Azərbaycan
Texniki Universitetində ümummilli lider Heydər Əliyevin 90
illik yubileyinə həsr olunmuş spartakiada başa
çatmışdır
Azərbaycan Texniki Universitetində (AzTU)
idmanın yeddi növü üzrə üç həftədən
çox davam edən komanda və şəxsi birincilik
yarışları başa çatmışdır.
AzTU-nun mətbuat xidmətindən bildirmişlər
ki, universitetin 10 fakültəsinin tələbələri və
bu ali məktəbin əməkdaşları arasında
keçirilən ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş yarışların qalibləri
müəyyən edilmişdir. Mayın 10-da keçirilmiş
mükafatlandırılma mərasimində AzTU-nun rektoru,
professor Havar Məmmədov komanda yarışlarında və
şəxsi birincilikdə yüksək yer tutan
idmançıları təbrik etmiş, onlara daha
böyük uğurlar arzulamışdır.
H.Məmmədov ulu öndər Heydər Əliyevin
ölkəmizə rəhbərlik etdiyi onilliklər ərzində
sosial-iqtisadi inkişafla yanaşı, bədən tərbiyəsi
və idmanın yüksəlişinə də xüsusi diqqət
yetirdiyini vurğulamışdır. Rektor bildirmişdir ki, bu
gün Azərbaycan dünya miqyasında həm də idman
ölkəsi kimi tanınır. Ulu öndərin bu siyasəti
hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. İdmançılarımız beynəlxalq
yarışlarda yüksək pillələri fəth edirlər.
Qaliblərə AzTU-nun diplomları, üzərində
ümummilli lider Heydər Əliyevin şəkli olan xatirə
medalları, kuboklar təqdim edilmişdir.
Xalq qəzeti.- 2013.- 14 may.- S. 6.