Zaqatalada ümummilli lider Heydər Əliyevin 90 illiyi
münasibətilə silsilə tədbirlər keçirilmişdir
Tədbirlərdə rayon icra hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə,
hüquq-mühafizə orqanlarının rəhbərləri,
YAP rayon təşkilatı fəalları
və ictimaiyyət nümayəndələri
iştirak etmişlər. İlk
tədbirdə Zilban kəndində yeni tikilmiş tibb məntəqəsinin, Mazıx kənd bələdiyyəsinin
yeni tikilmiş inzibati binalarının və Kəpənəkçi
kənd bələdiyyəsi və ərazi nümayəndəliyinin
inzibati binasının əsaslı təmirdən
sonra açılış mərasimləri
keçirilmişdir.
Tədbir
iştirakçıları Zaqatala şəhər 1 saylı
tam orta məktəbdə ulu öndərin 90 illik yubileyinə
həsr olunmuş ədəbi-bədii gecədə iştirak
etmiş, Heydər parkında ulu öndərin abidə
kompleksini ziyarət etmiş, Azərbaycanın dahi oğluna
öz ehtiramlarını bildirmişlər.
Heydər
parkında gül bayramı keçirilmişdir.
Ayrı-ayrı müəssisə və təşkilatların,
ümumtəhsil məktəbləri və uşaq
bağçaları kollektivlərinin, uşaq
yaradıcılıq mərkəzi üzvlərinin rəngbərəng
güllərdən, yarpaqlardan, bəzək bitkilərindən
hazırladıqları və ulu öndərə həsr
etdikləri bir-birindən maraqlı kompozisiyalar, portretlər,
tablolar, əl işləri bayram
iştirakçılarının böyük marağına
səbəb olmuşdur. Ümummilli liderə sevgi və məhəbbət,
dövlət rəmzlərimizə hörmət, sülhə
çağırış, nurlu günəş, aydın səma
güldən hazırlanmış kompozisiyaların əsas
mövzusunu təşkil edirdi.
Heydər Əliyev mərkəzində
“Azərbaycan dünyaya günəş kimi doğacaq”
mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfrans Azərbaycan
Respublikasının dövlət himninin səsləndirilməsi
ilə başlanmış, ulu öndərə həsr
olunmuş film nümayiş etdirilmişdir. Elmi-praktik konfransda
rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin
geniş məruzəsi dinlənilmişdir.
Məruzədə
rayon rəhbəri xalqımızın dahi oğlu,
ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın idarəçilik
sükanı arxasına keçdikdən sonra qısa müddətdə
milli dövlətçilik doktrinasını irəli sürərək
onun sürətli icrasına başladığını,
üzləşdiyi çətinliklərə, maneələrə,
dövlət çevrilişi cəhdlərinə cəsarətlə
sinə gərərək mübarizlik, əyilməz iradə,
dəmir məntiq, özünə inam və siyasi uzaqgörənlik
kimi iradi keyfiyyətlərdən məharətlə bəhrələnərək
xalqımızı vətəndaş
qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən
xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin
xilaskarı, qurucusu kimi daxil olduğunu qeyd etmişdir.
Daha
sonra natiq ümummilli liderimiz Heydər Əliyev tərəfindən
yaradılmış möhkəm təməl üzərində
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
apardığı uğurlu daxili və xarici siyasət nəticəsində
ölkəmizin artıq dünyanın ən önəmli
dövlətlərindən biri kimi
tanındığını xüsusi
vurğulamışdır.
Heydər
Əliyev siyasi irsinin zəngin bir xəzinə olduğunu
bildirən natiqlər bu xəzinədən
xalqımızın məvəvi cəhətdən daim bəhrələnəcəyini
və ondan Azərbaycan dövlətinin siyasətində həmişə
istifadə olunacağını vurğulamışlar.
Tədbir
“Əliyevlər ailəsinin Azərbaycanın
inkişafında rolu” və “Ulu öndərin son
çıxışı” video filmlərinin nümayişi ilə
yekunlaşmışdır.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 9 may.- S. 8.