Naxçıvan
gömrüyünün yaradılması Heydər Əliyevin
adı ilə bağlıdır
Memarı və qurucusu ümummilli liderimiz Heydər
Əliyev olan müstəqil Azərbaycan dövləti iyirmi
bir ildir ki, genişmiqyaslı inkişaf yolundadır. Bu dövr ərzində həyata keçirilən
sosial-iqtisadi islahatlar, dünya təsərrüfatına
inteqrasiya istiqamətində atılan uğurlu addımlar Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunu artırmış və
dünya birliyində layiqli mövqe tutmasını təmin
etmişdir.
Hər
bir müstəqil dövlətin əsas vəzifəsi ölkənin
milli maraqlarından irəli gələn daxili və xarici siyasətin
strateji xəttini hazırlamaq, iqtisadi inkişaf
konsepsiyasını müəyyən etmək və ölkənin
bütün potensialını onların reallaşmasına
yönəltməkdir. SSRİ dağıldıqdan sonra buraya
daxil olan digər müttəfiq respublikalar kimi, Azərbaycan da
öz müstəqilliyini əldə etdi, sağlam milli
iqtisadiyyatını müstəqil şəkildə
inkişaf etdirməyə başladı. Lakin müstəqilliyin
ilk illərində hakimiyyətdə olan AXC-Müsavat
cütlüyü onsuz da geri qalan Azərbaycan
iqtisadiyyatını dirçəltmək əvəzinə
bir az da çökdürdü və dərin böhran məngənəsinə
saldı.
Azərbaycan
ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən
sonra iqtisadi sistemin transformasiyasını təmin edən
iqtisadi strategiyanın
hazırlanması həyati zərurətə
çevrildi. Məhz ümummilli liderimiz Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə qayıdışından
sonra bu strateji xətt müəyyənləşdirildi.
“Azərbaycan
dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst
iqtisadiyyat prinsiplərinin bərqərar olması və bazar
iqtisadiyyatı, sahibkarlıq yoludur,” – deyən ümummilli
lider ölkənin iqtisadi inkişaf strategiyasının
başlıca konturlarını cızaraq Azərbaycan
reallıqlarına tam uyğunlaşdırılmış
iqtisadi inkişaf modelini müəyyənləşdirdi. Görülən tədbirlər nəticəsində
ölkədə makroiqtisadi sabitlik əldə edildi və dinamik
iqtisadi inkişafın təməli qoyuldu. 1992-ci il yanvarın
30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
yaradıldı. Lakin bu vacib
dövlət orqanının fəaliyyəti o vaxtkı
hakimiyyət tərəfindən lazımınca qiymətləndirilmədi və
ölkədə daxili bazarın qorunması, iqtisadi təhlükəsizliyin
təmin olunması sahəsində öz üzərinə
düşən vəzifələrin öhdəsindən bir
müddət gələ bilmədi. Ulu öndərin
Naxçıvana qayıdışı, Naxçıvan MR Ali
Məclisinin sədri seçilməsi və iflic vəziyyətinə
düşmüş iqtisadiyyatı böhrandan çıxarması,
ən nəhayət, Naxçıvan Dövlət
Gömrük Komitəsini yaratması və milli gömrük
xidmətinin formalaşması sahəsində zəruri tədbirlər
görməsi nəinki Naxçıvanda, habelə
bütövlükdə Azərbaycanda siyasi-iqtisadi münasibətlərə
öz müsbət təsirini göstərdi.
Qeyd
etmək lazımdır ki, keçmiş SSRİ-də digər
müttəfiq respublikalar kimi,
Azərbaycanda da müstəqil gömrük orqanı
olmamışdı. Respublika ərazisində keçmiş
SSRİ-yə məxsus gömrük xidməti orqanları fəaliyyət
göstərirdi və idxal-ixrac əməliyyatlarına nəzarət
mərkəzi orqanlar vasitəsilə həyata keçirilirdi.
