Astarada gələcək uğurlara
etibarlı zəmin yaradılır
Son vaxtlar Astaranın siması xeyli dəyişmiş, bu subtropik rayon daha da gözəlləşmişdir. Mənzərələr göz-könül oxşayır, abadlıq-quruculuq tədbirləri fərəh doğurur. Bu barədə ilk rübün yekunlarına həsr olunan şura iclasında ətraflı danışılmışdır.
İcra
hakimiyyətinin başçısı Qəzənfər
Ağayev ön sözündə ölkə miqyasında əldə
edilən möhtəşəm nailiyyətləri diqqətə
çatdırmış, Astaranın timsalında
regionların inkişafının aspektlərini
açıqlamışdır.
Hesabat
məruzəsində qeyd olunmuşdur ki, 2013-cü ilin I
rübündə ümumi məhsul
buraxılışı 24 milyon 779,6 min manata
çatdırılmış, bunun 51,5 faizi məhsul
istehsalı sahələrində, 48,5 faizi isə xidmət sahəsində
olmuşdur. 2013-cü ilin 3 ayında rayonda tikinti-abadlıq və
quruculuq sahəsində xeyli iş
görülmüşdür. İnşaat işlərinin
aparılması üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 3 milyon 428,3 min manat məbləğində vəsait yönəldilmişdir.
Heydər
Əliyev prospekti genişləndirilmiş, yolun hər iki tərəfində yeni
hasarlar hörülmüş, müxtəlif üzlüklər çəkilmişdir.
Şəhər 1 saylı tam
orta məktəbin qarşısında
genişləndirmə işləri aparılmış, yeni dizaynda bağ
salınmışdır. Bir çox binanın fasadı yenidən qurulmuşdur. Əsas küçələrdəki
barılar yenidən tikilmiş,
üzlüklər çəkilmiş, Bayraq
meydanının ətrafı
abadlaşdırılmışdır. Rayon
Mərkəzi xəstəxanasının
köhnə korpusu və poliklinika
şöbəsinin əsaslı təmiri başa
çatmaq üzrədir.
İlk
dəfə olaraq iş adamı
tərəfindən şəhərin
mərkəzində 9 mərtəbəli və dövlət vəsaiti
hesabına sərhədçilər üçün 6 mərtəbəli
yaşayış binalarının tikintisi davam etdirilir.
Dövlət
Proqramının icrası ilə əlaqədar Telman kəndində
220 şagird yerlik tam orta məktəb tikilib istifadəyə
verilmişdir. 480 yerlik Şuvi,
hər biri 360 yerlik Vaqo, Siyaku, Hamoşam,
hər biri 220 yerlik
Suparıbağ, Şağlazüzə, Asxanakəran, Motlayataq kənd tam orta və 180 yerlik Rudəkənar
kənd ümumi orta məktəb
binalarının inşası davam etdirilir. Asxanakəran ərazi nümayəndəliyinin
Əzərud və Anboba kəndlərində
80 yerlik ibtidai məktəb
binasının tikintisi ilə əlaqədar
hazırlıq işlərinə başlanmışdır.
Kijəbə
qəsəbəsində Lovayın su anbarının əsaslı
təmiri, Heydər Əliyev Parkının, Ərçivan qəsəbəsində
boks idman kompleksinin tikintisi və yeni parkın salınması
davam etdirilir. Ərçivan qəsəbəsində
və Şiyəkəranda kəndarası yollara
asfalt döşənmiş, Pensər, Şahağac ara
yollarının və 11 kilometrlik Ərçivan-Şüvi-Alaşa-Qapıçıməhəllə
dairəvi yolunun əsaslı təmirinə
başlanmışdır. Burzubənd-Pəlikəş-Şəvqo
kəndləri istiqamətində icra
hakimiyyətinin köməkliyi ilə yollar
təmir edilmiş, Doli
kəndinə elektrik enerjisi
verilməsi təmin edilmişdir. Şəvqo
kəndinə avtomobil yolunun
çəkilişi davam etdirilir.
