Dehlidə Asiya
İnkişaf Bankının Rəhbərlər
Şurasının 46-cı illik toplantısı işə
başlamışdır
Toplantıda Azərbaycan
nümayəndə heyəti də iştirak edir
Hindistanın paytaxtı Dehlidə Asiya
İnkişaf Bankının (AİB) Rəhbərlər
Şurasının 46-cı illik toplantısı işə
başlamışdır.
Asiya İnkişaf Bankının Rəhbərlər
Şurasının illik toplantısında Azərbaycanı
maliyyə naziri, bankın Rəhbərlər
Şurasının üzvü Samir Şərifovun rəhbərliyi
ilə nümayəndə heyəti təmsil edir.
Builki toplantıda, ümumilikdə, 5 min
nümayəndə iştirak edir.
Toplantıda Asiya regionunda aktual olan mövzular
üzrə müxtəlif bölmə iclasları, seminarlar və
təqdimatlar keçiriləcəkdir.
Tədbiri işıqlandırmaq üçün 300-ə yaxın jurnalist qeydiyyatdan keçmişdir.
Şahin CƏFƏROV
Xalq qəzeti.- 2013.- 4 may.- S. 13.