Uşaqlara qüsursuz nitq!
BMT-nin xüsusi
proqramı əsasında fəaliyyət göstərən
Türkiyənin tanınmış Ritm Konuşma Mərkəzi uşaqlarda
nitq qüsurlarını vaxtında aradan qaldırmağı hədəfə
alıb. Baş ofisi İstanbul şəhərində yerləşən
humanitar qurumun
Türkiyənin müxtəlif bölgələrində geniş şəbəkəsi var.
Mərkəzin
ölkəmizdəki filialı Səbail rayonunun Badamdar qəsəbəsində
açılmışdır. Bu, mərkəzin
Azərbaycanda yerləşən rəsmi nümayəndəliyidir
və Ritm Danışma Mərkəzi kimi tanınır. Burada balaca uşaqlar, həm də
yaşlılar qısa müddətdə kəkələmə,
nitqdə ləngimə, hərf pozuntusu və
digər nitq qüsurlarından azad ola bilərlər. Uşaqlara əziyyət verən kəkələməni
iki həftəyə aradan
götürmək mümkündür. Mərkəzin
icraçı direktoru Şəlalə Quliyeva bildirdi:
– Mərkəzimiz
nitqin inkişafında qüsurları aradan qaldırmaq və
onun qarşısını almaq üçün xüsusi təlim-tərbiyə
sistemi tətbiq edir. Metodika ilə uşaqlarda olan nitq qüsurlarının növləri,
onların patologiyası, fizioloji–psixoloji araşdırılması, təhlili,
xəstəliklərin yaranma səbəblərinin
öyrənilməsi, müayinəsi və korreksiya
işi əhatə olunur.
Düzgün və səlis nitqin olmaması uşaqları utancaq,
özünə qapanmış, aqressiv edir. Məktəbdə belə uşaqlar
özlərini daha çox
narahat hiss edirlər,
ünsiyyətə girməkdən, kollektivdə olmaqdan çəkinirlər. Bu
isə azyaşlıların ümumi
inkişafına pis təsir göstərir.
Uşaqlarda
düzgün nitq mədəniyyətinin inkişaf etdirilməsi
vəzifəsinin uğurla həyata keçirilməsi
üçün mərkəzin əməkdaşları əllərindən
gələni əsirgəmirlər. Bu
mürəkkəb işin öhdəsindən
gəlməyə, uşaq və valideynlərin
etibarını qazanmağa çalışırıq.
Tətbiq etdiyimiz korreksiya
proqramı 3 aylıq təlim və məqsədləri nəzərdə
tutur. Mütəxəssislərimiz
3-4 yaşdan tutmuş
80 yaşa qədər şəxslərdə
kəkələmə, nitqdə ləngimə, hərf pozuntusu, artekulyasiyanın və psixoloji funksiyaların pozuntularının aradan qaldırılması, müsbət sosial-emosional durumun bərpası,
dilin və düşüncənin inkişaf etdirilməsi prosedurlarını uğurla aparırlar.
Vaxtaşırı
məşqlər türk mütəxəssislərin
iştirakı ilə keçirilir. Mərkəz
yaxşı maddi-texniki baza,
müasir kompyuter
texnologiyası ilə təchiz edilib. Bütün dərs vəsaitləri, elektron yazılı və şifahi
tədris proqramları Türkiyədən gətirilib.
S.Qarayeva sonda
dedi:
– Son zamanlar bəzi müəssisələrdə psixologiya və defektologiya üzrə təhsilləri olmayanlar özlərini psixoloq kimi təqdim edirlər. Onlara müraciət edən insanlar aldadılmış vəziyyətdə qalırlar. Belə halları nəzərə alıb uşaqları nitq problemləri yaşayan valideynləri mərkəzimizə dəvət edirik. Fiziki və mənəvi cəhətdən sağlam gənc nəslin yetişdirilməsi cəmiyyətin gələcəyinə xidmət edir və biz bu işə öz töhfəmizi veririk.
R.TAHİR
Xalq qəzeti.- 2013.- 19
may.- S. 6.