Ona görə də müstəqilliyin ilk illərindən
başlayaraq hüquqi bazanın yaradılması, maddi-texniki
resuslara malik və normal nəzarət funksiyaları həyata keçirməyə qadir olan gömrük xidmətinin
formalaşdırılması üçün müvafiq
işlərin görülməsi ulu öndərin diqqət mərkəzində
idi. Bu baxımdan 1995-ci ilin yanvarında Dövlət
Gömrük Komitəsinin fəaliyyətinin geniş
müzakirəyə çıxarılması heç də
təsadüfü deyildi. Onun müşavirədəki proqram
xarakterli nitqində irəli sürdüyü təklif və
göstərişlər respublikada gömrük xidmətinin
yenidən qurulması və inkişafının əsas
istiqamətlərini müəyyənləşdirdi. Heydər Əliyevin gündəlik
qayğısı ilə əhatə olunan gömrük
sisteminin fəaliyyətində mühüm dəyişikliklər
baş verdi və demək olar ki, yenidən quruldu. Bu yenidənqurmanın
əsas prinsipləri bunlar idi:
-
gömrük işi sahəsində qabaqcıl ölkələrin
təcrübəsinin öyrənilməsi və tətbiqi;
-
beynəlxalq tələblərə
uyğunlaşdırılan gömrük qanunvericiliyinin
yaradılması sahəsində görülən işlər;
-
gömrük tarifi siyasətinin müəyyənləşdirilməsi;
-
qaçaqmalçılığa qarşı mübarizənin
gücləndirilməsi;
-
gömrük infrastrukturunun gücləndirilməsi tədbirləri
və s.
Dünya
təcrübəsi göstərir ki, hər bir sahədə əgər
qanun və hüquq yaradıcılığı düzgün
qurularsa, o sahə sağlam təməl üzərində
dayanaraq dövləti yüksəlişə
doğru aparar. Azərbaycanı sivilizasiyalı gələcəyə
doğru aparan qanunların və fərmanların müəllifi
olan ümummilli lider Heydər Əliyevin Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin tətbiq
edilməsi barədə imzaladığı fərman da gömrük sisteminin
inkişafı və dünya standartlarına uyğun
qurulması istiqamətində atılan mühüm addım
idi.
Milli
iqtisadiyyatın əsas qollarından birini təşkil edən
Azərbaycan gömrük sistemi və onun ayrılmaz tərkib
hissəsi olan Naxçıvan Muxtar Respubilkasının
gömrük orqanları da ulu öndərin
apardığı iqtisadi islahatların nəticəsində
qısa müddət ərzində böyük inkişaf yolu
keçmiş və dünya standartlarına uyğun yenidən
qurularaq möhkəmləndirilmişdir.
Ümummilli
liderimiz Heydər Əliyev yüksək səviyyədə
gömrük xidmətinin yaradılmasını savadlı
kadrların hazırlanmasında, işçilərin mənəvi
saflığında və bu sahənin maddi-texniki
bazasının yaradılmasında görürdü. O deyirdi:
“Həqiqi gömrük işini təşkil etmək
üçün iki əsas şərt lazımdır.
Birincisi, gömrük işçisi gərək bilikli olsun,
öz peşəsini yaxşı mənimsəmiş adam
olsun, mənəviyyatca təmiz olsun, öz işinə sadiq
olsun, Vətəninə, ölkəsinə sadiq olsun.
İkinci tərəfdən, gərək onun təcrübəsi
ilə, biliyi ilə yanaşı, maddi-texniki bazası,
müasir texnikası, ləvazimatı olsun.
Azərbaycanın
iqtisadi inkişafı, onun suverenliyinin təmin edilməsi
ölkədə aparılan gömrük siyasəti ilə bilavasitə
bağlıdır. Bütün bunlar nəzərə
alınmaqla son iyirmi ilə yaxın bir dövr ərzində
Azərbaycanda uğurlu gömrük siyasətinin təməli qoyulmuş,
gömrük işinin təkmilləşdirilməsi,
gömrük orqanlarının maddi-texniki və
normativ-hüquqi bazasının möhkəmləndirilməsi,
ümümdünya gömrük sisteminə inteqrasiyası
istiqamətində uğurlu addımlar
atılmışdır.
