“Heydər Əliyev
və Azərbaycan iqtisadiyyatı” mövzusunda
yaradıcılıq müsabiqəsi başa
çatmışdır
Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar
İqtisadi İnkişaf Nazirliyi tərəfindən silsilə
tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlərdən olan və İqtisadi
İnkişaf Nazirliyinin ulu öndər Heydər Əliyevin 90
illik yubileyi ilə bağlı KİV nümayəndələri
arasında təşkil etdiyi “Heydər Əliyev və Azərbaycan
iqtisadiyyatı” mövzusunda yaradıcılıq müsabiqəsinə
mayın 11-də yekun vurulmuşdur. Bununla əlaqədar
Bakı Biznes Mərkəzində keçirilmiş tədbirdə
İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti
qurumlarının, Azərbaycan Mətbuat Şurasının əməkdaşları
və KİV nümayəndələri iştirak etmişlər.
Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi
tərəfindən Bakı Biznes Mərkəzinin təşkilati,
Azərbaycan İnvestisiya Şirkətinin və “Azərlotereya”
ASC-nin maliyyə dəstəyi ilə təşkil olunmuş
müsabiqəyə ümumilikdə müxtəlif qəzet,
sayt və agentliklərdə yerləşdirilmiş 28 məqalə
və televiziya süjetləri təqdim edilmişdir. Müsabiqənin yekunları ilə
bağlı keçirilmiş tədbirdə İqtisadi
İnkişaf Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev
çıxış edərək müasir Azərbaycanın
memarı Heydər Əliyevin 90 illik yubileyi ilə
bağlı İqtisadi İnkişaf Nazirliyi tərəfindən
həyata keçirilmiş tədbirlər barədə məlumat
vermişdir.
Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin
90 illik yubileyi ilə əlaqədar İqtisadi İnkişaf
Nazirliyi tərəfindən Bakıda və regionlarda müxtəlif
tədbirlər, konfranslar, sahibkarlar üçün Heydər
Əliyev dərsləri, yaşıllaşdırma
aksiyası, şahmat və futbol turnirləri
keçirilmiş, KİV nümayəndələri
arasında “Heydər Əliyev və Azərbaycan
iqtisadiyyatı” mövzusunda yaradıcılıq müsabiqəsi
təşkil olunmuşdur. Müsabiqəyə təqdim
edilmiş məqalə və süjetlər İqtisadi
İnkişaf Nazirliyində yaradılmış və Azərbaycan
Mətbuat Şurasının da təmsil olunduğu müsabiqə
komissiyası tərəfindən qiymətləndirilmiş və
qaliblər müəyyən edilmişdir. Tədbirdə qaliblər
elan olunmuş, onlara diplomlar və pul mükafatları təqdim
olunmuşdur.
Ümumiyyətlə isə, bütün müsabiqə iştirakçıları diplomlarla təltif olunmuş, onlara pul mükafatları təqdim edilmişdir.
İ.RÜSTƏMOV
Xalq qəzeti.- 2013.- 12 may.- S. 7.