Portretlərin
melodiyası
Qəbələ şəhərində
keçirilən 3-cü Beynəlxalq İncəsənət Sərgisi
davam edir
Heydər Əliyev 90
Qəbələ
son illər beynalxalq tədbirlərə ev sahibliyi etməklə,
dünyanın mədəniyyət mərkəzlərindən
birinə çevrilir. Bəlkə də bu, bir qanunauyğunluqdur.
Çünki Qəbələ
qədim dünyaya səs salmış Albaniyanın
paytaxtı olub. Elə dünyanın mədəniyyət
paytaxtlarından birinə çevrilmək istəyi də, yəqin
ki, bu tarixi həqiqətdən qaynaqlanır. Son illər burada
keçirilən beynalxalq musiqi festivalları və incəsənət
sərgiləri dünyanın mədəni həyatında əks-səda
doğurmaqdadır. Ona görə ki, bu tədbirlərdə
çağdaş dünyanın mədəniyyətində
imzasını qoyan ünlü sənət adamları
iştirak edirlər.
Mayın
5-də xalqımızın ümummilli lideri H.Əliyevin
anadan olmasının 90 illik yubileyinə həsr olunmuş SEBA
- (Seul -Bakı) Azərbaycan - Koreya Mədəniyyət
Mübadiləsi Assosiasiyası və Azərbaycan Mədəniyyət
Fondunun təşkilatçılığı ilə Qəbələ şəhərində
keçirilən “Portretlərin melodiyası” adlı 3-cü
Beynəlxalq İncəsənət sərgisi də
böyük maraqla qarşılandı. Tədbirdə 23
ölkənin rəssamları
iştirak edirdilər. Bu möhtəşəm sərgi, istər-
istəməz, böyük Cavidin sözlərini yada
salırdı:
Turana qılıncdan daha
kəsgin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyət.
Tədbir ulu öndərin
Qəbələ şəhər
mərkəzindəki, heykəlinin
ziyarəti ilə başladı. Ümummilli
liderimizin belə bir fikri var:
“Görkəmli şəxsiyyətlər
xalqın zəkasını,
elmini, mədəniyyətini,
mənəviyyatını dünyaya
nümayiş etdirirlər”.
Elə bu fikrə istinad edərək, sərgini giriş sözü ilə açan SEBA (Seul-Bakı) Azərbaycan -
Koreya Mədəniyyət
Mübadiləsi
Assosiasiyasının sədri Ruhəngiz Heydərova ulu öndərimizin Azərbaycan
dövlətçiliyinin inkişafındakı
misilsiz xidmətlərindən,
o cümlədən mədəniyyətimizin tanıdılması
istiqamətində gördüyü
böyük işlərdən
söz açdı.
Azərbaycan Mədəniyyət Fondunun
Prezidenti YUNESKO və
İSESKO -nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın tədbir iştirakçılarına ünvanlanmış
məktubu maraqla qarşılandı. Dünya
ölkələri mədəniyyətlərinin
qarşılıqlı münasibətləri,
sivilizasiyaların dialoqu
və Azərbaycanın
tarixən bu proseslərə verdiyi töhfələr məktubda
vurğulanan əsas fikir idi.
Sonra Azərbaycan Rəssamlar İttifaqının sədri
F.Xəlilov, akademik T.
Salahov, digər dövlət və mədəniyyət xadimləri
və Koreya Respublikasının Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri Çoi Suk- İnn çıxış
etdilər.
Məşhur fırça ustası T.Salahov Qəbələnin
mədəniyyət mərkəzlərindən
birinə çevrildiyini
sevindirici hal adlandırdı. O dedi ki, sərgi iştirakçıları mənsub
olduqları xalqın mənəvi dünyasını
əks etdirən əsərlərini Azərbaycanda tanıtmaqla
yanaşı, həm də ölkəmizin tarixi, mədəniyyəti
haqqında geniş məlumat alırlar. Çox istərdik ki, belə tədbirlər
bu gözəl məkanda tez -tez keçirilsin və bu diyar
rəssamların və
incəsənət xadimlərinin
daimi görüş
yerinə çevrilsin.
Həqiqətən, dünyanın 23 ölkəsindən
gələn müxtəlif
qitələri
və irqləri
əhatə edən, düşüncələri, yaradıcılıq
üslubları ilə
bir - birindən fərqlənən rəssamlar
bir ideyada, bir fikirdə qovuşurdular: dünyanın
xilası mədəniyyətdədir.
