Qurtuluş dastanı”nın səhnə təəssüratı

 

İrəvan  Dövlət Azərbaycan  Dram Teatrının adı çəkilən tamaşası mənim üçün bir-birindən dəyərli olan cəhətləri ilə əlamətdar idi. Əvvəla, ona görə ki, bu tamaşa  əlli milyonluq Azərbaycan xalqının və bütövlükdə türk dünyasının ən görkəmli simalarından olan ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətiylə ərsəyə gələn ən yaxşı sənət nümunələrindən biri idi. İkinci, teatrın kollektivi həmin tamaşa ilə bir daha sübut etdi ki,  bu sənət ocağı həqiqətən böyük ədib Cəfər Cabbarlının adını daşımağa layiqdir.

Üçüncü, mən hələ qırx il əvvəl İrəvanda  - bu teatr  oradakı ata ocağında olanda  adı çəkilən kollektivin bir neçə tamaşasına baxmışdım. Cəfər Cabbarlının “Sevil”,  Hidayət Orucovun “Məhəbbət yaşayır hələ” əsərlərini  on illərdir  ki, yaddaşımda yaşadıram. Həmin səhnələr  mənim ürəyimə toxunmasaydı, yaddaşıma bu şəkildə yazıla bilməzdi. Mayın 7-də tamaşa etdiyimQurtuluş dastanı”nın  isə hafizəmə əbədi yazıldığına əminəm. Çünki orada Heydər Əliyevin, Cəfər Cabbarlının, bizim ata-baba yurdumuz olan İrəvanın adı vardı. Dördüncü, “Qurtuluş dastanı” mənim üçün birona görə doğma və əziz təsir bağışladı ki, bu tamaşanın təşəbbüskarı mənim qırx il yaşadığım, elə İrəvan Teatrının da son 20 ildə fəaliyyət göstərdiyi  Binəqədi rayonunun rəhbərliyi idi. Aşağıda bu məqamların hər biri barədə ayrıca söz açmağa çalışacağıq.

Söhbət ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətiylə təşkil olunmuş  yüzlərlə mədəniyyət tədbirinin ən yadda qalanlarından biri, şair-dramaturq İftixarın  “Qurtuluş dastanı”  əsəri əsasında hazırlanmış teatr tamaşasının premyerasından gedir. İrəvan teatrının 131-ci mövsümü çərçivəsində, Akademik Milli Dram Teatrının binasında  tam anşlaqla baş tutan  həmin premyerada  tamaşaçılara təkcə sənət əsəri təqdim olunmadı, həm də milli tariximizin çox dəyərli sənədli səhifələri vərəqləndi. Ən başlıcası, tamaşanın quruluşunu verənlər əsərin sonunda  ümummilli liderə böyük xalq məhəbbətinin təcəssümünü ifadə edərək məhz səhnədə, aktyor oyunu ilə  o böyük insanın abidəsini yaratdılar. Çox möhtəşəm və alqışlanmalı səhnə idi. Amma sözlə, ürəklərdə  yaradılan abidə bu abidədən heçkiçik deyildi.

 Əlbəttə, bu  sətirləri  bir teatrşünas və ya yazıçı, jurnalist qələmə alsaydı, mütləq ortaya sual qoyacaqdı: “Qurtuluş dastanı” nə üçün tamaşaçıların ürəyinə yol tapdı? Təbii ki, bu sualın cavabını əsərə tamaşa edənlərin hərəsi bir şəkildə verə bilər. Mən isə ixtisasca teatrşünasya jurnalist deyil, mədəniyyət mütəxəssisi olduğuma görə məsələyə bilavasitə öz prizmamdan yanaşacağam.

Müəlliflər -  tarixi dramın müəllifi, əməkdar mədəniyyət işçisi İftixar Piriyev,  quruluşçu rejissor, əməkdar incəsənət xadimi Oruc Qurbanov (o, eyni zamanda İrəvan Teatrının baş rejissorudur), tərtibatçı rəssam Xaqani Əliyev, əsərin ab-havasına uyğun musiqi tərtibatı verən Miranda Qurbanova,  tamaşanın ideya müəllifi və baş məsləhətçisi Xaləddin İsgəndərov, eləcə də siyasi məsləhətçi Vüsal İsmayılov  “Qurtuluş dastanı”nda Heydər Əliyev ömrünün Moskva, Naxçıvan və Bakı dövrlərini əhatə edən müxtəlif məqamlara müraciət etmişdilər. Bakı dövrünün başlanğıcında qardaş qırğınına rəvac verilmiş Gəncəyə səfər məsələsi də  gündəliyə gətirilir və böyük uğurla səhnələşdirilir.

