Əbədi
müstəqilliyimizin banisi
Azərbaycan Müəllimlər İnstitutu
Ağcabədi filialında ulu öndər Heydər Əliyevin
anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq
elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə AMİ
Ağcabədi filialının direktor əvəzi, filologiya
elmləri namizədi, dosent Mətanət Fərzəliyeva
açmışdır.
O, qeyd etmişdir ki, Azərbaycan xalq ona görə
xoşbəxtdir ki, əbədiyaşar, ölməz
ideyaları ilə ölkəni zirvələrə aparan Heydər
Əliyev kimi böyük bir şəxsiyyəti, dahisi var.
Heydər Əliyev ulu Yaradanın Azərbaycan xalqına ən
böyük hədiyyəsidir.
Sonra filialın baş müəllimi Anar Kərimlinin
“Heydər Əliyev Azərbaycan xalqının
xilaskarıdır”, fəlsəfə doktoru Mahir Səlimovun
“Heydər Əliyev və Azərbaycan ideyası”, tarix üzrə
fəlsəfə doktoru Əlizadə Nəcəfovun “Heydər
Əliyev və Azərbaycan mədəniyyətinin
inkişafı” mövzusunda məruzələri dinlənilmişdir.
Qeyd edilmişdir ki, Azərbaycan xalqının
tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər,
görkəmli siyasət və dövlət xadimləri
çox olmuşdur. Lakin onların içərisində
ümumilli lider səviyyəsinə yalnız Heydər Əliyev
yüksələ bilmişdir. Xalqımız ulu öndərin
adı və əməlləri ilə daim qürur duyur. Milli
liderlik və siyasi liderlik keyfiyyətlərini
özündə birləşdirən bu dahi şəxsiyyət
dünyanın ən böyük dövlət və siyasi
xadimləri arasında özünə layiqli yer tutmuşdur.
Ulu öndər öz xilaskarlıq missiyası ilə Azərbaycan
xalqının qəlbində əbədi heykəlini
ucaltmışdır.
Məruzələr ətrafında aparılan müzakirələrdə rayon icra hakimiyyəti başçısının müavin Əbülfət Tapdıqov, filialın baş müəllimləri Əli Əhmədov, Əli Əliyev, Xəyyam Bədəlov və başqaları çıxış edərək ümummilli liderə sonsuz xalq məhəbbətindən, onun ölməz ideya və əməllərindən danışmışlar.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2013.- 5 may.- S. 5.