Azərbaycan Turizm İnstitutunda
müxtəlif görüşlər, hesabat-təqdimatlar keçirilmişdir
Azərbaycan Turizm İnstitutunda rəhbərlik səviyyəsində struktur rəhbərləri və əməkdaşlarla vaxtaşırı hesabat xarakterli görüşlərin keçirilməsi bir ənənəyə çevrilmişdir. Bu günlərdə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov institutun tədqiqat və inkişaf şöbəsinin əməkdaşları ilə görüşmüşdür.
Növbəti dəyirmi masa söhbətində əsas
məqsəd bu şöbə tərəfindən
2012-2013-cü tədris ili ərzində yerinə yetirilən, eləcə də yekunlaşma mərhələsindəki
işləri keyfiyyət
prizmasından qiymətləndirmək
və perspektiv planları analiz etmək olmuşdur. Bu barədə institutun
mətbuat xidməti məlumat vermişdir.
Məlumatda bildirilir ki, tədqiqat və inkişaf şöbəsinin əməkdaşları
tədris ili ərzində TEMPUS layihəsi
çərçivəsində “Davamlı turizmin inkişafı üçün
yeni modulların hazırlanması” üzrə təşkilati
işlər aparmaqla bərabər, tələbə
uyğun olaraq layihəyə yeni iştirakçılar cəlb
etmişlər. ATİ-nin
fəaliyyəti ilə
bağlı bir sıra sənədlər–“2015-ci
ilə qədər
ATİ-nin Strateji inkişaf planı”, “Kataloq” və “Tələbələr üçün
yaddaş” kitabçası kollektiv müzakirəyə təqdim
olunmuşdur. “Turizm və qonaqpərvərlik tədqiqatları”
jurnalının 2-ci sayı
çapa hazırlanmış
və həmin vəsaitin ümumi inkişaf istiqamətlərinə dair
təkliflər ATİ-nin
bütün
strukturlarına göndərilmişdir.
Məlumatda həmçinin bildirilir
ki, müvafiq şöbənin müdiri,
tarix elmləri doktoru, professor Xaləddin İbrahimli Moldova Dövlət
Universitetində keçirilmiş
“Şərqi Avropanın
ali məktəblərində
insan resurslarının
menecmenti” adlı
regional tədbirdə iştirak etmişdir. O, tədbirə
dəvət edilmiş
universitet nümayəndələri
ilə əməkdaşlıq
perspektivlərinin müzakirəsində
xüsusi fəallıq
göstərmişdir.
Tədqiqat və inkişaf
şöbəsinin inkişaf
üzrə bölmə
rəhbəri və
Tempus layihəsinin ATİ üzrə
koordinatoru Kazım Quliyev Almaninyanın Jade Tətbiqi Elmlər Universitetinə məqsədli səfəri zamanı Azərbaycan qrupunun səmərəli fəaliyyətindən
danışmış, ATİ-nun 6-cı çağırış çərçivəsində
TEMPUS layihələrinə müraciətinin Avropa Komissiyası tərəfindən
qiymətləndirmə mərhələsində
olduğunu diqqətə
çatdırmışdır.
ATİ-dən verilən
xəbərdə, həmçinin
bildirilir ki, şöbənin daha bir əməkdaşı
– Julius Arnegger Vyana Universitetinin professoru Marc Herzlə birlikdə “Avropa urban və regional elmlər” jurnalına “İnkişaf etməkdə
olan turizm destinasiyalarında meqa tədbirlərin iqtisadi təsiri və imic effektləri:
Avroviziya-2012 mahnı müsabiqəsi
Bakı, Azərbaycan”
adlı elmi araşdırma təqdim etmişlər.
Müzakirələr zamanı tədqiqat və inkişaf şöbəsinin əməkdaşları fəaliyyət strategiyalarında yer alan daha bir istiqamətə münasibət sərgilələmişlər. Belə ki, növbəti tədris ilində Ali Təhsil Müəssisələrinin beynəlxalq reytinq cədvəllərində institutun layiqli yer tutması üçün şərt bilinən göstəricilərə nail olmanı, Türkiyə Cümhuriyyətinin Yüksək Öyrətim Kurulu tərəfindən maliyyələşən “Mövlana Mübadilə Proqramı”na qoşulmaq üçün əməkdaşlıq protokollarının hazırlandığını və Avropa Komissiyası tərəfindən maliyyələşən bəzi layihələrin institut üçün prioritet olan çağırışlarına qoşulma məqsədinin planlaşdırıldığını diqqətə çatdırmışlar. Hesabat xarakterli müzakirənin sonunda rektor Cəfər Cəfərov və institutun tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov şöbə əməkdaşlarına müvafiq tapşırıq və tövsiyələr vermişlər.
İnstitutdan aldığımız ikinci
xəbərdə bildirilir
ki, Povoljiye Dövlət Texnoloji Universitetinin sosial texnologiyalar fakültəsinin
dekanı V. P. Şalayev
Azərbaycan Turizm İnstitutunun qonağı
olmuşdur. Görüşdə institutun rektoru, professor Cəfər Cəfərov Azərbaycan
Turizm İnstitutunun fəaliyyəti
haqqında qonağa ətraflı məlumat
vermişdir. Qarşılıqlı
fikir mübadiləsi aparan
tərəflər gələcəkdə tələbə-professor,
müəllim heyətinin mübadiləsi, birgə elmi konfransların təşkili, elmi-tədqiqat
işlərinin aparılması, təcrübə
imkanlarının müəyyənləşdirilməsi kimi istiqamətlərdə ikitərəfli əməkdaşlıq
barədə razılığa gəlmişlər.
Daha sonra qonaq turizm
və otelçilik, sosial iş ixtisasları üzrə kadr hazırlığı
ilə tanış
olmaq məqsədilə
müvafiq kafedralarda
professor-müəllim heyəti
ilə yaxından tanış olmuşdur.
Z.BƏŞİRQIZI
Xalq qəzeti.- 2013.- 31 may.- S. 7.