Murat Bakır
yenidən TÜSİAB İdarə Heyətinin sədri
seçildi
Azərbaycan
Türk Sənayeçi və İşadamları Beynəlxalq
Cəmiyyəti (TÜSİAB) üzvlərinin 19-cu ümumi
yığıncağı keçirildi. “Hilton” otelinin “Sevda” salonunda
keçirilən yığıncaqda
Türkiyənin Azərbaycandakı səfirliyinin, Quzey
Kıprıs Türk
Cümhuriyyətinin Bakı təmsilçiliyinin əməkdaşları, millət
vəkilləri, Azərbaycan Sahibkarlar Konfederasiyası və mətbuat nümayəndələri
iştirak edirdilər.
Tədbirin
başlanğıcında hər iki ölkənin ulu öndərləri
Heydər Əliyev, Mustafa Kamal Atatürkün və Vətənimizin
azadlığı uğrunda mübarizədə
canlarını fəda edən şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan
və Türkiyənin dövlət himnləri səsləndi.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin
90-cı ildönümü münasibəti ilə
cəmiyyət tərəfindən
hazırlanmış film nümayiş etdirildi.
İclasda
çıxış edən Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının (ASK) sədri Məmməd Musayev
ölkələrimiz arasında əlaqələrin çox sürətlə
inkişaf etdiyini vurğulayaraq: “Türk iş
adamlarının səyləri nəticəsində Azərbaycan-Türkiyə arasında xarici ticarət
dövriyyəsinin 4,5 milyard dollara
çatdığını, bu rəqəmin gələcəkdə
10 milyard dollar olması üçün hamımızın
birlikdə çalışmağımızı” bildirərək
ümumi yığıncağın işinə uğurlar dilədi.
Quzey
Kıprıs Türk
Cümhuriyyətinin Azərbaycandakı diplomatik nümayəndəliyinin
rəhbəri Sadəttin Topukçu öz
çıxışında qonaqları salamlayaraq yeni
seçiləcək İdarə Heyətinə müvəffəqiyyətlər dilədi.
Azərbaycan Respublikası Milli Məclisinin
üzvü Musa Qasımlı: “Belə anlamlı və gözəl
bir gündə ümummilli liderimiz Heydər Əliyevi anan dəyərli iş
adamlarını və cəmiyyətin heyətini təbrik
edirəm. Taksim meydanında Xocalının 20-ci ilinin anım
tədbirlərində ən öndə bizimlə bərabər
TÜSİAB sədri və üzvlərinin iştirakı,
iş adamlarımızın milli məsələlərimizə
olan müsbət yanaşması bizləri çox məmnun
etdi”- deyərək yığıncağın işinə uğurlar arzuladı.
TÜSİAB
İdarə Heyətinin sədri Murat Bakır hər iki
ölkənin iqtisadi inkişafına toxunaraq, cəmiyyətin
qurulmasına xeyir-dua verən ümummilli lider Heydər Əliyevi
rəhmətlə yad edərək, fəaliyyətlərinə
göstərdikləri dəstəyə görə üzvlərə,
Azərbaycan dövlətinə, Türkiyənin Azərbaycandakı
səfirliyinə təşəkkürlərini bildirdi.
TÜSİAB İdarə Heyəti üzvlərinə təşəkkür plaketlərini təqdim edən Türkiyənin Azərbaycan Respublikasındakı səfiri Alpər Coşqun dedi: “Öncə Türkiyədəki terror hadisələrinə toxunaraq 43 vətəndaşımızı qətl edənləri nifrətlə qınayıram. Türkiyə Cümhuriyyəti hər keçən gün inkişaf etməkdədir və bu hadisələr ölkəmizdə sabitliyin pozulmasına yönəldilmişdir. Fəqət heç bir zaman bizləri yolumuzdan döndərə bilməyəcəklər. Türkiyə daha da inkişaf edərək bütün bu problemlərin qarşısını alacaqdır. Ümumi yığıncağınızı təbrik edir, hər iki ölkəmiz üçün xeyirli olmasını diləyirəm”.
Daha
sonra TÜSİAB üzvlərinin 85 faizinin iştirakı ilə keçirilən səsvermənin nəticələrinə
əsasən, Murat Bakır yenidən
TÜSİAB İdarə Heyətinin
sədri seçildi.
İdarə
Heyətininin sədri ilə birgə 14 nəfər İdarə
Heyətininin üzvləri, eyni zamanda qurumun Nəzarət Təftiş
və İntizam
komissiyalarının üzvləri seçildi.
Yığıncağın
sonunda İdarə Heyəti və TÜSİAB üzvləri
Murad Bakırı yenidən sədr seçilməsi
münasibətilə təbrik
etdilər.
İdarə Heyətinin sədri
öz növbəsində seçilən yeni heyət ilə
birlikdə TÜSİAB-ın fəaliyyətinə, iş
adamlarının qarşılıqlı əlaqələrinin
inkişafına davam edəcəklərini və daha böyük nailiyyətlərə
imza atmaq üçün səylə
çalışacaqlarını
söylədi.
A.SADIQOĞLU.
Xalq qəzeti.- 2013.- 17 may.- S. 7.