HEYDƏR ƏLİYEV Azərbaycan təhsilinin və elminin misilsiz himayədarı idi

 

Türk dünyasının son yüz ildəki  ən görkəmli simalarından olan ulu öndər Heydər Əliyevin həyatı hələ yüz illər boyu qələm sahiblərinin tez-tez müraciət etdiyi mövzulardan olacaq. Üstəlik bu barədə istənilən yazını qələmə alan ziyalı və ya yaradıcı insan həmişə belə  fikir səsləndirir ki, Heydər Əliyevin əməlləri Azərbaycan xalqı durduqca  yaşayacaq.

 O, öz xalqının və dövlətinin həyatında heç kəsə bənzəməyən rol oynamış  tarixi şəxsiyyətlərdən  biridir.  Xatırlatmaq yerinə düşər ki,  Heydər Əliyevin taleyinə  daha böyük  xilaskarlıq və quruculuq missiyası düşmüşdü.  Çünki bizim ulu öndərimizin həyatının siyasi mübarizədə keçməyən   bir zamanı, dövrü olmayıb.  Heydər Əliyev həyatı başdan-başa xalqa xidmətdən  milli mənafe baxımından bütün azərbaycanlıların arzuladığı siyasi mübarizədən ibarət olub.

 Bu qənaətimizi bir neçə konkret məqamlarla əsaslandıraq. Ulu öndər hələ Dövlət Təhlükəsizliyi Komitəsində  çalışdığı  illərdə o dövr üçün tamamilə qeyri-mümkün olan addımlar atırdı. O, öz tutduğu  vəzifənin imkanlarından istifadə edərək yüzlərlə soydaşımızın ağır ittihamlardan və təzyiqlərdən qurtulmasına kömək etmişdi. Onun respublikamıza rəhbərlik etdiyi 1969- 1982-ci illər bütövlükdə xalqımıza xidmətdə keçmişdi.  Böyük dövlət xadimi  həmin illərdə Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi, elmi-texniki  və ən başlıcası, mədəni inkişafının sürətləndirilməsi   üçün  başqa siyasətçilərin bəlkə də yüz ilə görə bilməyəcəyi işləri görmüşdü.  Ötən əsrin yetmişinci illərinin əvvəllərinə  qədər aqrar respublika kimi tanınan Azərbaycanın sürətlə inkişaf edən sənaye respublikasına çevrilməsi Heydər Əliyev rəhbərliyinin iqtisadi qüdrətini göstərirdisə, Azərbaycan dilinin Konstitusiya səviyyəsində dövlət dili elan olunması onun siyasi uzaqgörənliyinin nəticəsi kimi qiymətləndirilirdi.  Heydər Əliyevin 70-ci illərdə Azərbaycan alimlərinin elmi nailiyyətlərinin beynəlxalq aləmə çıxarılması üçün həyata keçirdiyi tədbirlər respublikamızın dünya miqyasında tanıdılması istiqamətində atılan ən uğurlu addımlardan idi.  Gələcək müstəqil Azərbaycan dövləti üçün daha çox milli kadrların yetişdirilməsi məqsədiylə  ölkə təhsilində köklü islahatların aparılması, yaradıcı ziyalılarımızın ümumittifaq miqyasında təbliği və onların əməyinin yüksək qiymətləndirilməsi kimi məsələlər  də həmin illərin heç zaman unudulmayacaq , üstəlik bilavasitə Azərbaycan üçün xarakterik olan proseslərindən idi.

