Odlar diyarı Abşeron
öz yubileyini
qazandığı böyük uğurlarla qarşılayır
50 ildə
keçilən yola nəzər salanda qürurlanmağa,
qurub-yaradanları alqışlamağa dəyər
Son günlərin mövsümə uyğun olmayan, qeyri-sabit hava şəraiti müəyyən narahatlıqlar yaratsa da, həmin gün təbiət də bayram əhval-ruhiyyəsinə “qoşulmuşdu”. Az-az rastlanan gözəl və əsl yaz havasında abşeronlular doğma rayonlarının 50 illiyini, yüksək coşğu ilə qeyd etmək üçün Xırdalan şəhərinin küçə və meydanlarına axışmışdı. Sözün həqiqi mənasında, adam əlindən tərpənmək olmurdu, bu da təbii idi - qədim Abşeronun inzibati rayon kimi yaradılmasının 50 illiyinin sevincini birgə bölüşmək duyğusu qədər təbii nə ola bilər ki?
Bəri başdan qeyd etmək yerinə düşər ki, bu cür ağır və məsuliyyətli tədbirin yüksək səviyyədə hazırlanması təşkilatçıların gərgin əməyi sayəsində mümkün olub. Bunun da nəticəsində iştirakçıların və izləyicilərin illərlə, on illərlə unutmayacaqları bayram şənliyi yaşandı. Abşeronun Abşeron kimi formalaşmasında, inkişafında əməyi, zəhməti olan müharibə və əmək veteranlarının, ağsaqqalların yaddan çıxarılmaması, əksinə, hörmət və izzətlə dəvət olunaraq bayram şənliyində iştirak etmələri tədbirin əhəmiyyətini daha da artıran ən maraqlı məqamlardan biri idi.
Rayonun bədii özfəaliyyət kollektivlərinin və məktəb şagirdlərinin hazırladıqları kompozisiyaları, idmançıların müxtəlif növlər üzrə bacarıqlarını nümayiş etdirmələrini tədbir iştirakçılarının necə məmnuniyyətlə qarşıladıqlarını asanlıqla üzlərindən oxumaq olurdu. Tədbirin mükəmməlliyini bu fakt da sübut edirdi ki, ssenaridə Abşeron tarixinin əlamətdar dövrlərini əks etdirən məqamlara xüsusi həssaslıqla toxunulmuşdu. Məsələn, mərasim iştirakçılarının qarşısından keçən dəvə karvanı, Türk qoşunları tərəfindən Bakının bolşevik-erməni işğalından azad olunması Abşeron tarixinin səhifələrində özünəməxsus yer tutur və bu məqamların inandırıcı şəkildə canlandırılması izləyənlərə o anları sanki bir daha yaşatdı.
Sərhəd Qoşunları əsgərlərinin
nümayiş etdirdikləri döyüş səhnəciklərini
iştirakçılar böyük
şövqlə izlədilər və bir
daha əmin oldular ki, Azərbaycan ordusunun
günbəgün artan qüdrəti,
intizamı torpaqlarımızı düşmən
işğalından azad edə biləcək
səviyyədədir.
İdarə,
müəssisə və təşkilatlar təntənəli
keçidin növbəti iştirakçıları oldular. Məlumdur
ki, Abşeron rayonu əsasən kənd təsərrüfatı
üzrə ixtisaslaşır. Eyni zamanda, son dövrlərdə
sənayenin inkişaf etdirilməsi ilə
rayon “sənaye nüfuzunu”
da artırıb. Abşeronda
fəaliyyət göstərən sənaye müəssisələrinin
istehsal etdikləri məhsulların
şöhrəti rayonun sərhədlərini
çoxdan aşaraq
respublikamızın bütün bölgələrinə
və MDB məkanına yayılıb. Son yeddi
ildə istifadəyə verilən belə müəssisələrdən
Aşağı Güzdək, Qobu və Məmmədlidəki
nəhəng kərpic zavodlarını, Xırdalanda
şüşə qablar istehsal
edən müəssisəni, “Palitra”, “AZ
MDF”, “N-Line” mebel, “Piramida” və “Avropa
qapıları” kimi iri
özəl istehsal müəssisələrini
nümunə göstərmək olar.
Bu
gün rayon üzrə əsas kapitala yönəldilən
investisiyaların orta illik məbləği 11 dəfə
artaraq 182 milyon manata çatmışdır. ÜDM
istehsalının 2005-ci illə müqayisədə 6,7, sənaye
məhsulu istehsalının 13 dəfə artması rayon büdcəsinin daxili
gəlirlər hesabına formalaşmasını təmin etmişdir. Yerli vergi ödəmələrinin 2011-ci ildə 24
milyon manatı keçməsi də
(2003-cü ildə 1,4 milyon manat) çox uğurlu iqtisadi göstəricidir.