Ölkənin
iqtisadi inkişafında digər qurumlarla yanaşı,
gömrük orqanlarının da xüsusi yeri olduğunu dəfələrlə
qeyd edən ulu öndərin ölkənin xarici iqtisadi əlaqələrinin
möhkəmləndirilməsində, idxal-ixrac əməliyyatlarının
tənzimlənməsində gömrük xidmətinin üzərinə
düşən vəzifələrin həlli yollarını
göstərmişdir. O, Azərbaycan gömrük
orqanlarının fəaliyyətini təhlil edərək bu
sistemdə yüksək nizam-intizam,
peşəkarlıq
formalaşdırılması,
kadrların işinin yenidən qurulması, gömrük
işçisinin öz peşəsinə və xalqına
sadiqliyini xüsusi qeyd edirdi.
“Biz
dünyada müstəqil Azərbaycanın nüfuzunun
qaldırılmasına, iqtisadi inkişafa böyuk yardım edən,
xarici iqtisadi əlaqələrdə layiqli yer tuta bilən bir
gömrük sistemi yaratmalıyıq”. Heydər Əliyev bu
fikirləri ilə dünyanın qabaqcıl ölkələrinin
gömrük təşkilatları ilə sıx əməkdaşlıq şəraitində işləməklə
Azərbaycanın gömrük sisteminin daha da təkmilləşdirilməsini
nəzərdə tuturdu. Dünya birliyində
respublikamızın demokratik, hüquqi bir dövlət kimi, mənəvi
dəyərlərə malik bir ölkə kimi
tanınmasında gömrük xidmətini ön cərgədə
görməyi arzulayırdı.
Fərəhlə demək olar ki,
indi ulu öndərin arzuları həyata keçməkdədir.
Ölkəmizdə yeridilən uğurlu daxili və xarici siyasət
nəticəsində Azərbaycan Respubilkasının və
onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR-in
xarici iqtisadi əməkdaşlığı getdikcə
genişlənir. Ümummilli lider Heydər Əliyev kursunun
layiqli davamçısı cənab
İlham Əliyevin səyləri nəticəsində ölkə
iqtisadiyyatının inkişafında böyük müvəffəqiyyətlər
əldə edirlir. İndi Azərbaycan ÜDM-in artım
sürətinə görə nəinki Cənubi Qafqazda, hətta
dünyada lider dövlətlərdən birinə
çevrilmişdir.
Ölkədə
aparılan iqtisadi islahatlar başqa sahələrdə
olduğu kimi, gömrük xidmətinin də inkişafına
öz təsirini göstərir. Büdcə gəlirlərinin
artması inkişafımızın dinamikasının daha
aydın göstəricisidir. Büdcə gəlirlərinin
formalaşmasında Vergilər Nazirliyindən sonra Dövlət
Gömrük Komitəsi çox böyük rola malikdir.
Aparılan
düzgün gömrük siyasəti bir daha sübut edir ki,
gömrük vergi və rüsumlarının həcminin
artması təkcə ölkə üzrə xarici ticarət
dövriyyəsinin artması hesabına deyil, eyni zamanda,
gömrük nəzarətinin, qaçaqmalçılıq və
gömrük qaydalarının pozulması halları ilə
mübarizənin gücləndirilməsi, maliyyə
intizamının daha da möhkəmləndirilməsi istiqamətində
həyata keçirilən məqsədyönlü tədbirlərin
nəticəsində mümkün olmuşdur.
Gömrük
vergi və rüsumlarının dövlət büdcəsindəki
mühüm əhəmiyyəti onu göstərir ki,
gömrük sistemi gələcəkdə
respublikamızın iqtisadi inkişafına təkan verməklə,
ölkənin iqtisadi qüdrətinin artmasında və əhalinin sosial vəziyyətinin
yaxşılaşmasında
mühüm rol oynayacaqdır.