Heydər Əliyev siyasi dühası elə bir tükənməz xəzinə idi ki, o xəzinədən  Sovet rəhbərliyi daha geniş miqyasda bəhrələnməyə çalışırdı. Məhz o səbəbdən də səksəninci illərin əvvəllərində Kreml rəsmiləri Heydər Əliyevin bilavasitə Moskvada, SSRİ rəhbərliyində işləməsini məqsədəuyğun saydılar və bizim ulu öndərimiz  o böyük dövlətin iki-üç rəhbərindən biri oldu. Azərbaycandan kənarda yaşadığı dövrdə, Moskvada SSRİ rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyi illərdə də onun kölgəsi respublikamızın üstündən əskik olmurdu.  Bu zaman daha mühüm olan bir məqamı yada salmaq zərurəti ortaya çıxır.  Belə ki, Heydər Əliyevin  bütün vəzifələrdən istefa verərək  Moskvada sadə bir vətəndaş kimi yaşadığı müddət də xalqımız üçün mühüm əhəmiyyət kəsb edən hadisələrlə zəngin olmuşdur. Yenə də fikrimizi konkret faktlarla əsaslandıraq.   Azərbaycanda böyük vüsət alan xalq azadlıq hərəkatını hələ beşikdə ikən boğmaq istəyən Mixail Qorbaçovun 1990-cı ilin yanvarında  Bakıya qoşun yeridərək çoxsaylı insan qırğını törətməsindən dərhal sonra  Heydər Əliyev bilavasitə Moskvada - Kremlin gözünün qabağında SSRİ rəhbərliyini ittiham edən bəyanatlar səsləndirdi. Ulu öndər  bu addımıyla Azərbaycan azadlıqsevərlərinin  siyasi meydanda tək olmadığını sübuta yetirmiş, onları daha mütəşəkkil mübarizəyə ruhlandırmışdı. Təkcə azərbaycanlıların deyil, türk dünyasının bir çox simalarının qeyd etdiyi kimi  Heydər Əliyevin adının əvvəlindəki ümummilli lider ifadəsini bilavasitə həmin tarixi hadisə tamamlayırdı.

  Heydər Əliyevin doxsanıncı illərin başlanğıcında -  Moskvadan qayıtdıqdan sonra başlanan  Naxçıvan fəaliyyəti  də müasir tariximizin ən şanlı səhifələrindən idi.  Xatırladaq ki,  həmin illərdə ulu öndər birinci müstəqil dövlətimizin atributlarından olan üç rəngli bayrağımızı rəsmi olaraq   muxtar respublikanın bayrağı kimi qaldırmış, Naxçıvanın adından sovetsosialist sözlərinin çıxarılmasına nail olmuşdu. O zamanlar iti sürətlə çökməkdə olan  SSRİ-nin saxlanılması məqsədiylə  Azərbaycanda keçirilən ümumrespublika referendumunun Naxçıvanda  reallaşdırılmasının qarşısını məhz Heydər Əliyev  almışdı.  Daha möhtəşəm faktlardan birio idi ki, bu gün regionun ən qüdrətli siyasi təşkilatı olan Yeni  Azərbaycan Partiyası bilavasitə Heydər Əliyev dühasının işığına  toplaşan Azərbaycan ziyalılarının təşəbbüsü ilə 1992-ci ilin noyabrında Naxçıvanda yaradılmışdı.

 Azərbaycanın  bir əsrdə ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşması xalqımız üçün nə qədər səadətli və xoşbəxt hadisə olsa da, bədxahlarımız üçün o qədər ağır zərbə idi. Ona görə də hər vəchlə gənc müstəqil Azərbaycanın mövcudluğuna son qoymaq üçün qorxunc variantlar düşünülürdü. Odur ki, müstəqilliyin ilk illəri bizim üçüm məhrumiyyətlər və məşəqqətlərlə dolu tarixə çevrilmişdi. Dövlətə rəhbərlik edən siyasət diletantlarının təcrübəsizliyi və bu məqamdan məharətlə bəhrələnən bədxahlarımızın çoxsaylı təxribatları nəticəsində ölkəni xaosanarxiya bürümüş, respublika vətəndaş müharibəsinin bir addımlığına gətirilmiş, milli dövlətçiliyimiz məhv olmaq, ölkə ərazisi parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı.  O zaman   milli ziyalılıq simvolumuza çevrilmiş insanlar Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini təkidlə tələb etdilər.  Özlərinin törətdiyi problemlərin əlində əsir-yesir qalmış AXC- Müsavat iqtidarının rəhbərləri də  xalqın həmin çağırışlarına qoşuldular. Sadə insanlar  Heydər Əliyevi milli dövlətçiliyimizi qorumaq üçün çağırırdısa, iqtidar rəsmiləri özlərinin ortaya gətirdikləri adamların verəcəyi qanuniya qeyri - qanuni cəzalardan xilas olmaq üçün daxili sabitliyin yaranmasını arzulayırdılar.  AXC-Müsavat iqtidarının rəhbərləri  bilirdilər  ki,  dağılmaqda olan ölkədə  sabitliyi ancaqancaq Heydər Əliyev yarada bilər.

