Bakıda Azərbaycan–Qazaxıstan biznes forumu keçirilmişdir

 

 Mayın 30-da Qazaxıstanın Atırau şəhər akimi Serik Aydarbekovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə Atırau vilayətinin qida, kənd təsərrüfatı, səhiyyə, gəmiçilik, enerji, yüngül sənaye və digər sektorları təmsil edən adamları iştirak etmişlər.

Forumda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun bütün sahələrdə əməkdaşlığın inkişafına təkan verdiyini vurğulamış, hər iki ölkənin iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu diqqətə çatdırmışdır. Məlumat verilmişdir ki, iki ölkə arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın indiyədək 9 iclası keçirilmişdir. Hazırda ölkəmizdə 40-a yaxın Qazaxıstan şirkəti fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Qazaxıstanda uğurla işləyirlər.

Serik Aydarbekov ölkəsində, o cümlədən Atırauda iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verərək demişdir: Dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə Qazaxıstanda böyük maraq göstərilir. Hər iki ölkənin regionları arasında əməkdaşlığın inkişafı üçün böyük potensial vardır.

S. Aydarbekov Azərbaycan sahibkarlarını Atırau şəhərində iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə yatırmağa çağırmışdır.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes investisiya mühitinə dair təqdimatla çıxış etmişdir.

Daha sonraAtırau şəhərinin investisiya prioritetləri iqtisadi potensialımövzusunda təqdimat olmuşdur.

Tədbir ikitərəfli görüşlərlə davam etdirilmişdir.

 

Xalq qəzeti.- 2013.- 31 may.- S. 6.