Nəsillərə
örnək olan ömür yolu
Ulu öndər Heydər Əliyevin 90 illik
yubleyi ilə əlaqədar Ağcabədi rayon Mədəniyyət
evində elmi-praktik konfrans keçirilmişdir.
Ağcabədi Pedaqoji Kollecinin təşkil
etdiyi tədbirin iştirakçıları və qonaqlar əvvəlcə
Heydər Əliyevin rayon mərkəzində
ucaldılmış əzəmətli heykəli önünə
gül dəstələri qoymuş, ulu öndərin xatirəsinə
dərin hörmət və ehtiramlarını bildirmişlər.
Sonra tədbir rayon mədəniyyət evində davam
etdirilmişdir.
Konfransı Ağcabədi Rayon İcra Hakimiyyətinin
başçısı Şahin Məmmədov
açmış, ümummilli lider Heydər Əliyevin
hamıya örnək olan
ömür yolundan, Azərbaycanın dövlət müstəqilliyinə
hazırlanması və
suverenliyin qorunmasındakı tarixi
xidmətlərindən danışmışdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
türk və Şərqi Avropa xalqları tarixi
kafedrasının professoru, tarix
elmləri doktoru Mübariz Əmirov “Heydər Əliyevin
Azərbaycanın dövlətçilik tarixində rolu”
mövzusunda məruzə ilə çıxış
etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvləri, professorlar Vəli Əliyev və Vaqif
Abbasov, Təhsil Problemləri İnstitutunun professoru, əməkdar
müəllim Akif Abbasov, “Azərbaycan məktəbi”
jurnalının şöbə müdiri, professor İsfəndiyar Novruzlu ulu öndərin ölməz ideya və
əməllərindən, bu
yolun ölkə Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyindən danışmışlar.
Ağcabədi Pedaqoji Kollecinin direktoru, pedaqoji
elmləri namizədi, dosent Vaqif Hüseynov elmi-praktik konfransda
iştirak etdiklərinə görə görkəmli alimlərə və
rayon rəhbərliyinə minnətdarlığını
bildirmişdir.
Tələbələrin hazırladığı və ulu öndərə həsr olunmuş şeir kompozisiyası iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2013.- 3 may.- S. 8.