Düşənbədə
ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə
bağlı jurnalistlər arasında keçirilən
müsabiqəyə yekun vurulmuşdur
Düşənbədə ümummilli
lider Heydər Əliyevin 90 illik yubileyi ilə
bağlı jurnalistlər
arasında “Azərbaycan Respublikasının ümummilli lideri Heydər
Əliyevin fəaliyyəti haqqında ən məzmunlu məqalə”
nominasiyasında keçirilən müsabiqəyə yekun vurulmuşdur.
Tədbirdə
Tacikistanın dövlət və hökumət nümayəndələri,
Xarici İşlər Nazirliyinin məsul işçiləri,
diplomatik korpusun üzvləri, universitet rektorları,
diasporumuzun təmsilçiləri, jurnalistlər iştirak
etmişlər.
Xatırladaq
ki, müsabiqəyə 9 jurnalistin tacik və rus dillərində
13 məqaləsi və ulu öndər Heydər Əliyev,
Prezident İlham Əliyev, eləcə də Azərbaycan
haqqında məlumatlardan ibarət krossvord təqdim
olunmuşdur.
Azərbaycanın
Tacikistandakı səfiri Abbasəli Həsənov qalibləri
təbrik etmiş, onlara yeni uğurlar arzulamışdır.
Diplomat ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti
haqqında məlumat verərək qeyd etmişdir ki, Heydər
Əliyev keçmiş SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsində işləyərkən
Tacikistanda bir çox sənaye obyektlərinin tikintisinə dəstək
vermişdir. Səfirin sözlərinə görə, müstəqil
Azərbaycanın Prezidenti seçildikdən sonra Heydər Əliyev
Tacikistanla münasibətlərin inkişafını daim diqqət
mərkəzində saxlamışdır.
Sonra
A.Həsənov müsabiqənin qaliblərinə mükafatlar
təqdim etmişdir. Müvafiq olaraq birinci, ikinci və
üçüncü yerləri tutan jurnalistlərə –
Xoliqi Muxammadnazara (“Faraj” qəzeti), Cumai Mirzoya (“Dunyo” qəzeti)
və Nasrullo Tuycizodayə (“Payomi Dushanbe” qəzeti) səfirliyin
diplomu və pul mükafatları, digər
iştirakçılara isə şəhadətnamələr
verilmişdir.
Müsabiqənin
qalibləri çıxış edərək ölkələr
və xalqlar arasında dostluğun və
qardaşlığın möhkəmlənməsində belə
tədbirlərin böyük əhəmiyyəti olduğunu
bildirmişlər.
Qulu KƏNGƏRLİ
Xalq qəzeti.- 2013.- 8 may.- S. 13.