Məhz bunun nəticəsidir ki, Abşeron son illər mərkəzi büdcədən dotasiya almayan rayonların
sırasındadır.
Abşeronun
rayon kimi 50 illik tarixi heç də həmişə yüksələn
xətlə müşayiət olunmayıb, həddindən
çox çətinliklər sınaqlar yaşanıb. Müstəqil
rayon kimi özünü doğrulda
bilməməsi üçün böyük süni əngəllər
yaradılıb. Ancaq abşeronluların əzmi,
iradəsi bütün çətinliklərə
sinə gərməyə bəs edib. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə
məsələyə müdaxiləsi isə, heç
şübhəsiz ki, Abşeronun
müstəqil rayon kimi
fəaliyyət göstərə bilməsi üçün
ən vacib amil rolunu oynayıb. Bu gün abşeronlular doğma rayonlarının 50 illik
yubileyini bayram kimi qeyd etmək fürsətini
qazandıqlarına görə məhz dahi
şəxsiyyət Heydər Əliyevə borcludurlar.
Rayonun 50 ilinin
son on ili Prezident İlham Əliyevin rəhbərliyinə
təsadüf edir. Mübaliğəsiz demək
olar ki, bu on il
Abşeron rayonunun tarixində xüsusilə
önəmli yer tutur. On ildə
elə möhtəşəm
inkişaf yolu keçilib ki, bu yola nəzər
salanda qürurlanmağa,
qurub-yaradanları alqışlamağa
dəyər. Səliqə-sahmanlı küçələr, geniş
park və meydanlar, əsaslı şəkildə
abad və təmir olunmuş yaraşıqlı yaşayış
binaları, yeni tikilmiş onlarla sosial obyekt bu
gün Abşeronun görkəmini tamamilə
dəyişib. Altı-yeddi ilə
əvvələ kimi dağınıq qəsəbə
olan Xırdalanın şəhər kimi inkişafı, burada baş verən füsunkar dəyişikliklər,
sözsüz ki, yorulmaz abşeronluların
zəhmətinin bəhrəsidir.
Dövlət başçısı
İlham Əliyevin sərəncamı ilə
şəhər statusu
alan Xırdalan
sürətlə tərəqqiyə
başlamışdır. Bütün
böyük şəhərlər
kimi indi Xırdalan da hündürmərtəbəli yaşayış binalarına,
geniş və səliqəli küçələrə,
minlərlə insanın
könül xoşluğu
ilə istirahət etdiyi əyləncə məkanlarına, park və
meydanlara malikdir. Çox yox, cəmisi 7-8 il
qabaq hətta günün günorta çağında adam tapılmayan Mərkəzi
park ulu öndərin adına layiq səviyyəyə gətiriləndən
sonra burada əyləşmək üçün
boş oturacaq tapmaq müşkül məsələdir. Yeri gəlmişkən, 9,5 hektarlıq bu möhtəşəm parkda
Heydər Əliyev Muzeyi ucaldılmışdır.
Bundan əlavə, şəhər
mərkəzində “Əsgər
anası” abidə kompleksi yenidən qurulmuş, Misir-Azərbaycan
dostluğu parkı salınmışdır. Həmçinin Xırdalanda Olimpiya İdman Kompleksinin, müasir tipli rayon mərkəzi xəstəxanasının,
Saray—Novxanı—Mehdiabad—Fatmayı, Hökməli—Qobu—Lökbatan-Güzdək—Potu avtomobil yollarının salınması Abşerondakı
inkişafın dinamikasından
xəbər verir.
Bu məqamda Abşeron
rayonunun 50 illik tarixinə qısa nəzər salmaq vaxtıdır. 50 illik
tarixində Abşeron
bir çox dəyişikliyin — birləşmənin
və ayrılmanın
şahidi olub.
1963-cü ilin yanvarında
Bakı şəhərinin
Qaradağ, indiki Binəqədi, Sabunçu,
Suraxanı, Xəzər
rayonları ərazisindəki
kolxoz və sovxozların, kənd təsərrüfatının ayrı-ayrı
sahələrinə aid 4 elmi-tədqiqat
institutunun, texniki təchizat bazalarının,
Sumqayıt şəhərinin
Saray, Ceyranbatan, Aşağı Güzdək,
Sitalçay, Şuraabad,
Giləzi, Xızı,
Tıxlı, Xələnc,
Fındığan, Baxışlı,
Altıağac yaşayış
məntəqələrinin və həmin ərazidəki sovxozların,
Dəvəçi (indiki
Şabran) və Siyəzən şəhərləri
istisna olmaqla, həmin rayonların bütün yaşayış
məntəqələri, təsərrüfat,
idarə, müəssisə
və təşkilatlarının
bazasında Abşeron
rayonu yaradılmışdır.