Zaman və məkanın melodiyasını
eşitmək, onu rənglərin ifadəsində
görmək və
son nəticədə sənət
əsərinə çevirmək
çox çətindir. İraqlı rəssam Əsna Əhməd Dovlatin, almaniyalı Tereza Mariyanın yaratdıqları
portretlər melodiyalar
kimi bir-birindən seçilsə də, mahiyyət etibarı ilə böyük insani məqamda birləşirlər. Elə
bil onları iranlı rəssam Əli İsmayılpurun qlobus, skripka və çiçəkləmiş
albalı budağının
təsvir olunduğu “Həyat musiqisi’’ əsəri tamamlayır. İsmayıl belə deyir: “Kənar bir yerdə insanla musiqinin mövcudluğu və onların albalı ağacı ilə görüşü bizə
gözlənilən gizli
möcüzənin hekayətini
söyləyəcəyinə işarə edir.
“Koreyalı rəssam
Can Huk Kimin fleyta çalan əllər təsvir olunmuş “İşıq
və səs” əsərində isə sanki insanın möcüzə ilə görüşmək məqamı
əks olunur. Rəssam
səsə və işığa olan sevgisini belə dilə gətirir: “Fleyta çalmaq, düşmənin geri çəkilməsini, xəstəliklərin
sağalmasını, dəniz
və dalğaların
sakitləşməsini ifadə
edən bir rəvayətdir”.
Başqa
bir rəvayət isə ağ
- qara təsvirlər ilə diqqəti çəkir. Bu əsərlər Heydər
Əliyev Fondunun vitse - prezidenti Leyla Əliyevanın “Güləşçilər”
və “Sirr” adlı qrafik işləridir. Rəssam gözəl, zərif,
dramatik və emosional - lirik obrazları ilə tamaşaçıların marağına
səbəb olan əsərlərində hisslərin,
duyğuların rəvayətindən
söz açır.
Qeyd edim ki, bu
əsərlər də
geniş tərkibli münsiflər heyətinin
rəyi ilə mükafata laiq görüldü.
Sərgidə yaponiyalı rəssam
İvasaki Nagi təəssüratlarını bölüşərkən
bunları söylədi:
“Mən Uzaq Şərqdən gəlmişəm.
Belə genişmiqyaslı bir sərgi çox nadir hallarda keçirilir.
Özümü xoşbəxt
hiss edirəm ki, belə bir sərginin
iştirakçısıyam. Bu, bizim xalqların
arasındakı dostluq
tellerini daha da sıx bağlayan
bir sərgidir. Mənim “Sado gəmisi- Bütün insanlar üçün Güggentenheym”
əsərim mükafat
aldı. Bu mənim üçün çox sevindirici bir haldır.
Görkəmli bir şəxsiyyətə
— Heydər Əliyevə
həsr olunmuş mötəbər bir
tədbirdən ölkəmə
uğur və sevinc aparıram”.
Artıq 2-ci dəfədir ki beynəlxalq sərgidə
iştirak edən rəssam Rəna Məmmədova ilə həmsöhbət olduq. O dedi ki, bu sərginin
gözəlliyi və
əhəmiyyəti, rəngarəngliyi
ilə yanaşı, mövzunun konkretliyindədir.
Portret bir janr kimi
məni daha çox cəlb edir. Bu sərgidə
mən həyat yoldaşım - Eldar Qurbanın portreti ilə çıxış
edirəm. Niyə məhz
həyat yoldaşımın?
Çünki onu hamıdan
yaxşı tanıyıram.
Hər melodiya bir portretdir. Və hər
portret də bir zaman kəsiyində
yaranır. Bu sərgidə nümayiş
olunan əsərlər
müxtəlif məkanlardan
baş alıb gələn çaylar kimi, bir dənizdə
birləşir. Bu, bir
mədəniyyət ümmanıdır
ki, üfüqlərinə
baxdıqca insan qəlbi ilahi bir rahatlıq tapır.
Ulu öndər
Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan “Portretlərin melodiyası”
sərgisi mayın
19-a qədər davam edəcək. Ancaq onun insanlara bəxş etdiyi işıqla
sevgi hələ uzun müddət qəlblərdə əks-
səda verəcək.
Nigar MƏNSİMLİ.
Xalq qəzeti.- 2013.- 17 may.- S. 7.