“TOUR D’AZERBAIDJAN”
beynəlxalq velosiped turunun
ikinci mərhələsi başa
çatmışdır
Ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş “TOUR D’AZERBAIDJAN” beynəlxalq velosiped turunun 2-ci mərhələsi
keçirilmişdir.
Turun
ikinci mərhələsi Bakı şəhərində
Şıx çimərliyi ilə üzbəüz ərazidə,
yenicə yaradılmış müasir velosiped parkından
start götürərək “Bakı – Abşeron – Qobustan –
Şamaxı – İsmayıllı” marşrutu üzrə
keçirilmişdir. Velosipedçilər 183 kilometr məsafə
qət etdikdən sonra Azərbaycanın dilbər guşələrindən
birində - İsmayıllı Olimpiya Kompleksinin
qarşısında finiş xəttini keçmişlər.
Yarışda 24 komanda iştirak etmişdir.
İkinci
mərhələnin qalibi Türkiyənin “Torku Şəkərspor”
komandasının ukraynalı legioneri Sergey Qrişin
olmuşdur. İkinci yeri azərbaycanlı idmançı,
“Synergy Baku Cycling Project” komandasının velosipedçisi
Aleksandr Surutkoviç, üçüncü yeri isə
Qazaxıstanın “Kontinental Team Astana” komandasından olan Bəxtiyar
Kojatayev tutmuşdur.
Turun
ikinci mərhələsinin yekunlarına həsr olunmuş mətbuat
konfransında çıxış edən Türkiyənin
“Torku Şəkərspor” komandasının velosipedçisi
Sergey Qrişin bildirib ki, mərhələ onun
üçün çox çətin olmuşdur. S.Qrişin
“Tour d’Azerbaidjan” turunda qalib olmaqdan sevinc duyduğunu söyləmişdir.
Turda
ikinci yerin sahibi “Synergy Baku Cycling Project” komandasının
üzvü Aleksandr Surutkoviç bildirmişdir ki,
qarşıda hələ üç mərhələ
vardır və təmsil etdiyi komanda qalib gəlmək
şansını hələ itirməmişdir. Onun sözlərinə
görə, “Synergy Baku” komandasının “Tour d’Azerbaidjan” beynəlxalq
velosiped turunda qalib olmaq şansı böyükdür.
Finişə
3-cü çatan Qazaxıstanın “Kontinental Team Astana”nın
üzvü Bəxtiyar Kojatayev vurğulamışdır ki, bu
onun üçün tanış bir yarışdır.
“Ötən il də mən Azərbaycanda təşkil olunan
velosiped yarışında iştirak etmişdim. Mən
təssüflənirəm ki, çox təcrübəli həmkarlarıma uduzdum”.
Velosipedçilər
dəstəsinin irəlilədiyi bütün marşrut
üzrə onları yaxınlıqdakı yaşayış məntəqələrinin
sakinləri salamlamış və dəstəkləmişlər.
İsmayıllı Olimpiya Kompleksinə toplaşan rayon sakinləri
və rəhbərliyi velosipedçiləri
salamlamışlar. Kompleksin ərazisində bu çoxmillətli
diyarıfn sakinlərinin xalq yaradıcılığı sərgisi
təşkil olunmuşdur. İvanovka kəndinin sakinləri
konsert proqramı ilə çıxış etmişlər.
Qonaqlar istər Azərbaycan, istərsə də rayon ərazisində
yaşayan molokanların milli mətbəxinin yeməklərinin
dadına baxmışlar.
Milli
geyimli oğlan və qızlar tur
iştirakçılarına xatirə hədiyyələri təqdim
etmişlər.
Turun
üçüncü mərhələsi mayın 3-də “Qəbələ
- Oğuz - Şəki - Oğuz - Qəbələ” marşrutu
üzrə (165 kilometr) keçiriləcək.
Dördüncü
mərhələdə velosipedçilər mayın 4-də
“Qəbələ - Şamaxı” marşrutu ilə 116 kilometr
məsafə qət edib, dəniz səviyyəsindən təxminən
1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının
yaxınlığında, Azərbaycan Respublikası Vergilər
Nazirliyinin Tədris Mərkəzinin qarşısında
finiş xəttini keçəcəklər.
Beşinci
- sonuncu mərhələ isə mayın 5-də Azadlıq
meydanından start götürərək, Bakı şəhərinin
mərkəzi küçələri ilə 144 kilometr məsafədə
12 dəfə dövrə vurmaqla
yekunlaşdırılacaqdır.
Beynəlxalq
velosiped turu həm yerli, həm də xarici, o cümlədən
“Eurosport”, “Eurosport-2” və digər televiziya kanalları ilə
geniş işıqlandırılır.
Xalq qəzeti.- 2013.- 3 may.- S. 7.