İşğalçıların aqibəti sonda acı məğlubiyyətdir

 

Alman faşizmi timsalında Dünya bunun şahidi oldu

 

Bəşəriyyət tarixinə nəzər yetirdikdə bir daha aydın olur ki, hər hansı işğalçılıq əməlləri gecya tez işğalçının biabırçı məğlubiyyəti, işğala məruz qalan xalqın, ölkənin möhtəşəm qələbəsi ilə nəticələnib. Bəlkə də bunun səbəbi odur ki, işğalçılıq siyasəti bəşəriyyətin formalaşdırdığı humanizmdaxil olmaqla bütün yüksək dəyərlərin əleyhinə olan barbarlıq hərəkətləridir. Bu mənada,  İkinci Dünya müharibəsi xüsusilə ibrətamiz hadisələrlə, faktlarla zəngindir.

Bu müharibənin ağrı-acısı, dəhşəti insanlığa o qədər böyük zərbə vurmuşdur  ki, alman faşizminin məğlub olduğu 1945-ci il mayın 9-u artıq 73 ildir  Qələbə Günü kimi milyonlarla insan tərəfindən böyük təntənə ilə qeyd edilir.  9 May həm də işğalçılıq siyasətinin ağır məğlubiyyətə uğradıldığı gün kimi yaddaşlara həkk olunub.

Dəhşətli müharibənin  səbəbkarı çürük ideologiyaya söykənərək Avropada ardıcıl işğalçılıq siyasətini aparan Hitler Almaniyası idi. Adolf Hitler “Mənim mübarizəm” adlı əsərində radikal millətçilik və irqi ayrı- seçkilik ideologiyasını şərh edərək yazırdı ki, Almaniya kifayət qədər “həyat məkanı”na malik deyildiralman xalqının vəziyyətini yalnız müharibə yaxşılaşdıra bilər. Bu məqsədləri reallaşdırmaq naminə Almaniya İtaliyaYaponiya ilə birlikdə dünyanın yenidən bölüşdürülməsi uğrunda mübarizəyə atılmışdı. Hitlerin dünyada “yeganə Almaniya dövləti” xülyasının qarşısında ən önəmli maneələrdən biri də SSRİ idi.  O, bəyan edirdi ki, “Biz hazırda Avropada yeni torpaqlar haqqında danışanda, ilk növbədə, yalnız Rusiyanı və ona tabe olan ucqar dövlətləri nəzərdə tuturuq”.  SSRİ-yə qarşı müharibənin qaçılmaz olduğu barədə fikrini Hitler hələ 1940-cı ilin iyulunda bildirmişdi. O demişdir: “Rusiya gərək məhv edilsin. Müddəti - 1941-ci ilin yazı”. Hitler xüsusilə qeyd edirdi ki,  “Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar”. Onufaşist Almaniyasını məhvə aparan da məhz işğalçılıq siyasətini özündə əks etdirən bu sərsəmləmələri idi.

Proseslərin gedişi göstərirdi ki, 1939-cü il sentyabrın 1-də başlanan İkinci Dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yaradırdı. Hitlər nə yolla olursa-olsun qısa zamanda Rusiyanın və digər müttəfiq respublikaların  torpaqlarını işğal etmək istəyirdi.  Bunun üçünBarbarossaadlanan yeni planda müəyyən düzəlişlər aparıldı.  1941-ci il iyunun 17-də  faşist ordusuna SSRİ-yə qarşı mübaribənin iyunun 22-də başlamaq əmri verildi. Beləliklə, 1941-ci il iyunun 22-də Almaniya Sovet İttifaqına hücum etdi. Bununla da Sovet xalqının Böyük Vətən müharibəsi başlandı. Onu da qeyd edək ki, müharibə sovet xalqları tərəfindən xilaskarlıq, ədalətli, Vətən müharibəsinə çevrildi. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı azğınlaşmış Hitler ordusunun qarşısını almaq üçün bütün qüvvəsini səfərbər etdi. Qarşıya çox çətin, ağır bir vəzifə qoyulmuşdu: Faşizm blokuna daxil olan ölkələrin hücumunun qarşısını almaq və dağıdıcı, qaniçən, qəddar Hitler ordusunu darmadağın etmək. Bununla yanaşı, Avropa ölkələri faşizm əsarətindən xilas edilməli, dünya sivilizasiyası faşizm təhlükəsindən qurtulmalı idi. SSRİ-nin müharibəyə qoşulması İkinci Dünya müharibəsinin Hitler blokuna qarşı duran qüvvələrin ədalətli, antifaşist və azadlıq müharibəsinə çevrilməsi üçün həlledici amil idi.

