Misirli azərbaycanşünas alimlə görüş

 

Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzinin qərargahında “ Misir - Azərbaycan mədəni əlaqələrinin çağdaş durumu və perspektivləri” mövzusunda tədbir keçirilmişdir.

Dünya Azərbaycanlıları Forumunun təşkilatçılığı ilə baş tutan tədbirdə Qahirənin ən məşhur ali təhsil ocaqlarından biri olan Eyn-Əş-Şəms Universitetinin müəllimi, azərbaycanşünas alim, Dr. Əhməd Sami El -Aydı məruzə etmişdir. O Misir- Azərbaycan əlaqələrinin qədim tarixə malik olmasından, hazırda yüksələn xətlə inkişaf etdiyindən, ölkələrarası dostluq və qardaşlıq əlaqələrinin gələcək perspektivindən söhbət açmış və azərbaycanşünaslığın daha dərindən tədqiq olunması və Misir ictimaiyyətinə çatdırılması üçün əlavə tədbirlərin görülməsinin zəruriliyini vurğulamışdır. Daha sonra tədbirdə professorlar Vaqif Sultanlı, İmamverdi Həmidov, Almaz Məmmədova, fəlsəfə doktorları Namiq Murad, Zaur Əliyev, yazıçı Fazil Güney, Əmir Pəhlivan, Tursunay Türksoy və digər ictimaiyyət fəalları çıxış etmiş, Misir - Azərbaycan əlqələrindən və ölkəmizin həqiqətləri barədə məruzəçiyə sullar ünvanlamışlar. Onu da qeyd edək ki, Əhməd Sami El-Aydı “Müstəqillik dövrü və Azərbaycan romanı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

 

 

Anar TURAN

 

Xalq qəzeti.- 2013.- 1 may.- S. 6.