Bakıda müasir məlumat mərkəzlərinin yaradılması müzakirə olundu

 

Dünən  Bakıda “İnnovasiyalı və effektiv məlumat mərkəzlərinin yaradılması” mövzusunda seminar keçirilmişdir. Seminarın təşkilatçısı olaraq “Cisco”, “NetApp” və “Softline” şirkətləri çıxış etmişdir.

 Tədbir məlumat mərkəzlərinin (data center) səmərəli təşkili imkanlarından istifadəyə, İT infrastrukturun optimallaşdırılması üçün düzgün strategiyanın və əsas elementlərin seçilməsinə həsr edilmişdir.

 Seminar çərçivəsində məlumat mərkəzlərinin vahid şəkilə salınmış   “Cisco” serverləri əsasında yaradılması, ehtiyat surətçıxarma, çox əhəmiyyətli məlumatların onlayn və bulud texnologiyaları ilə saxlanılması, eləcə də onların virtual və bulud mühitində çoxsəviyyəli saxlama mexanizmləri, deduplikasiya və dəqiq ayrılmalar üzrə müasir texnologiyalar təqdim edilmişdir.

Bundan başqa, müəssisələrin resurslarının planlaşdırılması üzrə məlumatların mühafizəsi, virtuallaşdırılması, enerji səmərəliliyi və optimallaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmişdir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2013.- 3 may.- S. 10.