Nəsimi rayonunda ümummilli lider Heydər Əliyevin yubileyi ilə bağlı şənlik

 

Ölkəmizin hər yerində olduğu kimi  Nəsimi rayonunda da  ümummilli  liderimiz, dahi  şəxsiyyət,  müasir Azərbaycan dövlətinin  xilaskarı    qurucusu Heydər Əliyevin 90 illiyi  böyük  təntənə  ilə qeyd edilir.

Ulu öndərimizin yubileyi ilə  əlaqədar  Nəsimi  Rayon İcra Hakimiyyəti  İctimai Televiziya  ilə birgə  S.Vurğun  küçəsi ilə  Vaqif   prospektinin  kəsişməsində  yerləşən  parkda  böyük  tədbir  keçirdi.

Əvvəl  ümummilli liderimizin  həyat  və fəaliyyətindən  bəhs  edən  film  nümayiş etdirildi.

Tədbirdə  bildirildi ki,   əsası ulu öndərimiz  Heydər  Əliyev  tərəfindən  qoyulmuş    Azərbaycanın  hərtərəfli inkişafına    xalqımızın rifahına  yönəlmiş  müdrik  siyasət bu gün  möhtərəm  Prezidentimiz  İlham Əliyev tərəfindən  uğurla  həyata   keçirilir.  Ölkəmizdə  böyük  infrastruktur   layihələri həyata keçirilir,  sosial-iqtisadi  sahədə,  elmdə,  mədəniyyət təhsil  və idmanda böyük uğurlara  nail olunur.  Azərbaycan  hazırda  regionun  lider  dövlətinə  çevrilmiş    onunla dünyanın   aparıcı dövlətləri və nüfuzlu beynəlxalq  təşkilatları  hesablaşırlar.

Ölkəmizdə  əldə edilən  bu nailiyyətlərdə Nəsimi  rayonunun da  öz yeri,  öz  payı  vardır.  Hazırda  “2011 – 2013-cü  illərdə Bakı  şəhərinin    onun  qəsəbələrinin  sosial-iqtisadi inkişafına  dair Dövlət  Proqramı”nda  və həmin   proqrama  əlavələrdə  Nəsimi rayonu üzrə  nəzərdə  tutulmuş tədbirlər  uğurla  həyata keçirilir.  Son illər  rayonda sənaye  məhsulu  istehsalı  3,5, tikinti-quraşdırma  işləri 4,3 dəfə artmış, göstərilən  nəqliyyat xidməti 7,  rabitə xidməti isə 9,4  dəfə  yüksəlmişdir.

Rayonun  tam orta  məktəblərinin 18-i  əsaslı  təmir  edilmiş,   13  məktəbdə  əlavə   korpuslar  inşa  edilmiş, 11 səhiyyə  müəssisəsi  əsaslı  təmir  olunmuşdur.

Rayonda  genişmiqyaslı  abadlıq, quruculuq  və yenidənqurma  işləri  davam etdirilir. Bütün bunlar ölkəmizdə  aparılan  uğurlu  islahatların,   xalqımızın  maddi-rifah  halının  daim yaxşılaşmasına  yönəlmiş  işlərin,  Azərbaycanın  daha  da  qüdrətlənməsinə  istiqamətlənmiş  fəaliyyətin  nəticəsi    dahi  Heydər Əliyev  siyasətinin  təntənəsidir.

Ölkəmizin  tanınmış  müğənnilərinin  iştirakı ilə   böyük  konsert proqramı nümayiş etdirildi.

 

 

Ayaz  HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2013.- 9 may.- S. 11.