 Öz siyasi fəaliyyətinin bütün dövrlərində xalqın heç bir çağırışını cavabsız qoymayan Heydər Əliyev  ölkənin həmin ağır günlərində ona ünvanlanan müraciətləri qətiyyən cavabsız qoya bilməzdi. Odur ki, ulu öndər 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gəldi. Bu, böyük qayıdış idi. Ümummilli liderimizin Naxçıvandan Bakıya gəlişi sözün həqiqi mənasında milli dövlətçiliyimiz üçün qurtuluş, Azərbaycan xalqı üçün isə misilsiz bir nicat oldu. İlk növbədə hamının gözlədiyi daxili sabitliyə imza atıldı.  Sonra ölkə beynəlxalq aləmə açıq elan edildi və həmin inteqrasiya meylləri əcnəbilərin Azərbaycana marağını artırdı. Bu isə gənc müstəqil respublikamız üçün havasu kimi lazım idi. Əgər beynəlxalq aləmlə əlaqələr AXC-Müsavat iqtidarı dövründəki kimi qalsaydı, Azərbaycan xalqı heç nədən olmasa da aclıqdan məhv ola bilərdi.

 1993-cü il iyunun 15-dən - Böyük Qurtuluşdan keçən qısa müddətdə  dünya ictimaiyyəti Azərbaycanı tanımağa başladı.  Respublikamız  NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşuldubu amil öz havadarlarının dəstəyi ilə Azərbaycan  torpaqlarını işğal edən Ermənistanın hərbi yürüşlərinin qarşısının alınmasında mühüm rol oynadı.  Məhz Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1994-cü ilin  mayında  Ermənistanla Azərbaycan arasında atəşkəs müqaviləsi imzalandı və bununla da ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyi uçurumun bir addımlığında xilas edildi.  Heydər Əliyev respublikamızın  hərtərəfli inkişafını təmin etmək məqsədiylə köklü hüquq islahatlarına start verdi, ilk Konstitusiyamızın qəbul edilməsinə nail oldu,  məhz onun işləyib hazırladığı demokratik dəyərlər əsasında milli parlament formalaşdırıldı. Tezliklə  iqtisadi böhrandan çıxış yolları tapıldı və ən başlıcası, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi məqsədiylə dünyanın aparıcı neft şirkətlərinin yaratdığı konsorsiumla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında  sonralar “Əsrin Müqaviləsi” adlandırılan möhtəşəm  neft sazişi  imzalandı. Tarixçilər qətiyyətlə yazırlar ki, bütün bunlar Heydər Əliyev müdrikliyininsiyasi uzaqgörənliyinin nəticəsi idi.

 Ulu öndərin təkcə siyasi fəaliyyətinin titanik hadisələrlə zəngin olan səhifələri deyil, hətta onun həyatının bütün məqamları siyasətçilər, politoloq və ekspertlər üçün örnək şəklində qiymətləndirilir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  dövlətimizin uğurları ilə bağlı istənilən tribunadan çıxış edərkən bu nailiyyətlərin təməlində ümummilli lider Heydər Əliyevin siyasi dühasının dayandığını söyləyir.  Mənim yadımdadır. Cənab İlham Əliyev Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu  məzunlarının I Ümumdünya Forumunda nitqlə çıxış edərkən Azərbaycanın dövlət müstəqilliyinin ilk illərini yada salaraq  xatırladırdı: “ Müstəqillik illəri çox mürəkkəb şəraitdə başlanmışdı, çox ziddiyyətli proseslər gedirdi, müstəqilliyin ilk illəri hərc-mərclik, anarxiya, özbaşınalıq, vətəndaş müharibəsinə və sadəcə iqtisadi kollapsa gətirib çıxarmış iğtişaş illəri idi. Sənaye staqnasiya vəziyyətində idi, Azərbaycanın müstəqil dövlət kimi inkişaf perspektivləri çox böyük sual altında idi. Lakin ən həlledici anda Azərbaycan xalqının müdrikliyi özünü onda göstərdi ki, xalq Heydər Əliyevə müraciət etdionu ölkəni ağır böhrandan çıxarmağa çağırdı. Hətta statistikaya nəzər salsaq, iqtisadisiyasi prosesləri müşahidə etsək, görərik ki, 1993-cü ildən sabitləşmə dövrü başlandı. Azərbaycan informasiya blokadasından çıxdı, qonşu ölkələrlə, region ölkələri ilə müstəqilliyin ilk illərində tamamilə korlanmış əlaqələri yenidən qurub möhkəmlətdi və sabitləşmə, inkişaf, dünya birliyinə inteqrasiya dövrü başlandı. Sonradan bu proseslər genişlənmiş və artıq 2000-ci illərdən başlayaraq Azərbaycanın inkişaf dinamikası  gündəlik həyatda da, ölkəmizin artan beynəlxalq nüfuzunda da təzahür etməyə başladı.”

