“TOUR D’AZERBAIDJAN”
beynəlxalq velosiped turunun dördüncü mərhələsi
başa çatmışdır
Ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş “TOUR D’AZERBAIDJAN” beynəlxalq
velosiped turunun 4-cü mərhələsi keçirilmişdir.
Turun dördüncü mərhələsi “Qəbələ-Şamaxı”
marşrutu ilə keçirilmişdir. Velosipedçilər
116 kilometr məsafə qət edib, dəniz səviyyəsindən
təxminən 1450 metr hündürlükdə yerləşən
Pirqulu rəsədxanasının yaxınlığında, Azərbaycan
Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin
qarşısında finiş xəttini keçmişlər.
Dördüncü mərhələnin qalibi Lüksemburqun
“Leopard-Trek Continental Team” klubunun velosipedçisi Yan Xirt
olmuşdur. Finiş xəttini ilk keçən
idmançının ardından ikinci yerə - Azərbaycanın
“Synergy Baku Cycling Project” komandasının üzvü Konor
Makkonvi çıxmışdır. Üçüncü yerin sahibi isə
İspaniyanın “National Team Spain” klubunun velosipedçisi Rubio
Fernandes Dieqo olmuşdur.
Qeyd edək
ki, digər marşrutlarla müqayisədə
dördüncü mərhələ finişə aparan dik bir
yamac ilə seçilərək turun həlledici və ən
çətin mərhələsi sayılırdı.
Türkiyənin
“Torku Şekerspor” komandasının təmsilçisi Sergey
Qreçin 7-ci yeri tutsa da, liderin mavi köynəyini əldən
verməmişdir. Dağ təsnifatında isə lider dəyişmişdir.
Azərbaycanın “Synergy Baku Cycling Project” komandasının
üzvü Konor Makkonvi 15 xalla liderliyi ələ
almışdır. Sprinter hesabında 36 xalla “Synergy Baku Cycling
Project” komandasının üzvü Kristof Şvaytser liderlik
edir. Ən yaxşı gənc yürüşçü hələlik
“Astana” komandasından Bəxtiyar Kojotayevdir.
Ümumi
komanda hesabında liderlik Portuqaliyanın “Efapel-Grassdrive”
komandaslna məxsusdur. Azərbaycanın “Synergy Baku Cycling
Project” komandası hələlik 4-cü yerdədir.
Turdan
sonra keçirilən mətbuat konfransında mərhələnin
qalibi Yan Xirt bildirmişdir ki, çox çətin, ancaq
uğurlu bir gün yaşayıb: “Bu mənim ilk qələbəmdir
və mən onun ardını gətirmək istəyirəm”.
Sprinter
hesabında liderlik edən “Synergy Baku Cycling Project”
komandasının üzvü Kristof Şvaytser isə
bildirmişdir ki, komandasının taktikası vardır və
o, bu taktika çərçivəsində hərəkət
edir. 5-ci mərhələ üçün komandasının
yeni taktikasının hazırlandığını deyən
K.Şvaytser sonuncu mərhələdəd də liderliyi
qorumağa çalışacağını bildirmişdir.
Əvvəlki
mərhələlərdə olduğu kimi velosipedçilərin
irəlilədiyi marşrut üzrə yaxınlıqdakı
yaşayış məntəqələrinin sakinləri
veloyürüşçüləri salamlamışlar.
Beşinci
- sonuncu mərhələ isə mayın 5-də Azadlıq
meydanından start götürərək, Bakı şəhərinin
mərkəzi küçələri ilə 144 kilometr məsafədə
12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaqdır.
Beynəlxalq
velosiped turu həm yerli, həm də xarici, o cümlədən
Eurosport, Eurosport-2 və digər televiziya kanalları ilə
geniş işıqlandırılır.
V.BAYRAMOV
Xalq qəzeti.- 2013.- 5 may.- S. 10.