Xüsusilə vurğulamaq yerinə düşər ki, faşist Almaniyasının şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Təsadüfi deyil ki, Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, xüsusilə, Bakının işğalı qarşıya qoyulmuş əsas vəzifələrdən biri idi. Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin toplantısında demişdi: “Bakı alındıqdan sonra bura hərbi məntəqəyə çevriləcək”. Qafqazın işğalı üçün tərtib edilmişEdelveys” planının həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Hitlerin planına əsasən Qafqaz beş işğal rayonuna bölünməli idionlardan biri-Azərbaycan əlahiddə rayon idi. “Ost” planına görə Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, hətta Azərbaycanın iri sənaye müəssisələrinə də rəhbərlər təyin etmişdilər. Bununla belə, Hitler müsəlmanlardan çox ehtiyat etdiyini də ifadə edirdi. Buna görə də Bakını təcili işğal etmək istəyi heç də təsadüfi deyildi. Bunu Böyük Vətən müharibəsinin gedişi də təsdiqlədi.

 Azərbaycan həm iqtisadi, həm də canlı qüvvə sarıdan alman faşistlərinə çox güclü, sarsıdıcı zərbələr vurdu. Müharibə başlayandan qısa müddət sonra 186 min 704 nəfər xalq qoşunu dəstələrinə yazıldı. Respublikamızın ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi. 15 min nəfərlik hava hücumundan müdafiə dəstələri yaradıldı. İlk günlərdən azərbaycanlı döyüşçülər alman-faşist işğalçılarına qarşı vuruşmalarda böyük şücaət göstərdilər. Böyük Vətən müharibəsi illərində Azərbaycandan olan çağırışçılardan və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar misilsiz qəhrəmanlıq nümunələri göstərdilər. Berlin əməliyyatı zamanı Berlinə daxil olan ilk 5 diviziyadan biri 416-cı Azərbaycan milli diviziyası idi. Azərbaycandan olan 123 əsgər və zabit Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi qəhrəmanlıq nümunələrinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Respublikanın neftçiləri gecə-gündüz ağır zəhmətə qatlaşaraq müharibə illərində ölkəyə 75 milyon ton neft verdilər. SSRİ-də istehsal edilən neftin 70 faizdən çoxunu, benzinin 92 faizdən çoxunu Azərbaycan verirdi.

 Qeyd etdiyimiz kimi, SSRİ əleyhinə müharibənin strateji planı olan “Barbarossa” planı Sovet Ordusunun ittifaqın qərbində yerləşən əsas qüvvələrini parçalamaq, hissə-hissə mühasirəyə alıb məhv etmək məqsədi ilə qəflətən bir neçə güclü zərbə endirilməsini, sonra ölkənin içərilərinə sürətlə irəliləməyi və Arxangelsk - Həştərxan xəttinə çıxmağı nəzərdə tuturdu. Bu planın reallaşdırılması üçün Hitler komandanlığı müttəfiqlərinin silahlı qüvvələri də daxil olmaqla 190 diviziya, o cümlədən 19 tank və 14 motorlu diviziya ayırmışdı. Digər şəhərlərin də qısa müddət ərzində işğalı üçün böyük döyüş kontingenti ayrılmışdı. “Bu müharibə Qərbdəkindən kəskin surətdə fərqlənəcək. Şərqdə qəddarlıq gələcək naminə xeyir əməl olacaq” -deyən Hitler öz ordusuna qarşıya çıxan hər şeyi məhv etmək əmrini vermişdi.

Düşmənin hücumunu dəf etmək üçün SSRİ-nin qərbindəki sərhədyanı hərbi dairələrin bazasında Şimal, Şimal-Qərb, Qərb, Cənub-Qərb və Cənub cəbhələri yaradıldı. Dəniz sərhədlərini Şimal, Baltik və Qara Dəniz donanmaları qoruyurdu. 1941-ci il iyunun 23-də döyüş əməliyyatlarına strateji rəhbərlik məqsədilə Ali Baş Komandanlıq yaradıldı. 1941-ci il iyunun 29-da SSRİ Xalq Komissarları Sovetinin ÜİK (b) P MK-nın verdiyi direktivdə düşmən hücumunun dəf edilməsinin təşkili proqramı şərh olunmuşdu. Alman-faşist qoşunlarının əldən salınması, zəiflədilməsi və onların darmadağın edilərək Sovet torpağından qovulması, həmçinin Avropa xalqlarının faşist zülmündən xilas olunmasına kömək göstərilməsi Sovet Ordusu qarşısında bir vəzifə kimi qoyulmuşdu. 1942-ci il yanvarın 1-də 26 dövlət, o cümlədən SSRİ, ABŞ və Böyük Britaniya faşist blokunun darmadağın edilməsi üçün hərbi və iqtisadi ehtiyatların birləşdirilməsi barədə bəyannamə imzaladı. Bununla da antihitler koalisiyası yarandı. Düşmən isə getdikcə azğınlaşır, işğal etdikləri ərazilərdə yerli sakinlərə qarşı misli görünməmiş vəhşiliklər törədirdi.

