Mənim “Ağ Şəhər”im
Yeni-yeni
prospektləri, rahat yolları,
möhkəm təməl üzərində inşa
edilən körpüləri və keçidləri, yeni park və xiyabanları qənirsiz gözəlliyi ilə insanlarda
xoş duyğular yaradır. Bu
hələ harasıdır. Böyük Bakının Baş
Planı ilə tanış olsanız görərsiniz ki,
yaxın gələcəkdə bu şəhər öz simasını sürətlə dəyişəcək.
Bu şəhərdə Qara Şəhərin
yerində salınacaq Ağ Şəhər
Bakının füsünkar gözəlliyinə yeni bir çalar əlavə
edəcək.
“Qaraşəhər”
adlanan sənaye zonasında həyata keçirilən Bakı
Ağ Şəhər layihəsi dünyanın ən iri,
müasir layihələrindən biridir. Bu şəhər ölçülərinə
görə Monakodan böyük
və “İçərişəhər”in ərazisindən 11
dəfə artıq olan 221 hektar ərazini əhatə edəcək və
o, Qafqaz regionunun ən iri layihəsinə çeviriləcəkdir.
Layihə başa çatdıqda, Ağ Şəhərin əhalisini sayına
görə Andorra
Knyazlığının əhalisi ilə müqayisə etmək
mümkün olacaqdır.
Bakı
Ağ Şəhər bir-biri ilə qonşu olan 10 kvartalı
birləşdirəcək. Hər bir kvartalın uğurlu inşası bütün
Baş Planın həyata keçirilməsi üçün
həlledici rol oynayacaq.
Tikintinin ümumi sahəsi 3,7 milyon
kvadratmetr təşkil edəcəkdir.
Burada 18 000 yaşayış və kommersiya vahidi olacaqdır.
Mütəxəssislərin fikrinə görə, burada 48 000 iş yerinin
açılması nəzərdə tutulub. Bakı Ağ Şəhər mövcud
olan Bulvar xəttini daha 1,3 kilometr uzadaraq, onu dünyada
ən uzun bulvara
çevirəcəkdir.
Ölçülərinə görə Bulvardakı çarxdan iki dəfə
böyük və Parisdəki məşhur
Seyretmə Çarxından (“Grande Roue de Paris”)
iri olan 65 metrlik Seyretmə Çarxı Dəniz Sahilinin yaraşığı olacaqdır. Bakı Ağ
Şəhərin 4 hektar ərazidə
yerləşəcək Fəvvarələr Meydanı
ölçülərinə görə mövcud
Fəvvarələr Meydanından (2 hektar)
böyük olacaqdır.
Bakı
Ağ Şəhərin bütün inciləri - çox vaxt
baxış dəhlizinin sonunda yerləşən və tikililər
arasında hündürlüyü və özünəməxsusluğu
ilə seçilən binalar, keçid kompozisiyaları və
körpülər şəhər mühitinə rəngarənglik
qatan unikal elementlər olacaqdır. Bu ərazidə regionun ən
iri ticarət mərkəzi – “Baku City Mall” yerləşəcəkdir.
Nobel
prospektindəki piyada keçidi vasitəsilə Bulvardakı
“Baku City Mall” ticarət mərkəzi ilə birləşən
müasir əyləncə və ticarət mərkəzi
Bakı Ağ Şəhərin Fəvvarələr
Meydanına yaraşıq verəcəkdir. Fəvvarələr Meydanında
yerləşəcək yeni metro stansiyası mövcud
Azadlıq - Xətai xəttinin davamı olacaqdır.
Ağ
Şəhərdə aşağıdakı ticarət və
infrastruktur obyektləri, idarə və təşkilatlar olacaq:
məktəb, 5 uşaq bağçası, 1 kinoteatr, 1
kitabxana, 3 mədəniyyət
kompleksi, 1 inzibati idarəetmə binası, 2 polis bölməsi,
1 yanacaqdoldurma məntəqəsi, 1 baytarlıq stansiyası, 1
xəstəxana, 5 sağlamlıq mərkəzi və s.
Nəqliyyat
məsələlərinə Babək prospektinin genişləndirilməsi
də daxildir (Ağ Şəhər
demək olar ki, Babək və Nobel prospektlərinin
arasında yerləşir). İctimai
yerlərdə isə 40 min avtomobil tutumlu yeraltı və
yerüstü dayanacaqlar
olacaq. Bulvar boyunca isə tramvay xətti
fəaliyyət göstərəcək. Gələcəkdə
xətt bütün dənizkənarı əraziləri
əhatə edə bilər.
Bunlar hələ Ağ Şəhərlə bağlı göstəricilərin heç də hamısı deyil. Bu şəhər öz gözəlliyi və müasirliyi ilə yaxın gələcəkdə yeni həyata qovuşacaq.
M.MÜKƏRRƏMOĞLU.
Xalq qəzeti.- 2013.- 19
may.- S. 7.