 Əlbəttə, bütün bunlar danılmaz  həqiqət , müasir tariximizin reallıqları idi. Ancaq danılmaz və təkzibolunmaz həqiqətlərdən biriodur ki, ulu öndər Heydər Əliyev barədə söz açan istənilən sahənin mütəxəssisi  onu özünün çalışdığı sahənin himayədarı kimi qiymətləndirir, daha çox məhz bu sahəyə qayğı göstərdiyini söyləyir.  Əslində isə o, öz həyatının ən mühüm çağlarını Azərbaycan təhsilinin və maarifinin inkişafına həsr etmişdi. “Mən müəllim adından şərəfli bir ad tanımıram”- deyən ulu öndərimizin Azərbaycan təhsilinin inkişafı naminə həyata keçirdiyi tədbirlərin hər biri haqqında ayrıca bir kitab yazmaq olar. Biz müəllimlər o  böyük ömrün bütün mərhələlərini hər dəfə səhifələyəndə ulu öndərimizin təhsil sisteminə  etdiyi himayədarlıq barədə mütləq nə isə yazmaq istəyirik. Ancaq nə qədər yazsaq da, o böyük həqiqət haqqında hər şeyin söylənilməsinin qələm üçün əlçatmaz olduğunu da hiss edirik.

  Bununla belə qeyd edim ki, biz Heydər Əliyev dühasının həqiqi qiymətini ifadə edən yazılar qələmə ala bilməsək də, gündəlik həyatımızda onun əməllərinin həqiqi qiyməti kimi dəyərləndirilən hadisələrin şahidi oluruq.  Bu hadisələr Prezident İlham Əliyevin Azərbaycan təhsilinə qayğını məhz ulu öndər Heydər Əliyevin arzuladığı şəkildə davam etdirməsidir. Cənab İlham Əliyevin  milli təhsilimizin daha da inkişaf etdirilməsi məqsədiylə imzaladığı iyirmiyə qədər Dövlət Proqramının hər biri xüsusi əhəmiyyət kəsb edir.  Bundan başqa, mütəxəssislər qeyd edirlər ki, elmin inkişafı olmadan təhsilin, təhsilin inkişafı olmadan isə elmin inkişafı mümkün deyil. Bu, bir həqiqətdir. Məhz həmin həqiqəti nəzərə alan Prezident İlham Əliyevin 2009-cu ilin oktyabrında  imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılmışdır. Həmin fond fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədi daşıyır.

 Ulu öndərin  90 illik yubiley günlərində fəxrlə yada sala bilərik ki,  onun elmə və təhsilə qayğısının davam etdirilməsi sahəsində YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da kifayət qədər layihələr reallaşdırmışdır.  Bu üç amil - ulu öndərin siyasi irsi, Prezident İlham Əliyevin iradəsi və Mehriban xanım Əliyevanın təşəbbüskarlığı Azərbaycan təhsilinin və elminin qarşısında daha böyük üfüqlər açır.

 

 

Tovuz EMİNLİ,

Azərbaycan Müəllimlər

 İnstitutu Salyan

filialının direktoru

 

Xalq qəzeti.- 2013.- 5 may.- S. 5.