdi” adlanır.
Maraqlısı budur ki, Heydər Əliyev respublikaya rəhbərliyə
başladığı ilk dövrdə – 1970-ci il iyulun 23-də
ittifaq dövləti məhz Azərbaycan SSR-də kənd təsərrüfatını
inkişaf etdirmək üzrə tədbirlər haqqında qərar
qəbul etmişdir. Heydər Əliyevin təşəbbüsü
ilə bu məsələyə yenidən 1975-ci ildə
baxılmasına nəzər salmaqla müəllif bir daha bizə
xatırladır ki, bu mühüm qərarların qəbulu
Heydər Əliyevin cəsarəti və uzaqgörənliyi
sayəsində mümkün olmuşdur.
Əsərin
“Qaçqın-köçkün problemləri” bölməisndə
Hadi Rəcəbli ölkəmizin bu problemlə
qarşılaşmasının obyektiv və subyektiv amillərini
izah edir. Əsərdə göstərilir ki, Heydər Əliyev
bu məsələ ilə bağlı 20-dən çox fərman və sərəncam
imzalayıb. Nazirlər Kabineti isə 130 qərar qəbul
etmişdir. Ulu öndərin məsələyə necə
yanaşması və “bu dərd Azərbaycan xalqı
üçündür, mənim üçündür” ifadəsi
bu problemlərin aradan qaldırılmasında necə əzmkarlıq
göstərməsi şərh olunur. Qeyd olunmalıdır ki,
möhtərəm prezident İlham Əliyev bu problemlərin həyata
keçirilməsində daim israrlıdır.
Kitabın
XI-XII bölmələri “Turizm və sosial müdafiə” və
“Dünyada idman ölkəsi kimi tanındıq” adlanır.
İlk mərhələdə müəllif turizm və səyahət
tarixinin mərhələləri, ittifaq dövləti
dövründə 1983, 1984, 1987-ci illərdə Heydər Əliyevin
diqqəti sayəsində onlarla turizm obyektinin istifadəyə
verilməsi, xüsusilə 1999-cu ildə “Turizm haqqında”
Qanunun qəbul edilməsi əyani misal kimi göstərilir.
Müəllif yazır ki, Heydər
Əliyev tərəfindən 2001-ci ildə Gənclər,
İdman və Turizm Nazirliyinin təsis olunması, sonrakı
dövrdə möhtərəm Prezidentimiz İlham Əliyevin
sərəncamı ilə 2011-ci ilin “Turizm ili” elan edilməsi,
eləcə də Turizm İnstitutunun təsis olunması bu
sahəyə dövlətin qaygısının təzahürüdür.
Heydər Əliyevin respublikaya ilk rəhbərliyi
dövründə 250 idman meydançası və şəhərciyin
salınması, 36 rayonda 59 uşaq gənclər idman məktəbinin
fəaliyyət göstərməsi, onun idmana olan münasibətini
göstərir. Təməli Heydər Əliyev tərəfindən
qoyulan idman siyasəti hazırda cənab Prezidentimiz İlham Əliyev
tərəfindən daha geniş miqyasda həyata keçirildiyindən
bütün beynəlxalq yarışlarda Azərbaycanın
dövlət bayrağı əzəmətlə
qaldırılır.
“Zamanın
tələbi: sosial ekologiya” və “Vətəndaş
rifahını uca tutan partiya” bölmələrində təbiət
və cəmiyyət münasibətləri, Azərbaycanda
sosial ekologiyanın formalaşması, modernləşmiş
sosial ekologiya anlayışları izah olunur və bunlar
mühüm sahələr kimi göstərir. Bununla
yanaşı, xalqın istək və arzularını
özündə ifadə edən, cəmiyyətin əksəriyyətini
özündə birləşdirən ümummilli liderimiz Heydər
Əliyevin dediyi kimi “bu günün, sabahın və gələcəyin
partiyası” olan YAP təşkilatının təsis
olunmasının zəruriliyi, fəaliyyətə
başlaması və xalqın dərin rəğbətini
qazanması və s. məsələlər müəllif tərəfindən
ətraflı işlənilmişdir.
