Yalançı
tamahkarı necə aldadır...
Dağıdıcı
müxalifətin nümayəndələri aldadıb mitinqlərə
cəlb etdikləri adamlara vəd verdikləri pulu
ödəməkdən boyun
qaçırırlar
Azərbaycanda
keçiriləcək növbəti prezident seçkiləri
yaxınlaşdıqca radikal
müxalifət nümayəndələri anti - Azərbaycan
dairələrlə əlaqəyə girərək onların
sifarişləri əsasında ölkədə
çaşqınlıq yaratmağa, ictimai-siyasi sabitliyi
pozmağa cəhd edirlər. İctimai Palata adlı qondarma
qurumun təsisçilərindən olan AXCP və Müsavat
Partiyasının rəhbərləri artıq bu çirkin oyunun
oyunçularına çevriliblər . 20 ilə
yaxındır ki, heç bir faydalı əməklə məşğul
olmayan dağıdıcı müxalifət nümayəndələri ermənipərəst qüvvələrdən
aldıqları qrantlar hesabına ölkəmizin beynəlxalq
aləmdə getdikcə artan nüfuzuna xələl gətirmək
istəyirlər. Xalq belə ünsürləri rədd
etdiyindən onlar da öz çirkin məqsədlərinə
nail ola bilmirlər.
Radikal
müxalifət nümayəndələrinin xarici himayədarlarından
aldıqları çirkli pullar hesabına mitinq və digər
aksiyalar keçirmək cəhdləri də heç bir nəticə
vermir. Bunun əsas səbəblərindən biri
dağıdıcı müxalifətin mitinqlərə
çağırdıqları adamları aldatmalarıdır.
Artıq onların yalan vədlərinə inanan yoxdur.
Çünki sadəlövh adamlar dəfələrlə
onların yalanlarının “qəhrəmanı” olublar. Bu
günlərdə Masallı rayonundan redaksiyamıza
ünvanlanmış bir məktubda da radikal müxalifətin
yalan vədlərinə aldanmış bir qrup şəxsin
narazılığı öz əksini tapıb. Həmin məktubda deyilir ki, AXCP rəsmisi Fuad Qəhrəmanlı
bu yaxınlarda Masallı rayonunda olub.
Abuşov
Mübariz Hüseyn oğlu, Eynullayev Nazim Gülağa oğlu
və Rzayev Sahib Mirzə oğlu tərəfindən
ünvanlanmış müraciətdə bildirilir ki, bu il mayın 11-də səhər saat
10-da işə gedərkən
AXCP - nin Masallı rayon təşkilatının rəsmisi Məmmədağa
Eynullayevin adamı bizə
yaxınlaşıb dedi
ki, sabah, yəni mayın
12-də saat təqribən
15:00 radələrində rayonda
onların yığıncağı keçiriləcək.
O, yığıncaqda iştirak edən hər kəsə 15
manat pul veriləcəyini bildirdi.
Biz də
- Mübariz , Nazim və Sahib
razılaşdıq ki, üçümüz də gedək
iştirak edək. Fikirləşdik ki, oturduğumuz yerdə
15 manat qazanacağıq. Belə
yerdə deyiblər ki, yalançı tamahkarı aldadar. Sonra
öyrəndik ki, bizi ora dəvət edən adamın adı
Yaqubdur. O dedi ki, arxayın olun,
özünüzlə də nə qədər adam gətirə
bilirsinizsə gətirin. Hamısına pul paylanacaq. Biz də
səhərisi gün, mayın 12-də saat 15 radələrində
onların iclas keçirdikləri yerə getdik və
iştirak etdik. Sonra da
oturub gözlədik. İclas qurtarandan sonra vəd etdikləri
pulu istəyəndə təşkilatçılarla aramızda
mübahisə düşdü. Çünki
heç kim pul vermək istəmirdi.