Tamaşanın əvvəlində - Kremldə baş verən bir dialoq yaradıcı kollektiv tərəfindən elə incə məqamlarla zənginləşdirilmişdi ki, tamaşaçıda  iftixar hissi ilə ürək ağrıdan, təəssüf yaradan hisslər eyni səviyyədə yaşanırdı.  Belə ki, Heydər Əliyev  (əməkdar mədəniyyət işçisi İftixar Piriyev) onu istefaya göndərmək üçün israrla təkid edən Mixail Qorbaçovla  (Əjdər Zeynalov) dialoqdan qalib ayrılır. Çünki ulu öndər öz fəaliyyətindəki peşəkarlığa, prinsipiallığa və ən başlıcası şəxsi fəaliyyətinin həmişə təmiz olduğuna güvənirdi.  Onun SSRİ rəhbəri qarşısında nümayiş etdirdiyi məğrurluq və qətiyyət  həmsöhbətini geri çəkilməyə məcbur edir. Bu məqam tamaşaçıda ölçüyəgəlməz bir iftixar hissi yaradır. Ancaq bu sevinc çox çəkmir. Səhnə dəyişilir və Mixail Qorbaçov  Azərbaycana rəhbər təyin etdiyi adamlara müraciət edir ki, mən sizə  Heydər Əliyevin fəaliyyətinin  dərindən yoxlanılmasını və  zəhmətkeşlərin  ondan narazılıq ifadə edən məktublarının Moskvaya göndərilməsini tapşırmışdım. Bu prosesi sürətləndirin ki,  Heydər Əliyevin istefasına nail olaq. Yəni,  türk dünyasının ən görkəmli siyasətçilərindən olan Heydər Əliyev sapı özümüzdən olan baltaların köməyi ilə şantaj edilirMixail Qorbaçov onun istefasına nail olur. Yeri gəlmişkən, həmin dialoqdakı  başqa bir məqam isə tamaşaçıda SSRİ rəhbərliyinə olan münasibətin durulması baxımından  xüsusi əhəmiyyətli idi. Diqqət yetirək. Qorbaçov Heydər Əliyevi istefaya göndərməkdə israrlıdır. Heydər Əliyev bunun səbəbini soruşur:

Mixail Qorbaçov: - Səbəbi çox sadədir. Səhhətinizlə əlaqədar istefa verin, vəssalam.

Heydər Əliyev: -  Yoldaş Qorbaçov, mən qeyd etdim ki, mənim səhhətimdə heç bir problem yoxdur.

Mixail Qorbaçov: - Biz istəsək  problem taparıq...

Bu artıq ikiüzlü siyasət yeridən, milli ayrı-seçkilik prinsiplərini normal hal sayan,  erməni fitvası erməni diasporunun maddi dəstəyi  ilə fəaliyyət göstərən SSRİ rəhbərliyinin türk dünyasına qarşı xəyanətkar mövqeyindən xəbər verirdi. Eyni zamanda həmin həyat həqiqəti artıq teatr həqiqəti olaraq tamaşaçıya təkcə estetik təsir göstərmir, həm onu tarixi proseslərə ayıq başla münasibət bildirməyə çağırırdı.

Biz bu sətirlərdə tamaşaçılar tərəfindən maraqla qarşılanan  cəmi bir məqamı yada saldıq. Ancaq tamaşada Moskvadan Bakıya gələn təyyarəni həmişəkindən qat-qat artıq həyəcanla gözləyən adamların Heydər Əliyevi elə hava limanındaca fiziki cəhətdən  məhv etmək barədə tapşırığı yerinə yetirə bilməməsini,  Naxçıvan Muxtar Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin hələ 1918-ci ildə qaldırdığı üçrəngli dövlət bayrağının rəsmi dövlət bayrağı kimi qaldırılmasını, ulu öndərin Gəncə səfərini,  Ali Sovetin iclaslarındakı çıxışlarını, xüsusilə, onun mətbuat təmsilçilərinə olan dost münasibətini özündə əks etdirən çox dəyərli məqamlar vardır. Bu məqamların  qarşıya qoyulan məqsədə layiq səhnə ifadəsini tapması üçün tamaşanın hazırlanmasında xidməti olan hər kəs yüksək səviyyədə çalışmışdı.  O  qədər   aparıcı rol olmayan El şairi (əməkdar artist Vaqif Kərimov) , Ziyalı (əməkdar artist Vidadi Əliyev), bilavasitə akyor rolunu ifa edən xalq artistləri Elmira İsmayılova, Tamella Abdullayeva, əməkdar artist Esmiralda Şahbazova,  cəbhəçi deputat obrazını ustalıqla yaradan Natiq Həziyev başqaları yeni tariximizin doxsanıncı illərinin ictimai-siyasi proseslərinin reallığa uyğun şəkildə canlandırılması tapşırığının öhdəsindən bacarıqla gəlmişdilər.  Tamaşaçı onların ərsəyə gətirdiyi səhnə əsərini  sözün həqiqi mənasında bir dastanı seyr edirmiş kimi izləyirdi. Eyni zamanda teatrın yaradıcı heyəti səhnədə ulu öndərin ətrafındakı adamların mənfili-müsbətli bütün xarakterlərini ustalıqla aça bilmişdi.