Əsərin
“Ən doğru seçim” bölməsində Heydər Əliyevin məktəbinin məzunu,
onun yolunun layiqli davamçısı, peşəkar dövlət
xadimi və dərin zəkaya malik diplomat, möhtərəm
Prezidentimiz İlham Əliyevin istər 2003-cü, istərsə
də 2008-ci ildəki prezident seçkilərində
böyük xalq rəğbəti ilə seçilməsi
müəllif tərəfindən bütün
aydınlığı ilə qələmə
alınmışdır. Əsərdə Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
təşəbbüsü ilə respublikamızda çoxlu məktəb,
uşaq bagçası, müalicə ocaqlarının tikilib
istifadəyə verilməsi, qaçqın və məcburi
köçkün ailələrə xüsusi
qaygıların göstərilməsi, Pakistan İslam
Respublikasında olan imkansız ailələrə maddi və mənəvi
yardımların göstərilməsi, bir sıra beynəlxalq
layihələrin Bakıda həyata keçirilməsinə
nail olunması və beynəlxalq münasibətlər
sistemində Mehriban xanımın əvəzsiz xidmətləri
müəllif tərəfindən
yüksək həssaslıqla qələmə alınmışdır.
Əsərin
ən başlıca cəhətlərindən biri də
görkəmli qırğız yazıçısı
Çingiz Aytmatovun “İlham Əliyev qloballaşan
dünyamızın müasir Lider etalonudur” fikrinə müəllifin
düzgün fəlsəfi, məntiqi və elmi
baxışıdır. Prezidentimiz haqqında “İlham Əliyev
– bu günün və sabahın lideri” fikri
xalqımızın ürəyindən gələn istək və
arzusunun ifadəsi kimi səslənir. Bunu 2003-cü və
2008-ci illərdəki prezident seçkilərinin nəticələri
bir daha sübut etmişdir.
Dövlət
başçısının mübarizliyi, vətənpərvərliyi,
qaygıkeşliyi, humanistliyi, milliliyi və güclü məntiqə
söykənən diplomatik məharətliliyi, əlbəttə,
xalqımızı daha gözəl gələcəyə
aparacagı ümidini verir. Məhz müəllifin bu səpkili
qeydlərinin xalqımızın ölkə
başçısına olan məhəbbətindən irəli
gəldiyini söyləməyə əsas verir. Hadi müəllimin
geniş elmi publisist tədqiqat əsərini hər birimiz diqqətlə
oxumalı və ondan özümüzə nəticə çıxarmalıyıq
ki, xalqımızın yeganə nicat yolu Heydər Əliyev
strategiyasıdır, onun layiqli davamçısı olan cənab
Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətidir.
Bu gün Azərbaycan dünyanın qüdrətli dövlətlərindən
biridir. Ölkəmizdə geniş quruculuq işləri
aparılmaqdadır. Bunun doğma diyarımız olan Lənkəranın
timsalında bir daha görmək olar. Belə ki, Lənkəranda
son illərdə aparılan quruculuq işləri bilavasitə
ulu öndərimizin strateji siyasətinin həyata keçirilməsi
deməkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin
peşəkar kadr siyasəti nəticəsində bu gün Lənkəranda
sosial-iqtisadi sahədə aparılan işlər hamımızı sevindirir. Ümumiyyətlə,
strateji inkişaf xətti Azərbaycan xalqının yaxın
gələcəkdə firavan həyata qədəm
qoymasına möhkəm təminatdır.
R.İBADOV,
Lənkəran Dövlət
Universitetinin
tarix və fəlsəfə
kafedrasının müdiri,
tarix elmləri namizədi
Xalq qəzeti.- 2013.- 14 may.- S. 9.