“Uydurma erməni
soyqırımı: mif və reallıqlar”
(əvvəli qəzetin
28 aprel 2013-cü il tarixli sayında)
Bütün
Türk dünyası üçün
“başağrısı”na çevrilən mənfur
daşnaklar neçə onilliklərdir cəfəng “erməni soyqırımı”
iddialarını bəşəriyyətə
sırımağa çalışırlar. Guya, 1915-ci il oktyabr ayının 24-də Osmanlı
Türkiyəsində erməni xalqına qarşı
soyqırımı törədilib və nəticədə
milyonlarla insan qətlə yetirilib. Həmin uydurma
soyqırımının gələn il
tamam olacaq 100 illiyi ilə əlaqədar bədnam
qonşularımız, xaricdə fəaliyyət göstərən
erməni lobbisi və onların havadarları xüsusilə fəallaşmışlar.
Məsələ burasındadır ki, ermənilər
tarixi hadisələri saxtalaşdıraraq, öz yalanlarına
dünya ictimaiyyətini inandırmaq istəkləri ilə
yanaşı, bundan Türk dünyasına qarşı bir təzyiq
metodu kimi istifadə edirlər. Əsas məqsəd
qonşu dövlətlərin torpaqları hesabına
“Böyük Ermənistan” yaratmaq, xüsusən Türkiyədən
təzminat və bir sıra imtiyazlar qoparmaqdır.
Çox təəsüf ki, uydurma erməni
soyqırımı indiyədək xeyli sayda dünya dövləti
tərəfindən tanınmışdır və bu proses
davam etməkdədir. Lakin faktlar və tarixi mənbələr
göstərir ki, ermənilərin bu iddiaları yalan və cəfəngiyyatdan
başqa bir şey deyil. Əslində,
soyqırımına ermənilər yox, məhz onların əli
ilə Güneyli-Quzeyli Azərbaycan və Anadolu türkləri
məruz qalmışlar... Bu fikirlər AMEA Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunda “Uydurma erməni
soyqırımı: miflər və reallıqlar” mövzusunda
keçirilən elmi konfransada səsləndi.
İSRAFİL MƏMMƏDOV,
tarix elmləri doktoru, professor:
—
“Böyük Ermənistan” (“Medz Hayk”) kabusunu gerçəkləşdirmək
üçün erməni mütəfəkkirləri tarixin
müxtəlif dönəmlərində panermənizm
trilogiyasını işləyib hazırlamışlar.
“Böyük Ermənistan”, “erməni məsələsi”, “erməni
soyqırımı” bu trilogiyanın biri-birini tamamlayan hissələridir.
1848-ci ildən kommunizm Avropada bir kabus kimi
dolaşırdı. “Erməni
soyqırımı” kabusu da 1916-cı ildə “Hncax”
partiyasının liderləri tərəfindən irəli
sürüldü. Əslində, bu,
Qafqazda, Türkiyədə və İranda “Birləşmiş
erməni dövləti” yaratmaq proqramı və
strategiyasından başqa bir şey deyildir. 2005-ci ildən sonra “erməni soyqırımı”
kabusu Avropa və Asiyada yeni çağdaş ruhda
dolaşmağa başlayıb. ABŞ tarixçisi
Riçard Hovannisyan “Mübarizənin ikinci mərhələsinə
keçmək, Türkiyədən təkcə
soyqırımının etiraf edilməsini deyil, bütün
erməni vilayətlərini, 1915-1920-ci illərdə zərər
çəkmiş ermənilərə təzminat verməsini
təkidlə tələb etmək lazımdır”, - deyir.
