Heydər Əliyev
və türk dünyası
Ey türk
xalqı! Sən nə xoşbəxtsən! Xoşbəxtsən
ona görə ki, zaman-zaman tarix səhnəsinə
görkəmli sərkərdələr, dövlət xadimləri,
ağıllı, zəkalı siyasətçiləri bəxş
etmisən, onların liderliyində inkişaf
etmisən, mutlu bir həyat
sənə nəsib olub. XX əsrdə
isə iki böyük
düha sahibini – Mustafa Kamal Atatürkü
və Heydər Əliyevi tarix səhnəsinə
çıxarmısan, onların rəhbərliyində zirvələri
fəth etmisən, öz müstəqilliyini,
milli mənliyini qoruyaraq
saxlamısan.
Tarixə
ekskurs etsək görərik ki, XX əsr tarixə fitri
istedada, bacarığa malik bir çox insanları bəxş
etmişdir. Bu insanların sırasında dərin
ağıl, işıqlı zəka, möhkəm iradə
sahibi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
adı qızıl hərflərlə həkk olunmuşdur.
Son yüzilin tarixinə düşmüş görkəmli
şəxsiyyətlərin hər biri müəyyən sahə
üzrə öz istedadlarını nümayiş etdirmişlər.
Heydər Əliyev şəxsiyyəti isə insan həyatının
bütün sahələrində - siyasətdə,
iqtisadiyyatda, dövlət quruculuğunda, hərbi işdə,
eləcə də mədəniyyətdə, təhsildə,
hüquqi dövlət quruculuğunda hərtərəfli
istedad sahibi olmuşdur. Bir anlığa insan fikirləşir
ki, bu qədər çoxsahəli fəaliyyətin
mümkün olmasının mənbəyi nədir? Bir qədər
dərindən düşündükdə cavabı birmənalı
olaraq tapılır: bütün bunların mənbəyi ilk növbədə
Allah vergisi və eyni zamanda xalqına, Vətəninə,
bütövlükdə türk dünyasına olan sevgi-məhəbbətdir.
Bu
böyük şəxsiyyət biliyini, ağlını, təcrübəsini,
iradəsini xalqına, Vətəninə, onun
övladlarına məhəbbət hissi ilə birləşdirə
bilmişdir: “Həyatımın mənasını ancaq xalqa sədaqətlə
xidmət etməkdə görürəm”. Görkəmli
dövlət xadiminə xalq məhəbbəti də bundan
yaranmış, bu məqsəd aydınlığından bəhrələnmişdir.
Ulu öndərin milli dövlət quruculuğu
strategiyasının ana xəttini də bu
qarşılıqlı sevgi təşkil edir.
Türk
dünyasının nəhəng siyasətçisinin fəaliyyət
göstərdiyi dövr çox mürəkkəb və
ziddiyyətli zamana təsadüf edir. Türk-müsəlman
siyasətçilərinin, dövlət xadimlərinin sovet
dövləti kimi bir imperiyanın hakimiyyət
iyerarxiyasında zirvəyə yüksəlməsi praktik cəhətdən
qeyri-mümkün idi. Heydər Əliyev dühası o qədər
qüdrətli və güclü idi ki, onun yüksəlişinin
qarşısını almaq mümkün olmadı. Onun Kremldə
yüksək vəzifə tutması əleyhdarlarımızı
— ermənilərdən tutmuş rus şovinistlərinə qədər
hamısını narahat edirdi.
Kremldə
Sovet İttifaqı KP MK-nın Baş katibi olmuş, sonra isə
prezident vəzifəsini tutmuş, özünün
şovinist, ermənipərəst mövqei ilə tanınan
Mixail Qorbaçov ermənilərlə birləşərək
Heydər Əliyevə qarşı mübarizəyə
başladı. Heydər Əliyev ona qarşı birləşmiş
çoxsaylı qüvvələrə qarşı tək
mübarizə aparırdı. Təkbaşına bu qədər
məkrli, səlahiyyət sahibi olan adamlara qarşı
mübarizəyə hər adam tab gətirməzdi. Buna
yalnız Heydər Əliyev kimi möhkəm iradəli bir
şəxsiyyət öz dərin zəkası ilə tab gətirə
bilərdi.