Hamoşam, Asxanakəran və Pəlikəş
ərazi nümayəndəliklərinə gedən yolların
əsaslı təmirinə hazırlıq görülür.
Rayonda
kənd təsərrüfatı məhsullarının
istehsalı və satışı sahəsində uğurlar
var. Yeni salınmış 120 hektar çay
plantasiyasında aqrotexniki qulluq
işləri aparılmışdır. Yüzlərlə hektarda isə yeni sitrus və subtropik bitkiləri,
tərəvəz, dənli paxlalı bitkilər, kartof əkilmişdir. Aprelin
əvvəlinə 1903 hektar sahədə
yazlıq əkinlər keçirilmişdir.
Çəltikçiliyin inkişafı ilə əlaqədar
hazırlıq işlərinə başlanmışdır.
Ötən illə müqayisədə 30 hektar
çox çəltik əkilməsi nəzərdə
tutulmuşdur. Aqrolizinq
tərəfindən kənd təsərrüfatı məhsulları
istehsalçılarına güzəştli qiymətlərlə
170 ton mineral gübrə
satılmışdır.
Diri
çəkidə 828 ton ət, 7466 ton süd, 1 milyon 509 min ədəd
yumurta istehsal olunmuşdur.
Son
dövrlərdə rayonda 5480, birinci
rübdə isə 126 yeni iş yeri
açılmışdır. Rayon Məşğulluq Mərkəzinə
iş üçün 103 nəfər müraciət
etmiş, onlardan 85-i idarə və müəssisələrdə
işlə təmin olunmuşdur.
İlin
əvvəlindən 682 evə qaz xətti çəkilmişdir.
Mövcud xətlərdə təmir-bərpa işləri
aparılmış, 2 yeni qaztənzimləyici
şkaf quraşdırılmış, 8 siyirtmə
dəyişdirilmişdir. Üç kəndə
təbii qazın verilməsi təmin edilmiş,
dörd kəndə və Kakalosdakı yeni
yaşayış massivinə qaz xəttinin çəkilişinə
başlanmışdır.
Rayonda
vətəndaşların qəbulu, ərizə və
şikayətlərinə baxılması işinin daha da
yaxşılaşdırılması sahəsində xeyli
iş görülmüş, onların müraciətlərində
qaldırılan məsələlərin vaxtında və
obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər
həyata keçirilmişdir. Yerlərdə müntəzəm
olaraq keçirilən səyyar qəbullar ictimaiyyət tərəfindən
razılıqla qarşılanmışdır.
Məruzə
ətrafında müzakirələrdə maliyyə idarəsinin
müdiri C.Abbasov, mərkəzi xəstəxananın baş həkimi
E.Hüseyn, şəhər inzibati ərazi dairəsi üzrə
nümayəndə M.Hüseynov, Kijəbə qəsəbə
inzibati ərazi dairəsi üzrə nümayəndə
R.Babayev iştirak etmişlər.
Şura
iclasına yekun vuran icra hakimiyyətinin
başçısı Qəzənfər Ağayev qeyd
etmişdir ki, ötən müddətdə rayonda xeyli iş
görülmüşdür. Sosial-iqtisadi
inkişaf və geniş
quruculuq işləri əhalinin böyük ruh yüksəkliyinə
səbəb olmuşdur. Yerlərdə keçirdiyimiz səyyar qəbullarda
qaldırılan məsələlərin operativ
şəkildə həll olunması, problemlərin dərindən
araşdırılıb aidiyyəti üzrə istiqamətləndirilməsi
də müsbət nəticələrini göstərir.
Artıq rayonda əhaliyə fasiləsiz enerji verilməsi təmin edilmiş,
əsas kəndarası yollar
asfaltlaşdırılmışdır. Biz
yerlərdə əhali ilə görüşərkən
hamı abadlıq və inkişafa görə
ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını
bildirir.
Astarada qarşıdakı dövrdə görüləsi işlər daha çoxdur. Bununla bağlı iclasda konkret tapşırıqlar verilmiş, uğurların daha da artırılması zərurəti önə çəkilmişdir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 1 may.- S. 8.