Son
illərdə ölkədə gömrük sisteminin
inkişafını sürətləndirmək, onun
normativ-hüquqi və maddi-texniki təminatını
yaxşılaşdırmaq, habelə gömrük
orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək
məqsədilə xeyli iş görülmüşdür.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 1 fevral 2007-ci il tarixli sərəncamı
ilə “Azərbaycan Respublikası Gömrük sisteminin
2007-2011-ci illərdə inkişafına dair Dövlət
Proqramı” təsdiq edilmişdir. Bundan əlavə, ölkəmizin
Ümumdünya Ticarət Təşkilatına üzv qəbul
olunması prosesi ilə əlaqədar hazırda qüvvədə
olan bir sıra qanunvericilik aktlarına dəyişikliklər
edilmişdir.
Bütövlükdə
ölkəmizdə və onun ayrı-ayrı regionlarında
tikinti-quruculuq işləri geniş vüsət
almışdır. Əvvəlki illərdə olduğu kimi,
son iki ildə də Azərbaycan
Respublikasının Dövlət
Gömrük Komitəsinin və onun yerli orqanlarının
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində işlər
görülmüşdür.
Ölkəmizdə həyata keçirilən beynəlxalq
layihələr, aparılan quruculuq işləri, yaradılan
yeni infrastrukturlar, enerji təhlükəsizliyinin təmin
olunması istiqamətində atılan addımlar,
sahibkarlığın stimullaşdırılması və s.
iqtisadi inkişafın yüksək tempini təmin edir.
İqtisadi əlaqələr
getdikcə genişlənməkdədir. Artıq xarici
investisiya qoyuluşları, ticarət əlaqələri və
digər tədbirlər ölkənin iqtisadi-siyasi həyatında
mühüm yer tutur. 21 ildən artıq bir dövrdə
blokada şəraitində olan Naxçıvan Muxtar
Respublikasında isə xarici iqtisadi əlaqələrin
genişlənməsi onun regional iqtisadiyyatdakı rolunun əhəmiyyətini
daha da artırır.
Naxçıvan
Muxtar Respublikasında bütün sahələrdə
müşahidə olunan dinamik inkişaf gömrük xidmətinin fəaliyyətində
də özünü göstərir. 2012-ci ildə muxtar
respublikanın gömrük orqanlarının həyatı əlamətdar
hadisələrlə zəngin olmuşdur. Təkcə bir faktı göstərmək kifayətdir
ki, 2012-ci ildə Naxçıvan Şəhər
Gömrük İdarəsinin yeni inzibati binası tikilib istifadəyə
verilmiş, may ayının 30-da Azərbaycan Prezidenti cənab
İlham Əliyev binanın açılışında
iştirak etmişdir. İnzibati bina ən müasir
avadanlıqlarla təchiz
edilmişdir. Üçmərtəbəli binada xidməti
otaqlar, servis və tədris otaqları, arxiv vardır.
Müşahidə otağında quraşdırılan 22 nəzarət
kamerası ilə eyni vaxtda müşahidə aparmaq
mümkündür.
Qeyd
etmək lazımdır ki, muxtar respublikanın gömrük
xidməti daxili bazarın qorunması, sahibkarlığın
inkişaf etdirilməsi, süni qiymət dəyişmələrinin
tənzimlənməsi ilə istehlakçıların
hüquqlarının müdafiə edilməsində və
gömrük hüquq pozmalarına qarşı mübarizədə
mühüm işlər görmüşdür.
Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi
yaradıldıqdan sonra onun ardınca 1992-ci ildə
Naxçıvan MR Ali Məclisinin 24 fevral 1992-ci il tarixli, 138
-XII saylı qərarı ilə Naxçıvan Muxtar
Respublikası Dövlət Gömrük Komitəsi fəaliyyətə
başlamışdır. Məhz bu fərmandan sonra qardaş
Türkiyə və İranla xarici iqtisadi əlaqələrin
yaradılmasının əsası qoyulmuşdur.