Politoloq Andranik Mehranyan Moskvadan erməniləri Türkiyəyə
qarşı yeni tələblərlə çıxış
etməyə çağırırdı. Guya, 1915-ci ildə
Osmanlı Türkiyəsindən qovulmuş ermənilərin 2,5 milyon övladı indi dünyanın müxtəlif
ölkələrində yaşamaqdadır. Onlar ata-baba vətənlərinə
qayıtmalı və orada müstəqil erməni dövləti
statusunda yaşamaq hüququ qazanmalıdırlar. Markaryan
soyadlı başqa bir Andronik İrəvanda Baş nazir olarkən
“erməni soyqırımı”nı tanımaq, etiraf etmək
istəməyənlərin cinayət məsuliyyətinə cəlb
edilməsinə dair" Ermənistan Respublikası Milli Məclisinə
qanun layihəsi
təqdim etmişdir. Tehranda çıxan “Araks” dərgisinin
redaktoru Keşişyan bütün qonşu dövlətləri
Türkiyəyə qarşı ayağa qalxmağa, NATO
qüvvələrini Türkiyədən
çıxarmağa, “erməni vilayətləri”nin ermənilərə verilməsinə səsləyir.
Naxçıvanın, Gəncənin, Daşkəsənin,
Qazax bölgəsinin Azərbaycandan alınıb Ermənistana
qatılmasını təklif edir.
Qondarma Dağlıq Qarabağ Respublikasının sabiq
prezidenti Arkadi Qukasyan Qarabağın erməni
bayrağının üç deyil, yeddi dəniz üzərində
dalğalanacağını iddia edir. Ermənistan Respublikasının
indiki prezidenti Serj Sarkisyan isə üzünü yeni nəslin
nümayəndələrinə tutub uca səslə:
“Şuşanı biz aldıq, siz də gedin Ağrını
alın”, - deyir...
Bu ruhlu çağdaş
çağırışların biblioqrafiyası da cildlərə
sığmaz olub. Məqsəd və məzmun isə dəyişməz
qalıb: “Türkiyə və Azərbaycandan daha çox ərazi
qoparmaq, Avropanın və xristian dünyasının dəstəyini
qazanmaq! Azərbaycanın işğal olunmuş
torpaqlarını qaytarmamaq! Əslində, “erməni
soyqırımı”nın panermənizm
ideoloqları tərəfindən hazırlanmış və
ustalıqla həyata keçirilməkdə olan epatik filigerizm
siyasəti, başqa sözlə, siyasi kəndirbazlıqdır.
Məlum həqiqət budur ki, bu siyasəti həmin
“kəndirbazlar” hazırlamışlar. Xalq
sadəcə olaraq, onun qurbanına çevrilmişdir.
Faktlara diqqət yetirin: Birinci dünya savaşında Rusiya
ordusuna 250 min erməni qoşulmuşdur. Könüllü
silahlı dəstələrdə türklərə
qarşı 8 alayda 50 min erməni vuruşurdu. Avropa dövlətlərinin ordularında 50 min erməni
əsgəri əldə silah Türkiyəni məhv etməyə,
türkü öldürməyə gəlmişdi. Xaricdən Türkiyəyə hücum çəkən
qoşunların sırasında üst-üstə 350 min erməni
var idi. Daxildə də bir o qədər
erməni silahlanıb Türkiyə dövlətini diz
çökdürməyə qalxmışdı.
Beləliklə,
dişinəcən silahlanmış, saxta təəssübkeşlik
alovu ilə ağzınlaşmış 700 mindən artıq
erməni əsgəri Sivasda 180 min, Van və Bitlisdə 400
min, Xoy və Salmasda 200 min, ümumiyyətlə, 1914-1920-ci illərdə
2,5 milyon türkü qətlə yetirdi. Qarsda 82, İrəvan
əyalətində 211 kəndi yerlə yeksan etdilər. Ermənistanda 959 kənd türksüz qaldı.
565 min azərbaycanlı qətlə yetirildi və
ya didərgin salındı. 1988-1989-cu illərdə
250 min Azərbaycan türkü Ermənistandan silah zoruna
sıxışdırılıb çıxarıldı.
1994-cü ilədək Azərbaycan
Respublikasının 900 kəndi dağıdıldı.
Silahsız, köməksiz, müdafiəsiz bir milyon azərbaycanlı
faciə yaşamalı, ata-baba yurdunu tərk etməli oldu... “Əzabkeş
xalqın ”erməni
soyqırımı" kabusu altında Türkiyədə və
Azərbaycanda törətdiyi dəhşət və vəhşətlərin
tam olmayan qısa xülasəsi belədir.