Tədqiqatçılar SSRİ-yə qarşı 4 il davam edən müharibəni  şərti olaraq üç dövrə bölürlər. Birinci dövr  1941-ci il iyunun 22-dən 1942-ci il noyabrın 18-dək, ikinci dövr 1942-ci il noyabrın 19-dan 1943-cü ilin sonunadək, üçüncü dövr isə  1944-ci il yanvarın 1-dən 1945-ci il  mayın 9-dək davam edib. Müharibənin birinci dövrü Sovet xalqı və onun silahlı qüvvələri üçün son dərəcə çətin olmuşdu. Faşist Almaniyasının qoşunları müharibədən əvvəl SSRİ əhalisinin təqribən 42 faizinin yaşadığı və ümumi sənaye məhsulunun üçdə bir hissəsinin istehsal olunduğu sovet ərazisini zəbt etmişdilər. Lakin 1943-cü ildən başlayaraq Sovet qoşunlarının əks hücumu alman faşistlərinin hücumunu dayandırdı. Hitler ordusunun işğal etdiyi ərazilər tədricən geri qaytarıldı. Bu dövr sovet xalqı və ordusunun görkəmli qələbələri ilə əlamətdar olan əsaslı dönüş dövrü idi. Alman faşistlərinin getdikcə ağır məğlubiyyətə uğramaları beynəlxalq aləmdə hərbi-siyasi şəraiti kəskin şəkildə dəyişdirdi və İkinci Dünya müharibəsinin bütün gedişinə həlledici təsir göstərdi. Əsaslı dönüş ili-1943-cü il bütün ölkələrdə antifaşist hərəkatının daha da genişlənməsi ilə əlamətdardır. Sovet-alman cəbhəsində Hitler ordusunun darmadağın edilməsi faşist blokunun daxilində böhranı dərinləşdirdi və antihitler koalisiyasını möhkəmləndirdi. 1943-cü ildə keçirilmiş Tehran konfransında Avropada ikinci cəbhəni 1944-cü ilin mayında açmaq haqqında qəti qərar qəbul edildi. Bundan sonra baş verən hadisələr Hitler ordusunun acınacaqlı məğlubiyyətləri ilə yadda qaldı.  1945-ci il mayın 9-u faşist Almaniyasının, Hitler hegemonluğunun sonu kimi əbədi olaraq tarixə həkk olundu. Bu qələbə dünya miqyaslı  tarixi əhəmiyyətə malik idi və bəşəriyyətin müharibədən sonrakı inkişafına böyük təsir göstərdi. Dünya mədəniyyəti, eləcə də bəşəriyyət faşist əsarəti təhlükəsindən xilas edildi, Avropanın bir çox xalqları faşist köləliyindən, əsarətindən azad olundu. Dinc alman xalqı da faşist zülmündən, Hitler diktatorluğundan xilas oldu.

Dünya tarixində baş vermiş ən ağır müharibə hesab edilən Böyük Vətən müharibəsində 26,6 milyon SSRİ vətəndaşının həyatına son qoyulub. Müharibə nəticəsində Almaniya 6 milyon, onun müttəfiqləri isə 806 min nəfər itirib. Bu itki İkinci Dünya müharibəsində insan itkisinin 40 faizini təşkil edir. SSRİ-nin digər xalqları ilə çiyin-çiyinə alman-faşist işğalçılarına qarşı böyük şücaət, mərdlik, qəhrəmanlıq göstərən Azərbaycan xalqının da itkiləri az olmayıb: Cəbhəyə yola düşən 640 mindən çox Azərbaycan döyüşçüsünün yarısı müharibədə qəhrəmanlıqla həlak oldu.

Bütün bunlar bir daha belə deməyə əsas verir ki, 9 May Qələbə Günü keçmiş Sovet İttifaqının xalqları kimi Azərbaycan xalqının da bayramıdır. Qarşımızda isə yeni ali məqsədlər dayanıb: Erməni faşizmini məhv etmək. XX əsrin sonunda yenidən Ermənistanda xortlayan faşizmə qalib gəlmək, işğal altında olan torpaqlarımızı azad etmək  üçün Azərbaycanın qüdrətli ordusu Ali Baş Komandanın əmrini gözləyir.

 

 

Rauf  KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2013.- 9 may.- S. 10.