Professor Nizami Cəfərovun
“Açıq məktublar” kitabı çapdan
çıxmışdır
Tanınmış
alim və ictimai xadim, professor Nizami Cəfərovun “Elm və təhsil”
nəşriyyatı tərəfindən çap edilmiş
“Açıq məktublar” kitabında bir çox ünlü
simalara ünvanlanmış məktublar toplanmışdır.
AzərTAc
xəbər verir ki, kitabda müəllifin müxtəlif illərdə
elm, mədəniyyət və sənət xadimlərinə
ünvanladığı 20-dək məktub yer
almışdır.
Professor
Rüstəm Kamalın təbirincə deyilərsə, Nizami Cəfərov
açıq məktublarında fərqli statuslarda -
türkoloq (“Akademik Mirfatıx Zəkiyevə aşıq məktub”),
ədəbiyyatşünas və tənqidçi (“Vidadi
Babanlıya açıq məktub”, “Yazıçı Afaq Məsuda
açıq məktub”), dilçi (“Professor Qəzənfər
Kazımova açıq məktub”), tarixçi (“ Akademik
İqrar Əliyevə açıq məktub”)
çıxış edir. Açıq, bəzən də sərt
polemikaya girir, ciddi söhbətdən çəkinmir.
Kitabdakı
digər məktublar - yazıçı İsa Hüseynova,
yazıçı Elçinə, şairlər Zəlimxan
Yaquba, Vaqif Səmədoğluna, professor Yəhya Kərimova,
akademiklər Ağamusa Axundova, Vasim Məmmədəliyevə
və başqalarına ünvanlanmış məktublar da
maraq doğurur.
Xalq qəzeti.- 2013.- 17 may.- S. 7.