Bizi ora dəvət edən
bildirdi ki, pulumuzu Məmmədağanın yaxın
adamı olan Yaqubdan
istəyək. O isə dedi ki, qoy Məmmədağaya
deyim, görüm nə
deyir. Sonra isə hərəmizə
5 manat pul verdilər və
dedilər ki, qalan 10
manatı da Bakıdan gələn qonaqlar verəcəklər. Öyrəndik ki, Bakıdan gələn
qonaqlardan biri AXCP sədrinin müavini
Fuad Qəhrəmanlıdır və bizə pulu o verəcək. Çox
gözlədik, lakin bizə
yaxınlaşan olmadı. Bir azdan sonra bizə dedilər
ki, dağılışın, pul olmayacaq. Öyrəndik
ki, Fuad Qəhrəmanlı
gizlincə maşına oturub aradan
çıxıb.
Aldadılmış
adamlar tələb etsələr
də, nə Məmmədağa, nə də onun nə yaxın adamı olan Yaqub
pulun qalan hissəsini verməyib. Redaksiyamıza müraciət
edənlər AXCP funksionerinin bu dələduzluğu,
fırıldağı barədə digər kütləvi informasiya
vasitələrinə də, o cümlədən “Azadlıq”qəzetinə də məktub ünvanladıqlarını
bildiriblər.
Biz
radikal müxalifətin insanları dəfələrlə
aldadaraq mitinqlərə və digər aksiyalara cəlb etdikləri
barədə məlumat vermişdik. Üstəlik bəzi sadəlövh
və asan qazanc əldə etmək istəyən bir qrup şəxsin
belə yalanlara aldandıqları barədə də dəfələrlə
yazmışdıq. Hətta pul üstündə dava -
dalaş düşdüyünün də şahidi
olmuşuq. Budəfəki ikrah doğuran hadisə barəsində
isə məlumat verən elə AXCP üzvlərinin özləridir.
Artıq onlar bir-birilərinin iç üzlərini
açmağa başlayıblar.
Qondarma İctimai Palatanın üzvlərinin, həmçinin
AXCP və Müsavat Partiyası
rəhbərlərinin və fəallarının yalanları,
ermənipərəst dairələrlə işbirliyi
qurmaları və mütəşəkkil
cinayətkar dəstə formalaşdırmaları barədə
artıq öz həmfikirləri və cəbhədaşları tərəfindən məlumatlar yayılır. Buna
görə də həm Əli Kərimlinin, həm də
İsa Qəmbərin sədrlik etdikləri partiyalardan istefa
verənlərin sayı getdikcə çoxalır.
AXCP
idarə heyətinin üzvü, partiyanın
yaradıcılarından biri, Xaliq Bahadırın həm
üzvü olduğu partiyadan, həm də qondarma İctimai Palatadan istefa verməsinin
əsas səbəbi müxalifətin ermənilərlə əməkdaşlığı
və mütəşəkkil cinayətkar dəstə
formalaşdırması olmuşdur. X.Bahadır açıq
şəkildə bildirib ki, İctimai Palatanın Koordinasiya Şurasının bəzi
üzvləri xarici kəşfiyyat orqanlarının agentləridir.
“Azərbaycan müxalifətində mütəşəkkil
cinayətkar dəstə formalaşıb” - deyən
X.Bahadır AXCP sədri Əli Kərimlinin də bu dəstəyə
qoşulduğunu iddia edir. Sabiq cəbhəçi bildirib ki,
partiyanı biznes sahəsinə çevirən və mütəşəkkil
cinayətkar dəstə ilə əlbir olan müxalifət
nümayəndələri bu yolla övladlarını xarici
ölkələrdə ən bahalı məktəblərdə
oxutdururlar. Onun dediyinə görə, Əli Kərimlinin
oğlu Londonda təhsil alır.
