Azərbaycan polisi Heydər Əliyev ideyalarına sadiqdir

 

Bu günlərdə xalqımız ulu öndər Heydər Əliyevin 90 illik yubileyini böyük təntənə, qürur hissi ilə qeyd edir. Bu münasibətlə keçirilən  tədbirlərdə Azərbaycan xalqının böyük oğlu,  zəmanəmizin  görkəmli siyasət xadimi Heydər Əliyevə sonsuz el məhəbbəti tərənnüm olunur, ümummilli liderin cahanşümul fəaliyyəti qədirbilənliklə yad olunur.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Suraxanı Rayon Mühafizə Şöbəsində  ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yığıncaq keçirildi. Tədbir iştirakçıları öncə ümummilli liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra müasir Azərbaycan dövlətinin qurucusu memarı Heydər Əliyevin həyat fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən film nümayiş etdirildi.

Baş Mühafizə İdarəsi Suraxanı Rayon Mühafizə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elman Səfərov geniş məruzə ilə çıxış edərək ümummilli liderin ölkəmiz xalqımız qarşısındakı misilsiz xidmətlərindən söhbət açdı. Qeyd olundu ki, bütün mənalı ömrünü xalqına Vətəninə həsr etmiş ulu öndər Heydər Əliyev, sözün həqiqi mənasında, tarix yaradan görkəmli şəxsiyyətlərdəndir. O şəxsiyyətlərdən ki işıqlı, nurlu əməlləri ilə hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaltmışdır. Natiq bildirdi ki, taleyin hökmü ilə xalqımız üçün son dərəcə məsul iki tarixi məqamda Azərbaycana rəhbərlik  etmiş Heydər Əliyev  respublikamızı sürətli inkişaf tərəqqi yoluna çıxarmağa müvəffəq olmuşdur. Elə Heydər Əliyevi ümummilli lider məqamına yüksəldən, xalqının sevimlisinə çevirən ən başlıca keyfiyyətləri məhz onun  Azərbaycana azərbaycançılığa sadiqliyi, Vətənini canından artıq sevməsi ilə bağlı idi. Məhz bunun nəticəsi idi ki, 1969-cu ilin yayında Azərbaycana rəhbər təyin olunan ulu öndər, ilk növbədə, respublikamızı iqtisadi tənəzzüldən qurtarmağı, xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasını özünün başlıca vəzifəsi kimi müəyyənləşdirdi   heç bir təzyiq onu bu şərəfli yoldan çəkindirə bilmədi. Heydər Əliyevin bacarığı qətiyyəti sayəsində Azərbaycan az müddət ərzində SSRİ-nin qabaqcıl, sürətlə inkişaf edən respublikasına çevrildi. Azərbaycanın gələcəyini savadlı kadrların yetişdirilməsində görən ümummilli lider respublika gənclərinin İttifaqın qabaqcıl ali məktəblərində təhsil almasını təşkil etdi.

E.Səfərov bildirdi ki, ötən əsrin sonlarında dövlət müstəqilliyinə qovuşmuş Azərbaycanda hakimiyyət kürsüsünə yiyələnən  naşı, səriştəsiz rəhbərlərin şəxsi ambisiyaları ucbatından respublikamız, xalqımız çətin sınaq qarşısında qalmışdı. Ölkədə baş qaldıran separatçılıq meyilləri, xaos anarxiya, Ermənistanın əsassız torpaq  iddiaları Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə yaradırdı. Yalnız xalqın çoxsaylı təkid xahişlərindən sonra yenidən respublika rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev əsl siyasət adamına xas keyfiyyətləri ilə Azərbaycanın müstəqilliyini qoruyub saxladı. Təsadüfi deyil ki, Heydər Əliyevin prinsipiallığı, müdrikliyi əsl ağsaqqala xas keyfiyyətləri sayəsində qeyri-sağlam qüvvələr zərərsizləşdirildi, separatçılıq meyillərinin qarşısı qətiyyətlə alındı nəticədə ölkədə ictimai-siyasi sabitlik  bərqərar edildi. Bu işdə xalqın birliyinə, hüquq-mühafizə orqanlarına, Azərbaycan polisinə yüksək inam etimad bəsləyən ulu öndər əvvəlki hakimiyyəti dövründə olduğu kimi, kadrların yerləşdirilməsinə xüsusi diqqət yetirdi, idarəetmə sahəsində zəngin təcrübəsi olan şəxsləri məsul vəzifələrə təyin etdi.