İndi Türkiyədə orta hesabla 140-160 min erməni
yaşayır.
Məktəbləri, kilsələri, hətta kilsə
xoru-orkestrı, qəzetləri, nəşriyyatları və
s. var. Ermənistan Respublikasının Ağbaba
mahalındakı Təpəkəndindən Dağlıq
Qarabağdakı Xankəndinədək göz işlədikcə
uzanıb gedən Azərbaycan torpaqlarında isə azərbaycanlı
nəfəsi, türk kəlməsi, səsi
eşidilməz olub. Soyqırımına məruz qalan kimdir,
soyqırımı fəryadı qoparan kim?
suallarına bundan dəqiq və
yığcam cavab ola bilməz: Faciəni törədən,
tarixi gerçəkliyi təhrif edən türk deyil, ermənidir.
ABŞ
hökumətinə təqdim edilən Nayız-Sazerlənd
hesabatında deyilirdi: “Bu geniş ərazidə... dağıntıları
ermənilər törətmişlər. Bitlis və Van şəhərlərində.. müsəlman məhəllələri
tamamilə dağıdılıb. Müsəlman
əhalisinin ancaq on faizi sağ qalıb”.
Ermənilərin
milli dirçəlişini hələ fəlakət həddinə
çatmayan qəza adlandıran Mark Sayks yazırdı: “Hər
hansı bir ciddi hadisə baş verməzdən əvvəl
bütün keşişləri və missionerləri
qapısı kilidlənmiş yerlərdə saxlamaq
lazımdır. Konstantinopoldakı anarxistlər
soyqırımı görüntüsü yaratmaq
üçün öz millətlərindən olanların evlərinə
qumbara atırdılar”.
Mayor
E.Noelin Britaniya hökumətinə təqdim etdiyi
hesabatında deyilirdi: “...İntiqamçı xristian erməni
ordusunun işğal etdiyi, sonra isə viran qoyduğu ərazilərə
səfərim zamanı bu qənaətə gəldim ki,
türklər öz düşmənlərinə qarşı
həmin düşmənlərin etdiklərini edə bilməzlər.
Hər səyyah bu yerlərin hər qarışında
müsəlmanların başına xristianların
açdığı qəddar cinayətlərin dörd yana yayılmış izlərinə rast gələ
bilər.
Bundan
sonra hadisələrin inkişaf axarını əksi istiqamətə
yönəltmək, tarixi faktları təhrif edərək erməniləri
zavallı, əlacsız, məzlum, ömürboyu məşəqqətlərə,
soyqırımına məruz qalmış cəfakeş xalq
kimi qələmə vermək, əslində, dünya ictimaiyyətini,
erməni xalqının özünü aldatmaq, onun tarixini
saxtalaşdırmaq deməkdir".
Lord Kerzan
1920-ci ilin mart ayında İngiltərənin İcma Palatasında
demişdi: “...Siz erməniləri səkkiz
yaşında pak və məsum bir qız kimi təsəvvür
edirsiniz. Bu fikirdə çox
yanılırsınız... ermənilər özlərinin son
vəhşi davranışları ilə nə qədər
qan tökən bir xalq olduqlarını qeyd-şərtsiz isbat
etmişlər”.
Bəlli
olan daha bir həqiqət: siyasəti xalq yaratmır, icra edir,
yerinə yetirir, özü də ona qurban gedir. Davakar
hakim dairələrin fitnələrinə uymasaydılar, ermənilər
regionda tək qalmaz və yaranmış yeni çox
böyük imkanlardan doyunca bəhrələnə bilərdilər.
RAUF QARAYEV,
institutun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə
doktoru:
— Məndən
əvvəl çıxış edən həmkarlarım,
tanınmış alimlərimiz uydurma erməni
soyqırımına aid çox maraqlı tarixi faktlar gətirdilər.
