“Azərbaycana
qarşı SUMQAYIT TƏXRİBATI. “Qriqoryanın işi” monoqrafiyası çapdan
çıxmışdır
“Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin
(QSC) sədr müavini
İbrahim Məmmədovun “Azərbaycana qarşı SUMQAYIT TƏXRİBATI.
“Qriqoryanın işi” adlı monoqrafiyası çapdan çıxmışdır.
QSC-nin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, bu kitab Prezident İlham Əliyevin
təşəbbüsü və tapşırığı
ilə yazılmış və nəşr olunmuşdur.
Monoqrafiyanın “Ön
söz”ünün müəllifi və elmi redaktoru Prezident Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevdir.
AMEA-nın
A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi
Şurasının qərarı ilə çap olunan kitab
1988-ci il Sumqayıt hadisələrinə həsr olunmuş ilk
monoqrafiyadır.
Sumqayıt
hadisələri Ermənistanın rəsmi informasiya siyasətində
Azərbaycana qarşı istifadə olunan yeganə
psevdoarqumentdir. Bu kitab onların yeganə arqumentini də
puç edir.
Kitabın
yazılması üçün 34 cild cinayət işi
oxunmuş, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi və Baş Prokurorluğunun
arxiv sənədlərindən istifadə olunmuşdur.
Moskvada
mühüm şəxslərlə – SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi sədrinin birinci
müavini Filip Bobkov ilə, məşhur hüquqşünas,
Sumqayıt hadisələrinin təhqiqatında iştirak
etmiş Vladimir Kalniçenko və Azərbaycanın rəsmi
şəxsləri, hadisələrin şahidləri ilə
söhbətlər aparılmışdır.
Kitabda Sumqayıt hadisələrinin
erməni millətçiləri və Moskvadakı imperialist
dairələrin, o cümlədən də SSRİ Dövlət
Təhlükəsizlik Komitəsi və Sov.İKP MK-dakı
antiazərbaycan ovqatlı şəxslərin əli ilə təşkil
olunduğu sənədlər və ifadələrlə
sübut olunur.
“Azərbaycana qarşı SUMQAYIT TƏXRİBATI.
“Qriqoryanın işi” adlı
monoqrafiyanın türk, ingilis,
rus, fransız və alman
dillərinə tərcümə olunması nəzərdə
tutulur.
Xalq qəzeti.- 2013.- 8 may.- S. 6.