Heydər
Əliyevə qarşı minbir hiylədən və tələdən
istifadə edən Mixail Qorbaçov sonralar məcbur oldu ki, bu
böyük siyasətçinin nəhəngliyini etiraf etsin: “Əliyev
heç şübhəsiz, böyük siyasətçidir,
ağıllı, iradəli, ehtiyatlıdır... Heydər Əliyev
qabiliyyətli, bacarıqlı insandır, o SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini kimi hökuməti də real
surətdə tam gücü ilə işlədə bilirdi.
Siyasi Büronun fəal üzvü və son dərəcə
ciddi rəhbər idi”.
M.Qorbaçovun
bu etirafı Heydər Əliyev dühasının nəyə
qadir olduğunu bir daha sübut edir.
O,
etirafını zorən etmişdi, Heydər Əliyev
epoxasının nəhəng dünya siyasətçiləri
isə səmimiyyət və reallıqdan
çıxış edərək bu nəhəng türk
oğluna, onun dühasına qiymət vermişlər. Həmin
fikirlərdən bir neçəsi ilə tanışlıq
yerinə düşər: “Azərbaycanda nə varsa,
hamısı Heydər Əliyevin keçmiş zamanda, xidmət
göstərdiyi zaman yaradılmışdır... Hörmətli
Heydər Əliyev dünyada tanınmış adamdır.
Hansı qapını döysə, o qapı
açılır. İstədiyi zaman Şırakla, istədiyi
zaman Buşla, istədiyi zaman istədiyi adamla
danışır. Azərbaycan dövlətini dünyada
etibarlı şəkildə təmsil etməkdədir”
(Süleyman Dəmrəl, Türkiyənin 9-cu Prezidenti) “Sizin rəhbərliyinizlə
Azərbaycan firavan gələcəyin bünövrəsini
qoymaqdadır” (Bil Klinton, ABŞ-ın sabiq Prezidenti).
“Heydər Əliyev Rusiya Federasiyasında
nəinki Azərbaycanın, həm də keçmiş Sovet
İttifaqının görkəmli siyasi xadimi kimi məşhurdur”
(Vladimir Putin, Rusiya Federasiyasının Prezidenti).
Dünyanın
nüfuzlu siyasi liderləri tərəfindən istedadlı
dövlət xadimi kimi tanınan Heydər Əliyev sovet rəhbərliyindən
istefa verdikdən sonra doğma Vətəninə qayıtmaq,
xalqı ilə birlikdə olmaq istəyirdi. Həmin dövrdə
Azərbaycanda ciddi siyasi hadisələr cərəyan edirdi. Azərbaycan
öz müstəqilliyini elan etmişdi. Azərbaycanın
müstəqilliyini istəməyən, ona qısqanclıqla
yanaşan daxili və xarici düşmən qüvvələr
birləşərək Azərbaycanın o zamankı rəhbərliyinin
səriştəsizliyindən istifadə edərək ölkədə
xaos yaratmış, daxili çəkişmələr müstəqilliyimizin
itirilməsi təhlükəsini gündəmə gətirmşidi.
Bir sözlə, Azərbaycan parçalanmaq və bununla
xalqın qanı bahasına əldə etdiyi müstəqilliyi
itirmək ərəfəsində idi.
Xalq
yeganə çıxış yolunu türk
dünyasının böyük oğlu Heydər Əliyevi
respublikada yenidən hakimiyyətə dəvət etməkdə
gördü. Ulu öndərin hakimiyyətə gəlməsi
ilə ölkədəki hərcmərcliyin qarşısı
alındı, qayda-qanun bərqərar oldu, respublikada sabitlik
yarandı. Ümummilli lider öz məqsədini, görəcəyi
işlərin mahiyyətini aşkarlıq olsun deyə xalqa
çatdırdı. “Bizim böyük məsuliyyətimiz var.
Biz müstəqil Azərbaycan dövləti yaradırıq və
onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir
qüvvə onu heç vaxt yana əyə bilməsin,
heç bir böyük dövlət gəlib bizim, Azərbaycan
xalqının milli azadlığını, müstəqilliyini
əlindən ala bilməsin. Bunun üçün də hər
kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı
və öz şəxsi mənafeyini milli mənafedən
aşağı tutmalıdır. Milli mənafe, dövlət
mənafeyi hər şeydən üstün olmalıdır”.