Mən də bu fikirlə razıyam ki, “erməni
soyqırımı” tarixi mifdən, uydurmadan başqa bir
şey deyil. Bəs nə üçün
onlar bu məsələni israrla qaldırırlar? Onları dinlədikdə, guya ki, “uydurma erməni
soyqırımının tanınması tarixi ədalətin
bərpa olunmasına”, onların sözü ilə desək,
bu, “beynəlxalq cinayətə” beynəlxalq hüquq əsasında
adekvat qiymət verməklə erməni-türk əlaqələrinin
keçmişinin altına bir xətt çəkməsinə
və bununla da türk və erməni xalqlarının
arasında uçurumun aradan qaldırılmasına xidmət
edəcək.
Onlar “erməni
soyqırımı”na görə Türkiyənin
siyasi məsuliyyətindən danışırlar və
xüsusi vurğulayırlar ki, belə bir məsuliyyət
müxtəlif məsələlərin həllini tələb
edir. Fikrimcə, bütün bunlar dünya
ictimaiyyətini aldatmağa və ermənilərin özlərini
qurban kimi göstərməyə yönəlib. Uydurma
soyqırımı məsələsi altında, əslində,
ermənilərin digər məqsədləri var.
Bunları
bir neçə kateqoriyaya bölmək olar:
Türkiyəyə və Azərbaycana qarşı ərazi
iddialarının irəli sürülməsi; maddi təzminatın
alınmasına yönəlmiş irəli sürülən
iddialar.
Hal-hazırda ermənilərin Türkiyəyə
qarşı ərazi iddialarının irəli sürülməsi
mümkünsüzdür. Türkiyə həm
iqtisadi, həm də siyasi və hərbi cəhətdən
güclü bir dövlətdir. Fikrimcə,
bu istiqamətdə ermənilərin heç bir perspektivi
yoxdur. Halbuki, məsələn, uydurma erməni
soyqırımının nəticəsi kimi,
“Daşnaksütyun” partiyasının rəhbərlərindən
biri K.Manoyan qeyd edir ki, “Ermənistan Türkiyədən bir
sıra ərzilərin geri qaytarılmasını tələb
edəcək”.
İkinci istiqamət üzrə də ermənilər
konkret addımlar atırlar. Məsələn,
ABŞ-da Los–Ancelesdə uydurma soyqırımı
qurbanlarının vərəsələri Türkiyə
hökumətinə qarşı iddia irəli sürüblər.
Onlar Türkiyə hökumətinə və iki
iri Türkiyə bankına qarşı (Mərkəzi Banka və
Ziraat Bankına) məhkəmədə iddia
qaldırmışlar. “Assoşieyted Press”
agentliyinin məlumatına görə, erməni
soyqırımı qurbanlarının vərəsələri
daşınmaz əmlaka və XX əsrin əvvəllərində
itirilmiş əmlaka görə və həm də banklarda
qalan əmanətlərə görə bir neçə
milyard ABŞ dolları həcmində təzminat istəyirlər.
Belə bir iddianın qaldırılmasında təşəbbüskar
kimi Los–Ancelesin sakini Qarbis Davuyan və Nyu-Yorkun sakini Qrayr
Tovmasyan çıxış edirlər. Vəkillərin
sözünə görə, bu, Türkiyə hökumətinə
qarşı irəli
sürülən ilk haldır. ABŞ-da bir qrup
erməni tərəfindən qaldırılmış digər
bir məhkəmə iddiasında, guya, 1915-ci ildə türk
hökuməti tərəfindən zəbt edilmiş
qızıl və digər aktivlər haqqında məlumatı
açmaq tələb edilirdi. (Lakin
Nyu-Yorkun Federal Ehtiyat Bankı bu iddianı rədd edilməsi və
həm də ermənilərin məhkəmə üzrə məsrəflərinin
ödənilməsi məqsədilə məhkəməyə
müraciət etdi.)
Erməni əsilli beynəlxalq hüquqşünas
Y.Barseqov iddia edir ki “erməni soyqırımı”nın nəticəsi
kimi, ən azı maddi və mənəvi zərərə
görə kompensasiyanın alınması şəklində
minimum ədalətə nail olmaq lazımdır". K.Manoyan da tələb edir
ki, “erməni soyqırımı”na görə
rəsmi Ankara ermənilərə kompensasiya verməlidir.
