Astarada yubiley tədbirləri
Ulu öndərin doğum
günündə Astara Rayon
İcra Hakimiyyətinin
başçısı Qəzənfər Ağayev,
hüquq-mühafizə orqanlarının, idarə və
müəssisələrin rəhbərləri, ictimaiyyət
nümayəndələri dahi rəhbərin
abidəsini ziyarət edərək önünə tər güllər
düzdülər.
Sonra
ulu öndərin xatirəsinə həsr olunmuş “Kitab
bayramı” başlandı. İştirakçılar yeni
çap olunmuş kitablarla tanış oldular.
İstedadlı
rəssam Firudin Quliyevin, həvəskar rəssamlar Dəniz
Baxşizadə və Aytac Zeynalovanın çəkdikləri
Heydər Əliyevin portretləri, Kakalos kənd mədəniyyət
evindəki “Nəcib qızlar” klubu üzvlərinin əl
işləri hər kəsdə xoş duyğular yaratdı.
Silsilə
tədbirlər ənənəvi “İstedad” festifalı qaliblərinin
nümunəvi çıxışları ilə davam
etdirildi. İncəsənətin ayrı-ayrı növləri
üzrə qalib adını qazanmış 75 şagird fəxri
fərman və qiymətli hədiyyələrlə
mükaflandırıldı.
Son 4
ildə Astarada 27 məktəb üçün yeni bina tikilib
istifadəyə verilmiş, 11 məktəb əsaslı təmir
olunmuşdur. Hazırda rayonda bir neçə yeni məktəb
binası inşa olunur. Şanlı yubiley günlərində
rayonun ucqar Motlayataq kəndində yeni məktəbin
açılışı olmuşdur. 220 şagird yerlik ikimərtəbəli
məktəbdə şagirdlərin yüksək təhsil
alması üçün hər cür şərait var.
Tədbirdə
çıxış edənlər əlamətdar gündə
məktəbin istifadəyə verilməsini Prezident İlham Əliyevin
apardığı məqsədyönlü siyasətin məntiqi
nəticəsi kimi dəyərləndirdilər.
Q.Ağayev
kənd sakinlərini yeni məktəbin
açılışı münasibətilə təbrik
etdi. “İnanıram ki, burada təhsil alan uşaqlar dövlətimizin
və xalqımızın ən layiqli övladları kimi
yetişəcəklər”.
Sonra
yeni tədris binasının rəmzi açılış
lenti kəsildi. Tədbir iştirakçıları yeni binada
yaradılmış şəraitlə tanış oldular.
* * *
Kijəbə
qəsəbəsində ümummilli lider Heydər Əliyev
adına mədəniyyət və istirahət parkının,
eləcə də ulu öndərin abidəsinin
açılışı olmuşdur. Yüzlərlə qəsəbə
sakini və rayon ictimaiyyəti nümayəndələrinin
toplaşdığı tədbirdə icra hakimiyyətinin
başçısı Q.Ağayev ulu öndərin abidəsinin
açılışını etdi və önünə gül dəstəsi qoydu. Sonra abidə
ziyarət edildi.
Qəsəbə
sakinləri Nəsrəddin Teymurov, Əminə Həsənova,
əməkdar müəllim Azər Kişiyev ulu öndərlə
bağlı xatirələrini söylədilər. Qeyd olundu
ki, Azərbaycana rəhbərliyi illərində Heydər Əliyev
11 dəfə Astarada, o cümlədən 8 dəfə Kijəbədə
olmuş, əməkçilərlə səmimi söhbətlər
etmişdir. Cənab İlham Əliyev keçən ilin
martında Astaraya səfəri zamanı bu ənənəyə
sadiq qalaraq qəsəbədə Bayraq Meydanının,
avtomobil yolunun açılışında iştirak
etmiş, sakinlərlə görüşmüşdür. Bu
yüksək diqqət və qayğıya görə ölkə
rəhbərinə minnətdarlıq duyğuları ifadə
olundu.
Q.Ağayev
çıxışında
qeyd etdi ki, bu gün qəsəbədə ulu öndərin
adına gözəl istirahət parkı salmaqla və abidə
ucaltmaqla Heydər Əliyev
şəxsiyyətinə böyük məhəbbətimizi
bir daha ifadə etmiş oluruq. Ölkəmizin yüksək tərəqqisinə
və dünyada tutduğu yüksək mövqeyə görə
xalqımız Heydər Əliyev
uzaqgörənıliyinə minnətdarddır.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 14 may.- S. 9.