Lənkəranda ümümmilli liderin
yubileyinə həsr olunmuş tədbirlər
davam edir
İqtisadi İnkişaf
Nazirliyinin təşkilatçılığı
ilə Lənkəranda “Heydər Əliyev və Azərbaycan
regionlarının inkişafı” mövzusunda
konfrans keçirilmişdir.
Heydər
Əliyev Mərkəzində ümummilli liderin büstü
ziyarət edildikdən sonra öz işinə başlayan
konfransda müasir Azərbaycan dövlətçiliyinin
memarı Heydər Əliyevin həyat və fəaliyyətinə
həsr olunmuş film nümayiş etdirilmişdir.
Tədbiri
açan Lənkəran Şəhər İcra Hakimiyyətinin
başçısı Taleh Qaraşov bu gün ölkəmizin
qazandığı hər bir uğurun təməlində ulu
öndər Heydər Əliyevin müəllifi olduğu
inkişaf strategiyasının dayandığını
vurğulamışdır. Qeyd edilmişdir ki, ulu öndərin
siyasi təcrübəsi, biliyi, cəsarəti və
müdrikliyi nəticəsində qısa müddətdə
ölkəmiz çətin sınaqlardan keçərək
dinamik inkişaf yoluna qədəm qoymuşdur. İcra
başçısı qeyd etmişdir ki, 1969-1982-ci illər Lənkəranın
qızıl dövrü adlandırılır. Həmin
dövrdə Lənkərandan keçmiş İttifaqın
mindən çox şəhərinə sənaye və kənd
təsərrüfatı məhsulları göndərilirdi.
Ulu öndər Lənkərana 6 dəfə səfər
etmişdir. Bu səfərlərin hər biri yeni mühüm
obyektlərin açılışları ilə yadda
qalmışdır. Həmin dövrdə Lənkəranda sənaye,
mədəniyyət, məişət müəssisələri,
mikrorayon, hava limanı, Xanbulançay dəryaçası...
tikilib istifadəyə verilmişdir. Ümummilli liderin
ideyaları, siyasi kursu bu gün də uğurla davam etdirilir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan günbəgün inkişaf edir,
regionlar sosial-iqtisadi cəhətdən çiçəklənir,
böyüyür, yenilənir. T.Qaraşov həmçinin cənab
Prezidentin keçən il Lənkəranın sosial-iqtisadi
inkişafı ilə əlaqədar imzaladığı 4 sərəncam
sayəsində şəhərdə, rayonun qəsəbə
və kəndlərində aparılan genişmiqyaslı
quruculuq və abadlıq işlərindən
danışdı.
İqtisadi
inkişaf nazirinin müavini Niyazi Səfərov ümummilli
liderin dövlətçiliyimizin möhkəmləndirilməsi,
iqtisadiyyatımızın inkişafı istiqamətində
gördüyü işlər barədə geniş məlumat
vermişdir. O vurğulamışdır ki, nailiyyətlər
sonrakı illərdə də ölkə iqtisadiyyatının
dayanıqlı inkişafı üçün möhkəm zəmin
yaratmışdır. Bu gün Heydər Əliyev siyasi xəttinin
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin iqtisadi inkişafı davamlı xarakter
almışdır.
Tədbirdə
nazirliyin məsul əməkdaşları Fərrux Dadaşov
və Zaur Qasımov, Bakı Biznes Tədris Mərkəzinin
direktoru Akif Fərruxov, İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutunun direktor müavini Rofət Hüseynəliyev və
Masallı rayonundan tanınmış sahibkar Fəxrəddin
Baxışov çıxış etmişlər. Natiqlər
ulu öndərin yorulmaz fəaliyyəti nəticəsində
Azərbaycanda milli iqtisadiyyatın və
sahibkarlığın inkişafı barədə geniş məlumat
vermişlər.
Sonda
sahibkarları maraqlandıran suallar
cavablandırılmışdır.
***
Bir
gün sonra isə Lənkəran Şəhər İcra
Hakimiyyəti YAP şəhər təşkilatı ilə
birlikdə “Azərbaycanın tərəqqi yoluna nur saçan
günəş - ümummilli lider Heydər Əliyev” adlı
konfrans keçirmişdir.
T.Qaraşov
Prezident sərəncamına əsasən respublikamızın
hər yerində olduğu kimi, Lənkəranda da ulu öndərin
90 illik yubileyi münasibətilə silsilə tədbirlərin
keçirildiyini söyləmişdir. Qeyd etmişdir
ki, ötən yüzillikdə xalqa rəhbərlik kimi böyük tarixi
missiyanı yerinə yetirən şəxsiyyətlər
arasında dünya şöhrətli
siyasətçi, görkəmli dövlət xadimi,
xalqımızın ümummilli lideri Heydər Əliyev müstəsna yer tutur. Əsrin
üçdə biri ərzində Azərbaycanın
rəhbəri olmuş ulu
öndər yalnız Vətənə sədaqətlə xidmət
etməyi düşünərək bütöv
bir xalqın taleyini
yaşamışdır. Heydər Əliyevin böyük zəhmət,
yorulmaz fəaliyyət hesabına
qurub-yaratdıqları xalqımızın misilsiz
sərvətinə çevrilmişdir.
İcra
başçısı qeyd etmişdir ki, 1993-cü ildə məhz
Heydər Əliyev zəkası, qətiyyəti və zəngin
dövlətçilik təcrübəsi Azərbaycanı vətəndaş
müharibəsindən, parçalanmadan, dünya xəritəsindən
silinmək təhlükəsindən xilas etdi və tədricən
uğur yoluna çıxardı. Buna görə də nə
qədər ki, Azərbaycan var, ulu öndər Heydər Əliyev
də əbədi yaşayacaqdır.
Sonra
Lənkəran ŞİH başçısının birinci
müavini, YAP şəhər təşkilatının sədri
İlqar Dadaşovun məruzəsi dinlənilmişdir.
Müzakirələrdə rayon ağsaqqalı Sərhəd Məmmədov,
xalq artisti Qabil Quliyev, təhsil şöbəsi müdirinin
müavini Güloğlan Bağırov və başqaları
iştirak etmişlər.
Sonda
YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə
partiyanın üzvlük vəsiqələri təqdim
edilmişdir.
***
Ulu öndərin şanlı yubileyi ilə bağlı Lənkəranın mədəniyyət müəssisələrində də silsilə tədbirlər olmuşdur. C.Cabbarlı və H. Rzayeva adına uşaq musiqi məktəblərində maraqlı konsert proqramları təqdim edilmişdir. Şagirdlər ümummilli liderə həsr olunmuş mahnı və şeirlər oxumuşlar.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2013.- 4 may.- S. 8.