Erməni rəhbərlərinin məqsədi belə bir
uydurma soyqırımı məsələsini irəli sürmək
nəticəsində pul qoparmaq (söhbət on milyardlarla
ABŞ dollarından gedir) və bu pulu mənimsəməkdir. Bu da oğurluğun
başqa bir formasıdır.
Fikrimcə, uydurma erməni soyqırımını
ifşa etmək Azərbaycan elmi və ictimaiyyəti
qarşısında duran ən vacib məsələlərdən
biridir. Bu sahədə nəşrlər məqsədyönlü,
konkret olmalıdır. Bununla yanaşı,
belə nəşrlər həm tarixi, həm də hüquqi əhəmiyyətli
sənədlərə və faktlara əsaslanmalıdır.
Bu istiqamətdə bugünki tədbiri alqışlayıram
və düşünürəm ki “erməni
soyqırımı”nın ifşa edilməsi
məqsədilə belə tədbirlər mütəmadi
keçirilməlidir.
KAMRAN BEHBUDOV,
institutun beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı:
— “Erməni
məsələsi” tarixi istilah kimi XIX əsrin ikinci
yarısında meydana gəlsə də, əslində, onun
kökləri xeyli əvvələ gedir. Kökündə erməni
saxtakarlığının
dayandığı bu məsələ ermənilərin
özləri, habelə onların
havadarları üçün “böyük siyasət”
olsa da, mahiyyətcə terror və soyqırımı
aktları həyata keçirmək, silahlı münaqişə
törətmək, tarixə saxta müdaxilə etmək,
riyakarlıq, oğurluq və özününküləşdirmə,
“erməni mütiliyi”, xəyanət və s. kimi niyyətləri
özündə ehtiva edən çürük nəzəriyyədən
başqa bir şey deyildir. Xəstə ideyalar
yığını kimi, “Böyük Ermənistan”
xülyasından qaynaqlanan “bu fəlsəfə”nin
mənfur nəticələri göz qabağındadır:
talan olmuş şəhərlər,
öldürülmüş və ya şikəst edilmiş
insanlar, öz ölkələrində qaçqına
dönmüş yerli əhali, üzücü müharibələrin
acı məhrumiyyətləri...
“Erməni
məsələsi”nin mahiyyətində,
qısaca desək, Qafqazda və Anadoluda türk birliyini
parçalayan bir erməni dövlətinin yaradılması
dayanırdı. Bu gün Cənubi Qafqaz
müasir siyasi xəritəsinə nəzər saldıqda bu mənfur
siyasətin eskizləri aydın şəkildə nəzərə
çarpmaqdadır. Müasir Ermənistanın iki qardaş türk dövlətinin
— Türkiyə ilə Azərbaycanın arasında bir paz kimi
süni şəkildə yaradılması, müxtəlif
tarixi dövrlərdə isə bu pazın eninə və
uzununa tədricən genişləndirilməsi bu siyasəti
bütün çılpaqlığı ilə üzə
çıxarır.
Hələ
XIX əsrin ikinci yarısında “erməni məsələsi”nin əsasında formalaşan erməni
terrorizminin xeyir-duasını məhz Avropa dövlətləri
vermişlər. Mütəxəssislərin
fikrincə, müasir erməni terrorçu qruplarının və
onların XIX əsrdəki, XX əsrin əvvəllərindəki
məsləkdaşlarının məqsədləri, hədəfləri,
istifadə etdikləri taktika və təbliğat arasında
böyük oxşarlıq vardır. Çox
qədim tarixə malik olan terrorizm hazırda həm beynəlxalq
miqyasda, həm də regionda baş verən mütəşəkkil
cinayətkarlığın ən təhlükəli
formasıdır. Osmanlı imperiyasında
geniş vüsət almış erməni terrorizmini geniş
müasir beynəlxalq terrorizmin banisi hesab etmək olar.
Ermənilərin Türkiyə, Almaniya, Avstriya, ABŞ,
İtaliya, Livan, Suriya, Rusiya və başqa ölkələrdə
törətdikləri terror aktları onlara bu “hüququ” verir.