Naxçıvan
MR Ermənistan tərəfindən blokadaya alındıqdan
sonra Türkiyə ilə əlaqə yaradılmasına və
çıxış nöqtəsi kimi Sədərək
körpüsünün tikilməsi və
açılmasına böyük önəm verilirdi. Tikilib
başa çatdırılan Sədərək
körpüsü 1992-ci il mayın 28-də Türkiyənin o
vaxtkı Baş naziri Süleyman Dəmirəl və
Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev
tərəfindən açıldı. Elə həmin
gündə də Sədərək gömrükxanası fəaliyyətə
başladı.
Ümumiyyətlə,
Naxçıvan MR ərazisində yaradılan
gömrükxanalar və gömrük postları muxtar
respublikanın xarici iqtisadi əlaqələrinin
yaxşılaşdırılmasında, büdcənin gəlir
hissəsinin formalaşmasında önəmli rol oynayır.
Müstəqilliyin ilk illərində Azərbaycan
gömrüyünün ilk günlərinə nəzər
salsaq, Dövlət Gömrük Komitəsi İran İslam
Respublikası ilə sərhəddə fəaliyyət
göstərən Astara və Culfa gömrükxanaları və
Bakı Gömrük İdarəsindən ibarət idi.
Lakin
illər ötdükcə dövlətimizin iqtisadi mənafeyinin
müdafiə və inkişaf etdirilməsində xüsusi
yeri olan Dövlət Gömrük Komitəsinin strukturu
genişləndirildi, iqtisadi və mədəni əlaqələrin
genişləndirilməsi məqsədilə qonşu dövlətlərlə
həmsərhəd zonalarda yeni gömrük postları
yaradıldı və həmin postlarda idxal-ixrac əməliyyatlarına
gömrük nəzarətinin və gömrük rəsmiləşdirmələrinin
beynəlxalq standartlara uyğun təşkil olunması məqsədilə
texniki avadanlıqların quraşdırılıb
gömrük orqanları işinin beynəlxalq normalara uyğun
təşkil olunması üçün müvafiq tədbirlər
həyata keçirildi.
Xalqımızın
müdrik oğlu Heydər Əliyevin
apardığı düzgün kadr siyasəti nəticəsində
1995-ci ildə DGK-ya yeni rəhbərliyin təyin olunduğu
gündən gömrük işi sahəsində əldə
olunmuş nailiyyətlər özünü daha qabarıq
şəkildə göstərməyə başladı. Bu
gün mübaliğəsiz demək olar ki, Azərbaycan
gömrüyü və o cümlədən, Naxçıvan
gömrüyü respublikanın iqtisadi siyasətini həyata
keçirən ən mühüm qurumlardan birinə
çevrilmişdir. Gömrük orqanlarımız müstəqillik
dövründə öz fəaliyyətini ölkədə
aparılan iqtisadi siyasətə uyğun qurduğu
üçün gömrük sisteminin maddi-texniki bazası
xeyli möhkəmləndirilmişdir. Belə bir cəhəti
xüsusi vurğulamaq lazımdır ki, muxtar respublikanın
gömrük orqanları aparılan iqtisadi islahatlarda və
bazar münasibətlərinin qurulmasında öz yeri olan
çoxfunksiyalı bir kompleksə çevrilmişdir.
Ötən
müddət ərzində gömrük nəzarətinin
artırılması və təşkilinin
təkmilləşdirilməsi, normativ-hüquqi bazanın möhkəmləndirilməsi
sahəsində bir sıra vacib tədbirlər həyata
keçirilmiş, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin və onun
siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab
İlham Əliyevin diqqət və qayğısı sayəsində
bu sahədə nailiyyətlər əldə edilmişdir.
