Ümummilli lider
Heydər Əliyevin 90 illiyinə həsr olunmuş voleybol
üzrə iki turnirə yekun vurulmuşdur
Mayın 6-da Azərbaycan Voleybol Mərkəzində
ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr
olunmuş iki turnirə yekun vurulmuşdur.
AzərTAc xəbər verir ki, turnirləri “Yeni
Azərbaycan”, “Səs”, “İki sahil” qəzetləri və Azərbaycan
Voleybol Federasiyası birgə təşkil etmişlər.
Əvvəlcə qadın voleybol komandaları
arasında təşkil olunmuş turnirin final
qarşılaşması keçirilmişdir. Həlledici
qarşılaşmada “Azəryol” və “İqtisadçı”
komandaları qarşılaşmışlar. Rəqibini 3:0
hesabı ilə məğlub edən “Azəryol” komandası
yarışın qalibi adını qazanmışdır. “Nəqliyyatçı”
kollektivi isə yarışı üçüncü pillədə
başa vurmuşdur.
Daha sonra media nümayəndələri və
Yeni Azərbaycan Partiyasının Bakı şəhəri
üzrə rayon təşkilatlarının komandaları
arasında final oyunu keçirilmişdir. Rəqiblərinə
qalib gəlmiş YAP Yasamal və YAP Nərimanov rayon təşkilatlarının
komandaları həlledici mərhələdə üz-üzə
gəlmişlər. Görüş YAP Yasamal rayon təşkilatı
komandasının 3:0 hesablı qələbəsi ilə
yekunlaşmışdır. YAP Nizami rayon təşkilatının
kollektivi isə bürünc medala sahib olmuşdur.
Sonra mükafatlandırma mərasimi
keçirilmişdir. Çıxış edən Yeni Azərbaycan
Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov
və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, əməkdar
bədən tərbiyəsi və idman xadimi Vaqif Əliyev
dinamik inkişaf edən Azərbaycanın qazandığı
nailiyyətlərdən bəhs etmiş, ölkəmizdə
idmana göstərilən dövlət qayğısından
danışmış və
idmançılarımızın qazandığı nailiyyətləri
yüksək qiymətləndirmişlər.
Qalib komandalara kubok, mükafatçılara isə
medallar və diplomlar təqdim olunmuşdur.
Xalq qəzeti.- 2013.- 7 may.- S. 12.