Qeyd olundu ki, ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi hüquq qaydalarına riayət olunması məqsədilə qanunvericilik bazası təkmilləşdirildi, Azərbaycan polisinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün konkret addımlar atıldı. Azərbaycanda  demokratik, hüquqi dünyəvi dövlət quruculuğu prosesində  hüquq-mühafizə orqanlarının müstəsna xidmətlər göstərdiyini diqqətə çatdıran natiq bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Daxili İşlər Nazirliyinin onun ayrı-ayrı strukturlarının ölkədə ictimai asayişin qorunmasınada, cinayətkarlıqla mübarizənin təşkilində, insan hüqquq azadlıqlarının təminatındakı rolunu fədakar xidmətini həmişə yüksək dəyərləndirmişdir. Ulu öndərindaxili işlər orqanlarının şəxsi heyəti xalqın, dövlətin mənafeyini hər şeydən üstün tutmalıdırkəlamını xatırladan  şöbə rəisi bildirdi ki, ötən müddətdə çətin şərəfli bir yol keçmiş Azərbaycan polisi ümummilli liderin bu tövsiyəsinə əməl edərək ölkədə ictimai-siyasi sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, bir sözlə, qanunçuluğun keşiyində  ayıq-sayıq dayanmışdır.

E.Səfərov daha sonra bildirdi ki, hazırda ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında öz layiqli yerini tutmuş, ölkəmizin beynəlxalq nüfuzu xeyli artmışdır. Ötən müddətdə ölkə həyatının bütün sahələrində olduğu kimi, qanunçuluğun hüquq qaydalarının təkmilləşdirilməsi sahəsində  məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu baxımdan  daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atılmışdır.  Daxili İşlər  Nazirliyin Baş Mühafizə İdarəsində son zamanlar mühüm tədbirlər həyata keçirilmiş, adı çəkilən qurumun sıraları sağlam, savadlı gənclərlə möhkəmləndirilmiş, cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında, dövlətin insanların şəxsi əmlaklarının mühafizəsinin təşkili sahəsində lazımı işlər görülmüşdür. Məhz bunun nəticəsidir ki, hazırda vətəndaşlar, ayrı-ayrı şəxslər öz obyektlərinin mənzillərinin qorunmasını bu quruma daha çox etibar edirlər. Qeyd olundu ki, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Suraxanı Rayon Mühafizə Şöbəsi  öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, cinayətkarlıqla mübarizədə, insanların şəxsi əmlakının qorunmasında ayıq-sayıq dayanırlar. Bu yaxınlarda rayon mühafizə şöbəsinin müasir standartlar səviyyəsində  inşa olunmuş yeni inzibati binaya köçürülməsi, burada yaradılmış hərtərəfli şərait, eləcə əməkdaşlara göstərilən yüksək qayğı diqqət polisi öz işinə daha böyük həvəslə məsuliyyətlə yanaşmağa sövq edir.

Sonra Suraxanı Rayon İcra Hakimiyyətinin məsul işçisi Nazim Fətullayev, eləcə rayon mühafizə şöbəsi şəxsi heyətinin əməkdaşları çıxış edərək ulu öndər Heydər Əliyevin nəsillərə örnək olan ömür yolundan, bu dahi şəxsiyyətin Vətən xalq qarşısındakı misilsiz xidmətlərindən söhbət açdılar. Qeyd olundu ki, Azərbaycanın  layiqli vətəndaşı olmaq üçün Vətəni ümummilli lider Heydər Əliyev kimi sevmək, ona sədaqətlə qulluq etmək lazımdır.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2013.- 9 may.- S. 12.