Naxçıvanda
ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə
dahi şəxsiyyətin abidəsinin
önünə gül qoyulmuşdur
Mayın 10-da Naxçıvan şəhərində
ümummilli liderimiz
Heydər Əliyevin anadan olmasının
90 illiyi münasibətilə dahi şəxsiyyətin abidəsinin
önünə gül qoyulmuşdur.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
xalqımızın böyük oğlu, müstəqil Azərbaycan
dövlətinin qurucusu və memarı, görkəmli dövlət
xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin
baş meydanında əzəmətlə ucalan abidəsi
önünə gül qoymuş, ulu öndərin xatirəsini
dərin ehtiramla yad etmişdir.
Azərbaycan
Respublikasının Dövlət Himni səslənmişdir.
Nazirlik,
komitə, baş idarə və müəssisələrin rəhbərləri,
hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin
və ictimaiyyətin nümayəndələri də abidə
önünə tər güllər düzmüşlər.
Tədbir
iştirakçıları Heydər Əliyev Muzeyinə gələrək
Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər
Əliyevin həyat yolunu, çoxşaxəli dövlətçilik
fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.
Həmin
gün Naxçıvan Muxtar Respublikasının bütün
rayon mərkəzlərində də dahi rəhbər Heydər
Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə
tədbirlər keçirilmiş, Heydər Əliyev mədəniyyət
və istirahət parklarında konsertlər və xalq gəzintiləri
təşkil olunmuşdur.
Xalq qəzeti.- 2013.- 11 may.- S. 7.