Gömrük nəzarətinin səmərəliliyinin
artırılması məqsədilə gömrük
buraxılış məntəqələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi,
yeni postların yaradılması, gömrük xidmətinin
avtomatlaşdırılmış idarəetmə sisteminə
keçirilməsi, tarif-tənzimləmə sisteminin təkmilləşdirilməsi
və bu zəmində də
qaçaqmalçılığa qarşı mübarizənin
gücləndirilməsi sahəsində ciddi dönüşə
nail olunmuşdur.
Beynəlxalq
standartlara uyğun olaraq gömrük işinin hüquqi
bazasının gücləndirilməsi və təkmilləşdirilməsi
istiqamətində 1997-ci ildə qəbul edilmiş
Gömrük Məcəlləsi keçən dövr ərzində
xeyli köhnəlmişdi. Ona görə də bu məcəllənin
bir sıra maddələrinə dəyişiklik edilərək
2011-ci ildə yeni Gömrük Məcəlləsi qəbul
edilmiş və 2012-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Yeni məcəllədə
nəzərdə tutulmuş gömrük rejimlərinin fəaliyyətinin
təkmilləşdirilməsi, mal və nəqliyyat vasitələrinin
idxal-ixracı zamanı seçilmiş gömrük rejiminə
uyğun gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini
həyata keçirən gömrük orqanlarının
işinin asanlaşdırılması və xarici iqtisadi fəaliyyət
iştirakçıları üçün əlverişli
şərait yaradılması məqsədilə bir sıra sənədlər
işlənib hazırlanmış və yerli gömrük
orqanlarına göndərilmişdir.
Ötən
illər ərzində gömrük nəzarətinin
normativ-hüquqi bazasının daha da möhkəmləndirilməsi
gömrük əməliyyatlarının rəsmiləşdirilməsini
xeyli sadələşdirmiş və iş adamlarının əlavə
vaxt itkisini aradan qaldırmışdır. Xarici
investisiyaların cəlb edilməsi üçün beynəlxalq
istehsal kooperasiyasına şərait yaradan gömrük emal
rejimlərinin, sərbəst ticarət zonası, sərbəst
anbarlar və digər gömrük rejimlərinin
normativ-hüquqi bazası yaradılmışdır. Bu gün
iftixar hissi ilə demək olar ki, gömrük orqanları ən
müasir yeni texniki avadanlıqlarla təchiz olunmuşdur. Bu da
mal və nəqliyyat vasitələrinin ölkəmizin
gömrük sərhəddindən keçirildiyi zaman
gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin
operativ və sadələşdirilmiş qaydada həyata
keçirilməsinə köməklik göstərən
mühüm amillərdən biridir.
Bir
sıra vacib sənədlərin
hazırlanması və tətbiq edilməsi istiqamətində
də zəruri addımlar atılmışdır. Ölkə
iqtisadiyyatının inkişaf etdirilməsində
mühüm rol oynayan xarici investisiyalı müəssisələr
tərəfindən müvəqqəti gətirilən
malların gömrük rəsmiləşdirilməsinin
aparılması, bu rejim altında yerləşdirilmiş
mallara gömrük nəzarətinin tətbiq edilməsi məqsədi
ilə “Müvəqqəti idxal (ixrac) gömrük rejimi
haqqında əsasnamə” işlənib
hazırlanmışdır.