Sərrast
məntiqə, aydın zəkaya, zəngin təcrübəyə
malik olan bu böyük şəxsiyyət elə ilk gündən
xalqa bəyan etdi ki, xalqının azadlığı,
firavanlığı və xoşbəxtliyi yolunda
bütün məhrumiyyətlərə dözməyə,
lazım gələrsə, canını belə qurban verməyə
hazırdır: “Mən həyatımın qalan hissəsini də
xalqıma bağışlayıram”, — demişdi ümummilli
lider.
Azərbaycanın
sevimli lideri səviyyəsinə yüksəlmiş Heydər Əliyev
bilirdi ki, xalq tərəfindən dəstəklənməyən
liderlərin ən mükəmməl işlənmiş
planları belə müvəffəqiyyətlə sonuclana bilməz.
Bütün nəhəng planları yerinə yetirmək
üçün xalqa arxalanmaq lazımdır. O deyirdi: “Mən
həyatımda yalnız üç şeyə
arxalanmışam: Yaradanıma, zəhmətimə və bir də
xalqıma”.
Uca
Tanrıya, öz bacarığına və xalqına arxalanan
bənzərsiz lider Azərbaycan dövlətinin
inkişafı üçün zəngin və miqyasına
görə çoxşaxəli inkişaf strategiyası və
konsepsiyası hazırladı. Bu strategiyanın önəmli
qollarından birini də türk dünyası ilə
ilişkilər təşkil edirdi. Hadisələrin sonrakı
inkişafı göstərdi ki, bu konsepsiya təkcə
türk dünyasının gücündən faydalanmaq deyil,
həm də türk dünyasının birliyinə və həmrəyliyinə
nail olmaq məqsədi daşıyır. Müstəqil Azərbaycana
başçılıq edənə qədər də Heydər
Əliyev türk dünyasının sayılıb-seçilən
liderlərindən biri kimi qəbul edilirdi. Azərbaycan
dövləti başçısı seçiləndən
sonra isə böyük türk xalqı üçün
gördüyü nəhəng işlər onu zəmanəsinin şəriksiz türk dünyası
liderinə çevirdi.
Heydər
Əliyevin başlanğıcda yandırdığı
şam onun bu sahədəki ideyalarından pərvazlanaraq
böyük bir alova çevrilmişdir. Türk
dünyasının həmrəyliyi və birliyi, bütün
dünyada yaşayan türklərin diasporlarının təşkilatlanması,
mədəni-siyasi, iqtisadi əlaqələrin yaranması Heydər
Əliyev ideyalarının və arzularının müasir
dünyada reallığa çevrilməsidir. Bir millət, iki
dövlət, bir millət yeddi dövlət və iyirmi doqquz
qohum və əqrəbanın birlik və bərabərlik
içində olması güçlü olmaq deməkdir.
Güc və qüvvət birlikdən doğar. Birlik olarsa,
Türk millətini xarici güçlər necə boğar? “Bir millətin bir diasporu olar”.
Biz biriz,
Bir oluruz.
Böyle
yapmazsak;
Yok oluruz.
Bir elin nesi var,
İki elin sesi var.
Türk
milleti birliğini muhafaza ederse;
Dış güçler onu
nasıl boğar?
Mən özümü
həm şanslı, həm də xoşbəxt hesab edirəm. Şanslıyam ona görə
ki, Türk dünyasının dahi insanını tanımaq, onun yaxınında olmaq, kursunda yetişmək imkanı qazandım.
Xoşbəxtəm ona görpə ki, yaxınında olmaqla onun etibarını
və sevgisini qazandım.
Naxçıvana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev Naxçıvan torpaqlarının itirilməsinin
qarşısını almaq
üçün bütün
vəsaitlərdən, o cümlədən
Qars müqaviləsinin
qarantlarından biri olan Türk dövlətinin gücü
və beynəlxalq nüfuzundan bacarıqla istifadə etdi. Mən xoşbəxtəm
ki, bu böyük
şəxsiyyətin Qars
müqaviləsi ilə
bağlı apardığı
araşdırmalarda və
danışıqlarda iştirak
etmişəm.
Osman GEZEKER
Xalq qəzeti.- 2013.- 8 may.- S. 8.