Ümumiyyətlə, mən ölkənin teatr ictimaiyyətində baş verən proseslər, xüsusən, yeniliklərlə həmişə, dərindən maraqlanıram. Ancaq İrəvan Teatrının fəaliyəti, hazırladığı tamaşalar mənim üçün daha maraqlı daha əziz olur. Bunun da bir neçə səbəbi var. Əvvəlcə ona görə ki, 1948-ci ildə, Ermənistan azərbaycanlılarınınkönüllü surətdəErmənistandan Azərbaycana köçürülməsi zamanı İrəvan Teatrı da öz yurd -yuvasından çıxarılaraq bizim rayona, mənim doğulub böyüdüyüm Basarkeçərə (Göyçə mahalı) köçürülmüşdü. 1967-ci ildə isə bizim rayonun  o vaxtkı rəhbəri, mərhum Yunis Rzayevin təşəbbüsü Azərbaycan xalqının görkəmli oğlu Şıxəli Qurbanovun misilsiz dəstəyi ilə İrəvan Teatrı yenidən İrəvana köçürülmüşdü. Yeri gəlmişkən,  bu mədəniyyət ocağının tarixində ona on il rəhbərlik etmiş Firudin bəy Köçərlinin, 50 il teatrın direktoru olmuş  Yunis Nurinin, böyük sənətkar Hüseyn Ərəblinskinin (o, 1909-cu ildə İrəvan Teatrında Əbdürrəhim bəy HaqverdiyevinBəxtsiz cavanəsərini səhnələşdirmişdi), Zülfüqar Hacıbəyovun (o, 1912-ci ildə bu teatrda çalışmışdır) başqa görkəmli sənət adamlarının böyük xidməti olmuşdur. İrəvan Teatrı barədə söz düşəndə  ən çox rəhmət oxunan adamlar sırasında  isə bu teatra 1935-ci ildə Cəfər Cabbarlının adını verənlər dayanır. Elə teatrın bugünkü kollektivi yuxarıda qeyd etdiyimiz kimi  məhz  böyük ədib Cəfər Cabbarlının adına layiq fəaliyyət göstərir.

Teatrın ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətiylə hazırladığı  Qurtuluş dastanıadlı iki hissəli tarixi dram da bir tərəfdən adı çəkilən möhtəşəm yubileyə layiq idisə, digər tərəfdən adı 78 il bu teatrla yanaşı çəkilən Cəfər Cabbarlının adına layiq idi. Bu zaman başqa bir məqamı da xüsusilə vurğulamaq zərurəti var. Belə ki, bu gün Azərbaycanın ən iti sürətlə inkişaf edən, gündən-günə gülüstana  çevrilən rayonlarından biri məhz paytaxtın Binəqədi rayonudur. İndi bu rayonda tikinti-quruculuq, abadlıq müasirləşmə işləri getməyən heç bir küçə, tin qalmayıb. Bu, Azərbaycan insanına Heydər Əliyev qayğısının bir rayon miqyasında davam etdirilməsidir. Cənab Prezident bu qayğını ölkə miqyasında hansı səviyyədə davam etdirirsə, Binəqədi rayonunun rəhbərliyi bizim rayonda həmin tempi yaşadır.  Rayon rəhbərliyininQurtuluş dastanı”nın hazırlanıb ölkənin teatr ictimaiyyətinə bağışlanılması  barədə təşəbbüsü məhz ulu öndərin mədəniyyətə, xüsusən, teatra göstərdiyi qayğı diqqətin yaşadılması kimi qiymətləndirilir.  Bu tamaşa  isə yuxarıda qeyd etdiyimiz kimi  teatrsevərlərdə qılıncsız, qalxansız,  fəqət həqiqi bir qəhrəmanlıq dastanı təəssüratı yaratmışdır.

Biz bu  uğur münasibətilə teatr kollektivini təbrik edir, həmin qəbildən olan premyeraların Ağdamda, Şuşada teatrın özünün ərsəyə gəldiyi İrəvanda tamaşaçılara təqdim olunmasını arzulayırıq. O günü mən daha çox arzulayıram-desəm, bəlkə ifrata varmış olaram. Amma, necə olsa da mən o fikirdəyəm. İrəvan teatrına uşaqlıq illərimdə baxdığım kimi yenə İrəvanda baxmaq istəyirəm...

 

 İsgəndər NAMAZOV

 

 Xalq qəzeti.- 2013.- 19 may.- S. 7.