Dünyanın müxtəlif ölkələrində terror
aktlarını yerinə yetirən 27 ən güclü təşkilatın 12-si
məhz ermənilərə məxsusdur. Bunlardan “Hnçaq”,
“ASALA”, “MAQ”, “Erməni birliyi”, “Ermənistan azadlıq cəbhəsi”,
“Fidiani”, “Dro”, “Njde” daha təhlükəli beynəlxalq erməni
terror təşkilatlarıdır. Həmçinin,
erməni terrorizmi - siyasi məqsədlərə çatmaq
naminə aparılan dövlət separatizmidir.
Tarixən və indi də erməni terrorizminin əsas hədəf
obyektləri türklər və azərbaycanlılardır. Ermənistanda
terrorçuluq dövlət siyasətinin tərkib hissəsi
sayılır və bundan xarici və daxili məqsədlərin
həyata keçirilməsində istifadə olunur.
Müasir dövrdə terror beynəlxalq münasibətlər
sisteminin aktual problemlərindən birinə, beynəlxalq
aktorun alətinə çevrilmişdir. Bu, ilk növbədə
terrorizmin və terrorçunun motivlərinin qloballaşma
fonunda genişlənməsi, milli sərhədləri
aşması, məqsədlərinin həm də beynəlxalq
ictimaiyyətə çatdırması ilə
bağlıdır. Ermənilərin əsrdən-əsrə
keçərək ənənəyə çevrilən,
ictimai şüurda həkk edilən şovinizm və
ekstremizmlə birləşən terror ideologiyası və onu
həyata keçirən qlobal şəbəkə qeyd edilən
fenomenin səbəbləri kompleksində aparıcı yeri
tutur. 1988-ci ildə Azərbaycanın ərazi
bütövlüyü Ermənistanın terrorçu siyasi
qüvvələri tərəfindən təcavüzə məruz
qalmış, tarixi torpaqlarımızın 20 faizi
işğal edilmişdir, 20 mindən çox
soydaşımız həlak olmuş, 50 mindən artıq
insan yaralanmış, əlil və şikəst olmuş, bir
çox Azərbaycan hərbçisi əsir düşmüş,
dinc əhali girov götürülmüş, bir milyon həmvətənimiz
öz yurdunda ağır qaçqın və məcburi
köçkün həyatı yaşamaqdadır. Bununla belə,
artıq 21 il keçməsinə
baxmayaraq, bu siyasi terrorizmə birmənalı və adekvat qiymət
verilməmişdir.
Beynəlxalq
səviyyədə heç bir sanksiyaya məruz qalmayan erməni
qəsbkarlarının törətdikləri kütləvi insan
qırğını Azərbaycanın dövlət müstəqilliyini,
suverenliyini, ərazi bütövlüyünü hədəfə
almış məqsədyönlü siyasətinin bir mərhələsi kimi,
ağlasığmaz qəddarlığı və qeyri-insani cəza
üsulları ilə bəşər tarixində
oxşarı olmayan vəhşilik, birmənalı olaraq,
genosid kimi dəyərləndirilməlidir.
Xüsusilə də ermənilərin
2015-ci ildə qondarma erməni soyqırımının
yüz illiyinin qeyd edilməsinə ciddi hazırlaşmasını nəzərə
alsaq, bu problemin vacibliyi daha da artır. Bu gün
də Ermənistanda dövlət səviyyəsində dəstəklənən
terrorçuluğun başlıca hədəfi qismində Azərbaycan
ilk sıradadır.
Azərbaycan
dövlətinin mövqeyi bu məsələdə belədir
ki, hansı ölkədə təbliğ edilməsindən
asılı olmayaraq, terrorizmin ideologiyasına qarşı
milli səviyyədə tədbirlərin görülməsi
ilə yanaşı, beynəlxalq əməkdaşlıq daha da
gücləndirilməlidir.
