Naxçıvan
şəhərində yeni avtobus parkı
Mayın 16-da Naxçıvan şəhərində
yeni avtobus parkı istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən
lenti kəsmişdir.
Tədbirdə çıxış edən
Naxçıvan Muxtar
Respublikasının nəqliyyat
naziri Mirsənani Seyidov yaradılan şəraitə görə
muxtar respublika nəqliyyatçıları adından
minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni avtobus parkının
istifadəyə verilməsi
münasibətilə kollektivi
təbrik etmişdir.
Ali Məclisin sədri demişdir: Muxtar respublikada daxili sərnişindaşıma xidmətinin
səviyyəsinin yüksəldilməsi
məqsədilə görülən
işlər bütün
yaşayış məntəqələrinin
marşrut xidməti ilə tam təmin olunmasına imkan vermişdir. Bu gün
muxtar respublikada 360-a yaxın avtobusla 158 marşrutda sərnişinlərə
ictimai nəqliyyat xidməti göstərilir.
Bunların 146-sı muxtar respublika
daxili, 12-si isə Naxçıvan-Türkiyə və
Naxçıvan-Bakı istiqamətində
hərəkət edən
marşrutlardır. Eyni zamanda
əhaliyə göstərilən
taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması,
sakinlərin bu xidmətdən istifadəsinin
təmin olunması da diqqət mərkəzində saxlanılır.
Hazırda Naxçıvan Avtomobil
Zavodunda istehsal olunan avtomobillər vasitəsilə muxtar respublika sakinlərinə nümunəvi taksi xidməti göstərilir.
Ali Məclisin sədri kollektivin bundan sonra daha səylə çalışacağına, Naxçıvan şəhərində sərnişindaşıma xidmətinin yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirmiş, avtobus parkında yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, avtobus parkının ərazisi 2,7 hektardır. Burada Naxçıvan şəhər Nəqliyyat İdarəsi üçün də yeni bina inşa olunmuşdur. 2 mərtəbədən ibarət olan binada 11 iş otağı və 65 yerlik iclas zalı vardır. Binanın foyesinə və dəhlizlərə muxtar respublikamızda istehsal olunmuş keyfiyyətli mərmər döşənmiş, iş otaqlarına mebel dəstləri qoyulmuş, kompyuterlər quraşdırılmışdır.
Avtobus parkının ərazisində ehtiyat hissələrinin satışı mağazası, təmir, rəngsaz və yuma sexləri, yeməkxana, qazanxana, 40 tonluq yanacaq anbarı və yanacaqdoldurma məntəqəsi vardır. Burada avtobuslar üçün parklanma yerləri təşkil edilmiş, 108 yerlik üstüörtülü dayanacaq yaradılmış, avtobus parkı təhlükəsizlik və video-nəzarət sistemləri ilə təmin olunmuşdur.
Xalq qəzeti.- 2013.- 17 may.- S. 3.