Gömrük
sərhəd-keçid məntəqələrinin ərazisində
yaradılması nəzərdə tutulan rüsumsuz ticarət
mağazalarının açılması və bu cür
mağazaların fəaliyyətinin tənzimlənməsi məqsədilə
“Rüsumsuz ticarət tənzimlənməsi haqqında
qaydalar”, xarici iqtisadi fəaliyyət
iştirakçıları üçün şərait
yaradılması, ölkəmizin gömrük ərazisindən
istifadə olunmaqla qonşu ölkələrlə iqtisadi-ticarət
əlaqələrinin genişləndirilməsi və bunun da
sayəsində ölkəmizə müəyyən vəsaitin
daxil olması üçün gömrük qanunvericiliyində
nəzərdə tutulmuş təkrar ixrac gömrük
rejiminin fəaliyyətini tənzimləyən “Azərbaycan
Respublikası gömrük ərazisində bilavasitə təkrar
ixrac üçün gətirilmiş və bu ərazidən
aparılan malların gömrük rəsmiləşdirilməsi
qaydaları”, habelə Azərbaycan Respublikasında ixrac
olunmuş malların geri qaytarıldığı zaman
gömrük rəsmiləşdirilməsini müvafiq qaydada tənzimləmək
məqsədilə “Malların təkrar idxalı
gömrük rejimi haqqında əsasnamə” beynəlxalq
yük daşımalarını həyata keçirən nəqliyyat
vasitələri ilə tranzit daşınan malların ölkəmizin
ərazisindən keçən gömrük nəzarəti
altında tranzit keçirilməsi və bu mallara dair
müvafiq gömrük rəsmiləşdirilməsinin
aparılması məqsədilə “Malların tranzit
gömrük rejimi haqqında əsasnamə” işlənib
hazırlanmış və tətbiq edilməyə
başlanmışdır.
Statistik
məlumatların təhlili göstərir ki, 2012-ci ildə
Naxçıvan Muxtar Respublikası dünyanın 40-dan
çox ölkəsi ilə xarici iqtisadi əlaqəyə
girmişdir. Muxtar respublikada yerli istehsalın inkişafı nəticəsində
tələbatın beşdə dörd hissəsindən
çoxu daxili mənbələr hesabına ödənilir.
İdxalın tərkibində isə yeni texnologiyalar əsas
yeri tutur.
Muxtar
respublikada əvvəlki illərdə olduğu kimi, ötən
il də ticarət dövriyyəsi artmaqda davam etmişdir.
2012-ci ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin
həcmi 450,9 milyon dollara çatmışdır ki, bu da
2011-ci illə müqayisədə 12,5 faiz çoxdur. Xarici
ticarət dövriyyəsinin 77,4 milyon dollarını və ya
17,2 faizini idxal, 373,5 milyon dollarını və ya 82,8 faizini
ixrac təşkil etmişdir. Beləliklə, son bir ildə
ixracın həcmi 15,8 faiz artmışdır ki, bu da ticarət
dövriyyəsində 296 milyon ABŞ dolları həcmində
müsbət saldonun yaranmasına gətirib
çıxarmışdır.
Xarici
iqtisadi əlaqələrin vacibliyini dəfələrlə
vurğulayan ümummilli lider Heydər Əliyev
çıxışlarının birində demişdir:
“Heç bir ölkə, ən böyük bir ölkə də
yalnız öz çərçivəsində
iqtisadiyyatını lazımi səviyyədə inkişaf
etdirə bilməz”. Məhz bu fikir nəzərə
alınaraq xarici ticarət əlaqələri daim genişləndirilməlidir.
Qeyd etmək lazımdır ki, bu gün Naxçıvan Muxtar
Respublikası üç xarici dövlətlə əhatədə,
blokada şəraitində yaşayır və inkişaf edir.
Naxçıvan gömrükçüləri bunu nəzərə
alaraq sərhəd keçid məntəqələrində
ayıq-sayıq duraraq öz vəzifə borclarını
şərəflə yerinə yetirirlər.
İndi
faktiki olaraq xarici ticarət dövriyyəsinə kompleks gömrük nəzarəti, beynəlxalq
standartlara uyğun, müasir maddi-texniki və normativ bazaya
malik Naxçıvan gömrüyü
yaradılmışdır.
Ümumiyyətlə,
ölkəmizdə aparılan gömrük siyasəti onu deməyə
əsas verir ki, indi formalaşan və daha da təkmilləşən
gömrük xidməti ümummilli liderimiz Heydər Əliyevin
arzularının tam reallaşdığını göstərir.
Nazim ƏHMƏDOV,
iqtisad elmləri doktoru, professor
Xalq qəzeti.- 2013.- 12 may.- S. 4.