Dünya
birliyinə, aidiyyəti beynəlxalq təşkilatlara
müraciət edərək Azərbaycana qarşı
aparılan uzunmüddətli erməni təcavüzünə,
terror siyasətinə, kütləvi şəkildə insan
hüquqlarının pozulmasına son qoyulacağına, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişənin sülh və
danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək
veriləcəyinə, zəbt olunmuş torpaqların
qaytarılacağına, yüz minlərlə qaçqın
və məcburi köçkünlərin öz yurdlarına
dönəcəyinə, onların konstitusion
hüquqlarının bərpa ediləcəyinə
inanıram. Ölkəmizə qarşı təcavüzü,
soyqırımını törədən erməni
terrorçuları və onların havadarları cinayət məsuliyyətinə
cəlb edilməlidir. Beynəlxalq təşkilatların
məlum münaqişənin həllinə yönəlmiş
səyləri ikili standartlara yol vermədən, beynəlxalq
hüquq norma və prinsiplərinə tam uyğun həyata
keçirilməli, Ermənistan işğalçı, təcavüzkar
siyasətdən, ərazi iddialarından əl çəkərək,
bu münaqişə ilə bağlı qəbul edilmiş
beynəlxalq sənədlərin müddəalarını
yerinə yetirməli, Azərbaycanın ərazi
bütövlüyü tam bərpa olunmalı, azərbaycanlı
qaçqın və məcburi köçkünlərin
pozulmuş hüquqları bərpa edilərək öz
doğma yurdlarına dönməli, əsir və girovlar azad
olunmalı, terrorçu siyasətini aparan Ermənistan dövlətinə
qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən
sanksiyalar tətbiq edilməlidir.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi dövlət başçısı
İlham Əliyev tərəfindən ümummilli problem kimi bəyan
edilmişdir.
Bu baxımdan Azərbaycanda ermnəni terroruna və
onun ideoloji əsaslarına qarşı mübarizə problemi,
təcavüz və terrorçuluğa qarşı mübarizə
də təbii olaraq vacib ümumdövlət vəzifəsi
hesab edilir.
Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev
tərəfindən başlanan və hazırda dövlət
başçısı İlham Əliyev tərəfindən
davam etdirilən antiterror siyasətini tərəfdaş
ölkələr təqdir edirlər. Azərbaycan beynəlxalq terror təşkilatlarına
qarşı mübarizəni nəzərdə tutan bir sıra
konvensiyalara, müqavilələrə qoşulmuşdur və
qanunvericiliyini həmin sənədlərə uyğunlaşdırmaq istiqamətində sistemli tədbirlər
həyata keçirmişdir.
Ermənistan yalnız ərazisini işğal etdiyi Azərbaycana
və Türkiyəyə qarşı deyil, münasibətini
tətbiq edir, gonşu Gürcüstana qarşı da Cavaxetiya
problemini gündəmə gətirir. Nəticədə, bu
gün Ermənistan geosiyasi baxımdan
özü-özünü blokadaya alır. Bir sıra
regional dövlətlərlə mehriban qonşuluq münasibətlərinin
olmaması, qonşulara qarşı daimi ərazi iddiaları,
dini məsələləri alver obyektinə çevirməyə
göstərilən cəhdlər Ermənistanı təkcə
Cənubi Qafqaz regionunun zəif bəndinə deyil, həm də
regionun qeyri-sabitliyinin ən mümkün amilinə
çevirir. Beləliklə, terrorizm Ermənistanın
istənilən vaxtda həm daxili, həm də xarici siyasət
ambisiyaları naminə münaqişə yaratmağa
hesablanmış konkret dövlət siyasətidir.
Konfransda
AMEA Şərqşünaslıq İnstitutunun baş elmi
işçisi, tarix elmləri doktoru, professor Solmaz Tohidi -
Rüstəmova, Arxeologiya və Etnoqrafiya İnstitutunun baş
elmi işçisi, tarix elmləri doktoru, professor Rauf
Hüseynzadə və başqaları da çıxış
edərək “erməni soyqırımı”nın uydurma, mif
olması barədə tutarlı faktlar gətirdilər.
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
direktoru İlham Məmmədzadə maraqlı
çıxışlarına və mövzu ilə
bağlı dəyərli tövsiyələrinə görə
tədbir iştirakçılarına minnətdarlığını
bildirdi və konfransa yekun vurdu.
Qüdrət PİRİYEV
Xalq qəzeti.-
2013.- 1 may.- S. 7.