Binəqədi, Sabunçu
və Qaradağ rayonlarının Xırdalan,
Hökməli, Masazır,
Novxanı, Digah, Məmmədli, Fatmayı,
Görədil, Qobu, Güzdək yaşayış
məntəqələri də
rayonun inzibati ərazisinə daxil edilmiş, Xırdalan qəsəbəsi rayonun mərkəzi olmuşdur.
Məlumdur ki, Abşeron rayonunun yaradılmasında
əsas məqsəd Bakı və Sumqayıt şəhərlərinin
əhalisini təzə
və keyfiyyətli ərzaq məhsulları ilə etibarlı şəkildə təmin
etmək idi. Ötən əsrin
70-ci illərində, daha
sonra 80-ci illərin əvvəllərində kənd
təsərrüfatı məhsullarının
istehsalı sahəsində
qazanılan nəticələr
yaxın keçmişin
xoş təəssüratlarla
xatırlanacaq məqamlarındandır.
Bərəkətli torpağa məxsus
“Abşeron nemətləri”nə
şairlər söz qoşub, bəstəkarlar
nəğmələr bəstələyiblər.
80-ci illərin ikinci
yarısını və
90-cı illəri əhatə
edən tənəzzül
dövrü, şükür
ki, çoxdan geridə qalıb. Abşeron itirilmiş
şöhrətini qaytarmaq
üçün hər
cür fədakarlığa
sinə gərib.
Nəticələr də ürəkaçandır.
Hazırda rayonun iri fermer təsərrüfatları,
müasir texnologiyalara
malik emal müəssisələri, özəl
quşçuluq və
maldarlıq təsərrüfatları,
istixanalar təkcə
paytaxtı və paytaxtətrafı yaşayış
məntəqələrini deyil,
respublikanın əksər
bölgələrini keyfiyyətli
ərzaq məhsulları
ilə təmin etmək baxımından xüsusi çəkiyə
malikdir.
Abşeronda sahibkarlığın inkişafına
da dövlət səviyyəsində yardım
edilir. Məsələn,
son illər Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə yerli sahibkarlara 61,8 milyon manat güzəştli kredit verilmiş, kənd təsərrüfatı
məhsulları istehsalçılarına
400 min manat subsidiya ödənilmişdir. Nəticə təkcə özünü
istehsalın həcminin
artmasında və məhsul bolluğunda göstərməmişdir. Eyni zamanda, işsizlik probleminin həllinə də əsaslı şəkildə təkan
vermişdir. Son illər
minlərlə abşeronlu
yüksək məvacibli
və daimi iş yerləri ilə təmin olunmuşdur.
...Açıq səma altında keçirilən
tədbir daha sonra Mədəniyyət evində davam etdirildi. Rayonun 50 illiyi münasibətilə
dövlət başçısının
orden, medal və fəxri adlarla təltif etdiyi 33 abşeronluya təltiflər
təqdim edildi. Təltif olunanlar yüksək diqqətə görə ölkə başçısına
minnətdarlıqlarını bildirdilər.
Rayon icra hakimiyyətinin
başçısı Zakir
Fərəcov çıxış
edərək bildirdi ki, Abşeronun sürətli dirçəlişi
məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə gerçəkləşmişdir. Ulu öndərin 1981-ci ilin aprel ayında Abşerona növbəti səfəri zamanı dediyi “Abşeronlular öz əməkləri ilə, əzmkarlıqları
ilə sübut etmişlər ki, əlahiddə ərazidə
yerləşən bu
rayon müstəqil yaşamağa
qadirdir”– kəlamı
rayonun sonrakı çətin mərhələlərdən,
sınaqlardan üzüağ
çıxması və
tərəqqisi üçün
əvəzsiz stimul rolunu oynamışdır,
daha dəqiqi, Abşeronun “həyata yeni vəsiqəsi” olmuşdur.
Respublikanın tanınmış incəsənət
xadimlərinin səsləndirdikləri
milli musiqinin sədası altında xoş anlar yaşayan tədbir iştirakçıları doğma
Abşeronun 50 illik yubileyindən gözəl
ovqat və nikbin duyğularla ayrıldılar.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.- 2013.- 4 may.- S. 12.