Zaqatalada regional
elmi-praktik konfrans
Azərbaycan Müəllimlər İnstitutunun
Zaqatala filialında ulu öndər
Heydər Əliyevin 90 illiyinə həsr edilmiş “Əlavə
təhsildə yeni model və mexanizmlərin tətbiqində
informasiya -kommunikasiya texnologiyalarından istifadə”
mövzusunda regional elmi - praktik
konfrans keçirildi.
Tədbirdə Zaqatala
Rayon İcra Hakimiyyəti Aparatının bir sıra məsul işçiləri, rayon təhsil
şöbəsinin müdiri, YAP rayon təşkilatının
sədri Habil Qurbanov, Qax, Balakən və Zaqatala rayonlarının
qabaqcıl müəllimləri və ictimaiyyət nümayəndələri
də iştirak edirdilər.
Tədbiri giriş sözü ilə filialın
direktoru, fizika - riyaziyyat
elmləri doktoru, professor
Orucəli Rzayev açaraq qeyd etdi ki,
Heydər Əliyevin apardığı geniş strateji islahatlar nəticəsində Azərbaycan
elminin və təhsilinin inkişafında yeni yollar
açıldı, ali məktəblərin fəaliyyəti
yeni dövrün tələbləri səviyyəsində
quruldu. Ali məktəblərdə
təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas
istiqamətlərindən biri də informasiya
texnologiyalarının tətbiqidir.
Qeyd olundu ki, dövlət
başçısı İlham
Əliyevin 2008-ci il 10 iyun tarixində
imzaladığı “2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı ” müasir informasiya və kommunikasiya
texnologiyalarının tətbiqi yolu ilə vahid ümummilli təhsil sisteminin
yaradılması məqsədinə
xidmət etmişdir.
Daha sonra rayon təhsil şöbəsinin
müdiri Habil Qurbanov “Zaqatala təhsili islahat yollarında ”,
Balakən RTŞ-nin metodkabinetin müdiri Məryəm Qarayeva
“Təhsil millətin gələcəyidir” adlı maraqlı məruzələr
ilə çıxış etdilər. Sonra filialın tədris
və elmi işlər üzrə direktor müavini, fəlsəfə
doktoru Füzuli Səddinov “Ucqar kənd yerlərinin pedaqoji kadrlarla təminatı,
imtiyazlar, kompensasiyalar” mövzusunda çıxış etdi.
Konfransın gedişi “Əlavə təhsildə
yeni təlim texnologiyalarının tətbiqində İKT-nin
rolu” və “Əlavə təhsildə kompyuter texnikası əsasında
qurulan yeni informasiya
texnologiyalarının mənimsənilməsi
yolları” adı altında iki bölmə üzrə
aparıldı. “Əlavə təhsildə yeni təlim
texnologiyalarının tətbiqində İKT-nin rolu” bölməsi
filialın əlavə təhsil
üzrə direktor müavini Lalə Qurbanovanın sədrliyi
ilə, “Əlavə təhsildə kompyuter texnikası əsasında
qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsi yolları”
bölməsi isə filialın tədris və elmi işlər
üzrə direktor müavini, fəlsəfə doktoru
Füzuli Səddinovun sədrliyi ilə aparıldı.
Tədbirdə Qax və Balakən
rayonlarından olan qabaqcıl müəllimlər öz məruzələri
ilə çıxış etdilər. Qax rayonu 4 saylı məktəbin
informatika müəllimi Rübayil Əfəndiyevanın
“İnteraktiv təlimin xüsusiyyətləri, mexanizmləri və üstünlükləri”
adlı məruzəsi diqqəti
cəlb etdi. Bundan başqa, Qax rayon 5 saylı orta məktəbin tərbiyə
işləri üzrə direktor müavini Sevda Abidova, Nərminə
Abdullayeva, Mehriban Kazımova və digər müəllimlər
maraqlı məruzələrlə çıxış etdilər.
Tədbirin sonunda konfransda iştirak edən müəllimlərin bir qrupu fəxri fərmanlarla mükafatlandırıldı.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2013.- 12 may.- S. 6.