Heydər Əliyev
ömrü sonetlərdə
Ulu
öndər Heydər Əliyevin
90 illik yubileyi ilə bağlı buraxılan
çoxsaylı kitablar içərisində
tanınmış ədib Sabir Mustafanın
“Qayıdış” poeması janr baxımından orijinal bir əsər olub ümummilli
liderin xalqa həsr olunmuş
mübarizə yoluna işıq salan ilk irihəcmli sonetdir. Avropa ədəbiyyatının
məşhur poetik janrında
türk sonetlərini yaratmış şair bu
əsərlə ulu
öndərə sonsuz məhəbbətini ifadə
etməyə nail
olmuşdur.
Sabir
Mustafa şair-tərcüməçi kimi Azərbaycan ədəbi-mədəni
mühitində yaxşı
tanınan sənətkardır.
Onun həm tərcümələri,
həm də orijinal əsərləri özünəməxsusluğu,
bədii dəyəri ilə
seçilir. Modern şeir
texnologiyalarına
sıx-sıx müraciət edən şair-tərcüməçi,
eyni zamanda, xalq dilinin zəngin imkanlarından faydalanmaqla, həqiqətən,
mükəmməl üslub nümayiş etdirir.
“Qayıdış” poeması,
mənim fikrimcə, bu
mövzuda
yazılmış ən uğurlu
əsərlərdən
biridir. Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin ikinci dəfə
xalqın istəyilə hakimiyyətə gəlməsi, məhv olmaq təhlükəsilə üzləşmiş ölkəni xilas
eləməsi və müstəqil dövlət qurması
poemada konkret obrazlarla,
lirik detal və təfərrüatlarla
əks etdirilmişdir.
Şairin ən böyük yaradıcılıq xidməti
ondan ibarətdir ki, sadəcə, tərənnüm yolu ilə getməmiş, dövrün mürəkkəb ziddiyyətlərini, ictimai-siyasi problemləri kifayət
qədər qabarıq verməklə, Heydər Əliyev şəxsiyyətinin qüdrətini, ağır vəziyyətlərdən çıxmaq məharətini, siyasi
intellektini, düzgün qərar
qəbul etmək əzmini,
mübarizliyini
ustalıqla göstərə
bilmişdir:
Onu sarsıtmadı, nə qəm,
nə əzab,
Sabaha əbədi yollar çəkirdi.
Özü müstəqillik, adı inqilab
Azad respublika, saray tikirdi...
Sabir Mustafa
“Qayıdış” poemasında
öz mötəbər qəhrəmanını (ümummilli lider!)
yalnız milli tarixi şəxsiyyət kimi yox,
həm də bütöv
bir xalqın iradəsinin, ideallarının parlaq
ifadəçisi kimi təqdim etmiş, onun obrazında
millətin qüdrətini, istedadını əks etdirmişdir. Şair əmindir ki,
ancaq Azərbaycan xalqı kimi
qürurlu, azadlıqsevər, vətənpərəvər bir xalq
Heydər Əliyev kimi
möhtəşəm (və milli!) siyasət dahisi,
böyük dövlət (və
millət!) qurucusu yetişdirə
bilər:
Yaratdı yurdumda azad bir aləm,
Hər ürəkdə ürək, hər canda candır.
Mənim şah əsərim
bu yeni nəğməm,
Onun şah əsəri Azərbaycandır!
Poemada müəllifin özünəməxsus üslubu orijinal poetik formalarla ənənəvi folkor-dastan
təhkiyəsini
ustalıqla birləşdirməsində,
xalq bədii təfəkkürünün müdrik, səmimi intonasiyasına əsaslanmasında təzahür edir. Əsərin elə məqamları
var ki, oxucunun yadına “Dədə Qorqud”un, “Koroğlu”nun tanış
(və doğma!) təhkiyəsini,
ritmini və ümumən bədii təəssüratını gətirir. Ona görə də əsər, bütövlükdə,
yeni bir qəhrəmanlıq
dastanı
təsəvvürünü yaradır ki, bu da tamamilə
təbiidir. Çünki
Heydər Əliyev xalqımızın yaddaşına əzəmətli
bir dastan qəhrəmanı kimi daxil olmuşdur.
Heç
şübhəsiz, şair ümummilli
lider haqqında bundan sonra da gözəl əsərlər yaradacaqdır. Ancaq Sabir Mustafanın ürəklə,
istedadla qələmə
aldığı
“Qayıdış” poeması öz təravətini heç zaman itirməyəcəkdir.
Nizami CƏFƏROV,
Milli Məclisin komitə
sədri,
AMEA-nın müxbir üzvü
Xalq qəzeti.- 2013.- 19 may.- S. 5.