“AZPETROL”
Sumqayıtda yeni yanacaqdoldurma məntəqəsini
açdı
10 may 2013-cü il tarixində “Azpetrol” şirkəti
Sumqayıtda özünün yeni yanacaqdoldurma məntəqəsini
açdı. Bu, “Azpetrol”un sayca 81-ci yanacaqdoldurma məntəqəsidir.
Yeni məntəqənin açılışında
Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri
və digər qonaqlar iştirak
edirdilər.
Məntəqənin
açılışı zamanı “Azpetrol” şirkətinin
baş direktoru Hüseynağa Rəhimov öz
çıxışında qeyd etdi ki, bu gün şirkətimizin
yeni yanacaqdoldurma məntəqəsinin açılışı
bütün azərbaycanlılar üçün çox əziz
və əlamətdar bir günə - böyük və şərəfli
ömrünü Azərbaycan Respublikasının
çiçəklənməsinə və qüdrətlənməsinə
həsr etmiş ulu öndər Heydər Əliyevin doğum
gününə təsadüf etdiyindən xüsusilə əlamətdardır.
Əsası
hələ keçən əsrin 70-ci illərindən, yəni
ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik
etməyə başladığı dövrdən qoyulmuş
və yaşadığımız günlərdə
uğurla davam etdirilən yeni sənaye obyektlərinin
açılışı dayanmamış, abadlıq və
quruculuq işləri səngiməmiş, əksinə, daha
geniş vüsət almışdır.
Hüseynağa
Rəhimov onu da vurğuladı ki, özəl sektorun Azərbaycanda
gedən uğurlu proseslərdən bəhrələnərək
gündən-günə güclənməsi möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin birbaşa rəhbərliyi
və nəzarəti altında keçirilən uğurlu və
ardıcıl iqtisadi siyasətin məntiqi nəticəsidir.
Şirkətin
rəhbəri daha sonra qeyd etdi ki, hər bir yeni məntəqənin
istifadəyə verilməsi ilə yeni iş yerlərinin
açılması məsələsi həll olunur ki, bu da
bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir.
Bu baxımdan yeni açılan məntəqənin istifadəyə
verilməsi ilə 36 yeni daimi iş yerinin
açıldığını xüsusilə qeyd etmək
istərdim.
Bu
gün istifadəyə verilən yanacaqdoldurma məntəqəsini
inşa etdiyimiz zaman biz çalışmışıq ki, bu
yeni məntəqə daha zövqlü dizayna və istifadə
baxımdan daha əlverişli imkanlara malik olsun.
Azərbaycanda
avtomobil yanacağının pərakəndə
satışı ilə məşğul olan şirkətlər
arasında lider kimi tanınan “Azpetrol” şirkəti olaraq, biz əldə
etdiyimiz nailiyyətlərlə kifayətlənmir, daim inkişaf
haqqında düşünür və şirkətimizin
yanacaqdoldurma məntəqələri şəbəkəsinin
genişlənməsi üzrə işlər aparırıq.
Sonra
şirəktin rəhbəri H. Rəhimov 2013-cü ildə
qazanılan uğurlardan və beynəlxalq təşkilatların
şirkətin fəaliyyətinə verdikləri qiymət və
mükafatlardan söz
açdı.
Xalq qəzeti.- 2013.- 18 may.- S. 11.