“Heydər Əliyev
və Azərbaycanda gənclər siyasəti” mövzusunda
konfrans keçirilmişdir
Dövlət İdarəçilik
Akademiyası, Bakı Şəhər
Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı
ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə
həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda gənclər
siyasəti” mövzusunda konfrans keçirilmişdir.
Mərasimi giriş sözü ilə açan
Dövlət İdarəçilik Akademiyasının
prorektoru, professor Əlikram Abdullayev ümummilli lider, müstəqil
Azərbaycan dövlətinin
memarı və qurucusu, həyatını xalqına, vətəninə
həsr edən Heydər Əliyevin Azərbaycan tarixində,
demokratik və hüquqi dövlət quruculuğunda müstəsna
fəaliyyətindən danışmış, ulu öndər
haqqında ürək sözlərini söyləmişdir.
Toplantıda
çıxış edən Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov müstəqil Azərbaycan dövlətinin
yaranmasında, möhkəmlənməsində və dünya
miqyasında tanınmasında Heydər Əliyevin tarixi xidmətlərindən
danışmış, gənclərimizin bir fərd, əsl
Azərbaycan vətəndaşı kimi formalaşmasında,
ümummilli lider Heydər Əliyevin danılmaz əməyi,
misilsiz xidmətləri olduğunu bildirmiş, ulu öndərin
zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində
gənclər siyasətinin
xüsusi yer tutduğunu qeyd etmişdir.
Daha sonra Ağsaqqallar Şurasının sədri,
millət vəkili Fəttah Heydərov, Ağsaqqallar
Şurasının sədr müavini Südeyf İmamverdiyev
ulu öndər Heydər Əliyevin azərbaycançılıq
ideyası və bu siyasətin
layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin
daxili və xarici siyasətindən danışmışdar.
Tədbirin sonunda təhsildə və ictimai işlərdə fərqləndiyinə, gənclər siyasətinin həyata keçirilməsində fəaliyyətinə görə bir qrup müəllim və tələbəyə fəxri fərman və hədiyyə təqdim olunmuşdur.
Leyla QURBANOVA
Xalq qəzeti.- 2013.- 3 may.- S. 8.