X.Bahadır
müsavatçıların da övladlarının xarici
ölkələrdə təhsil almaları barədə məlumat
verərək deyir: “Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılı iki
övladını xaricdə oxudur, amma mənim
uşaqlarım hələ xaricdə olmayıb. Hansı pulla?
Amma mən uşaqlarımı burda oxutmağa pul tapmıram.
Hələ çoxlu başqa faktlar var ki, onları demirəm.
Hər şey gün kimi aydındır. İctimai Palata bu məsələlər
üzündən hələ o vaxtdan dağıldı”.
X.Bahadır
müxalifətin yeni yaradılan birliklərini də əhəmiyyətsiz,
mənasız qurumlar adlandırıb. Onun qənaətinə
görə, yeni yaradılan qurumlar da mütəşəkkil
fırıldaqçı dəstə formalaşdıran
müxalifət nümayəndələrindən ibarət
olacaq. Çünki bu dəstə xarici himayədarlarından
külli miqdarda qrantlar alır və əsas məşğuliyyəti
isə ölkədə qarışıqlıq salmaq,
parçalanma yaratmaqdır. O, Milli Şuranın tərkibinin
də tanış simalardan ibarət
olacağını bildirib: “Oyunçular ayrı olsaydı, bəlkə
də Milli Şuradan nəsə gözləmək olardı.
Son 20 ildə birliklər yaradan, sonradan həmin birlikləri
dağıdan, axırıncı dəfə İctimai
Palatanı bitirən adamlar Milli Şuranı da o günə
salacaqlar. Azərbaycan müxalifətində mütəşəkkil
cinayətkar dəstə formalaşıb. Həmin dəstə
yaradılan birlikləri dağıda-dağıda gedir. O dəstə
yenə bütünlüklə Milli Şuraya gedəcək,
orda da öz “işlərini” görəcək”.
Sabiq
cəbhəçi deyib ki, bəzi
müxalifət
partiyaları qarşıdan gələn prezident
seçkilərinə özlərinin biznes sahələri kimi baxır. Əslində,
müxalifət nümayəndələri çox
yaxşı bilirlər ki, onların bu seçkilərdə
heç bir şansları yoxdur. Ancaq yaranmış fürsətdən
istifadə edərək “qaz vurub, qazan doldurmaq” istəyirlər.
X.Bahadırın sözlərinə görə, İsa Qəmbər
Müsavatı biznes partiyası kimi əlində saxlayıb və bundan sonra da saxlayacaq. Hələ
prezident seçkilərinə xeyli vaxt qalsa da, İsa Qəmbər
öz namizədliyini elan etdi. Əslində isə
müsavatçılar qurultay keçirməli, prezidentliyə
namizədlik məsələsini müzakirə etməli, sonra
isə kiminsə namizədliyini irəli sürməli idilər. Yalandan deyirlər ki, guya qurultay
üçün yer vermirlər. Yoxsa, Azərbaycanda qurultay
keçirməyə yer tapılmır? Onlar qurultay keçirməmək
üçün yer söhbətini problemə çeviriblər.
Mən 2010-cu ildən bəri deyirəm ki, Müsavat qurultay
keçirməyəcək. Artıq proqnozlarım
özünü doğrultmaqdadır. X.Bahadır deyib ki,
müsavatçıların İsa Qəmbərin prezidentliyə
namizədliyini irəli sürmələri komedik faciədir.
Fikir verin, Müsavatın Divanı yığışaraq qərar
verir ki, İsa Qəmbər prezidentliyə namizəd olacaq.
Bütün bunlar onu göstərir ki, müxalifətin ideyası yoxdur.
İdeyasızlıqla həyatda heç nəyə nail olmaq
mümkün deyil.
Radikal
müxalifətin daxili aləmi, xəbisliyi və Azərbaycanın
düşmənləri ilə işbirliyi qurması artıq
özləri tərəfindən etiraf olundu. Xalq isə belələrini
qətiyyətlə rədd edir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2013.- 21 may.- S. 6.