Ölkədə
turizmin inkişafı yeni perspektivlər vəd edir
Azərbaycanın füsünkar təbiəti,
zəngin tarixi və mədəniyyət
abidələri turizmin inkişafı
üçün güclu
stimul yaradır. Son illər bu istiqamətdə həyata
keçirilən davamlı tədbirlər bu sahənin tərəqqisində əhəmiyyətli
rol oynamışdır. Ölkə
başçısının daim diqqət mərkəzində
olan turizm sahəsində qəbul olunmuş dövlət
proqramları və Prezident sərəncamları bir daha təsdiq edir ki, yaxın gələcəkdə
Azərbaycan inkişaf etmiş turizm ölkəsinə
çevriləcəkdir. Heç təsadüfi deyil ki, 2011-ci
ili cənab Prezident ölkədə “Turizm ili” elan etmişdi.
Ötən
ilin yekunları da bir daha təsdiq edir ki, həqiqətən,
Azərbaycanda turizm yüksələn xətlə inkişaf
etməkdədir. Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramının qəbul edilməsi turizmin inkişafına güclü
təkan verdi. Bu vaxta kimi
proqramın icrası çərçivəsində
regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək,
turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin
səfərlərini mütəmadi
şəkildə təşkil etmək, eyni zamanda, daxili turizm
bazarının fəallığını artırmaq məqsədilə
müvafiq layihələr həyata keçirilmişdir.
Dövlət
Proqramının icrasını təmin etmək məqsədilə
ölkəmizin bütün bölgələri üzrə
“Kulinariya turu” mədəni turizm marşrutlarının
yaradılması planlaşdırılmışdır.
İlkin mərhələdə Qubada rayon mədəniyyət
və turizm şöbəsi, Milli Kulinariya Mərkəzi və
“Vitory Tour” turizm şirkətinin təşkilatçılığı
ilə “Kulinariya turu” adlı mədəni turizm marşrutu
üzrə infotur keçirilmiş və marşrut
pasportlaşdırılmışdır.
Bununla
yanaşı, nazirliyin dəstəyi ilə
İsmayıllı Rayon Mədəniyyət və Turizm
Şöbəsi, Lahıc İnformasiya Mərkəzi,
AMEA-nın Folklor İnstitutu, “Millennium Turizm Kongress” turizm
şirkəti tərəfindən “Qırx otaq Əfsanələri”
və “Fit dağı əfsanələri” adlı mədəni
və ekoturizm marşrutları üzrə turizm şirkətlərinin və
KİV nümayəndələrinin iştirakı ilə
infotur keçirilmiş və marşrut
pasportlaşdırılmışdır.
İlkin olaraq qeyd etməliyik ki, ötən il
xarici ölkələrlə turizm əlaqələri
qurulması istiqamətində aparılan işlərin
miqyası xeyli genişlənmişdir. İkitərəfli
və çoxtərəfli əməkdaşlıq bu sahədə
öz müsbət nəticələrini verməkdədir.
Çoxtərəfli əməkdaşlıq münasibətlərinin
qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin
prioritet istiqamətlərindən biri olduğunu nəzərə
alaraq Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya
Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası,
İslam Konfransı Təşkilatı (İKT), Müstəqil
Dövlətlər Birliyi (MDB), Demokratiya və İqtisadi
İnkişaf Naminə - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq
Təşkilatı (İƏT) və s. beynəlxalq təşkilatlarla
turizm sahəsində əməkdaşlığın təşkil
edilməsi, mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə
fəal iştirakın təmin edilməsi, həmçinin
yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa
dair sənədlərin imzalanması istiqamətində səmərəli
və mühüm fəaliyyətini davam etdirmişdir.
Azərbaycanın
turizm imkanlarının xarici ölkələrdə təbliğ
edilməsi məqsədilə Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən
müxtəlif vaxtlarda İtaliyanın “Classis Assoiation”,
“Italian Multimedia Group Sri” şirkətlərinin, Cənubi
Koreyanın “Educational Broadasting System” dövlət televiziya
kanalının, Almaniyanın
media nümayəndələrinin, Rusiyanın “Kommersant FM”
radiosunun və Yaponiyanın “Turistlərin cəlb olunmasına
dair GUAM-ın vahid turizm məhsulu” layihəsi çərçivəsində
bu ölkənin kütləvi informasiya vasitələri
nümayəndələrinin ölkəmizə press-turları
təşkil edilmişdir. Bakı
şəhərində Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı
(BMÜTT) və Azərbaycan Turizm Assosiasiyasının birgə
təşkilatçılığı ilə “İpək
Yolunun tamı: kulinariya, mədəniyyət və turizm”
adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda bir neçə ölkənin
nümayəndələri iştirak etmişlər.
Mədəni
turizm marşrutlarının sertifikatlaşdırılması
ilə əlaqədar ilkin işlər
görülmüşdür. Belə ki, Avropa Mədəni
Turist Marşrutları İnstitutu tərəfindən müəyyənləşdirilmiş
kriteriyalara əsasən Aleksandr Düma mədəni turist
marşrutunun sertifikatlaşdırılması işinə başlanılmışdır.
Ötən
il Azərbaycan nümayəndə
heyəti bir sıra beynəlxalq
turizm sərgisində iştirak etmiş, həmin sərgilərdə
Azərbaycanın turizm potensialını əks etdirən
eksponatlar nümayiş olunmuşdur. Madrid şəhərində
“FİTUR”, ABŞ-ın Los-Anceles şəhərində “Los
Anceles Times Travel Show 2012”, Türkiyənin İstanbul şəhərində
“EMİTT 2012”, İtaliyanın Milan şəhərində
“BİT 2012”, Litvanın Vilnüs şəhərində
“VİVATTUR 2012”, Yaponiyanın Tokio şəhərində
“CATA 2012”, Almaniyanın Berlin şəhərində
“İTB-2012” və s. kimi beynəlxalq
turizm sərgilərində Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi iştirak etmiş və bu sərgilər
Azərbaycanın turizm potensialının təbliğində
əhəmiyyətli rol oynamışdır.
Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə “AITF-2012” beynəlxalq turizm və səyahətlər sərgisi keçirilmişdir. Sərgiyə həmçinin Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilmişdir. Sərginin tərəfdaşları qismində ”AZAL" şirkəti (rəsmi hava daşıyıısı), “Hilton Baku” , “Qafqaz Point” otelləri (rəsmi mehmanxanalar) və “Greenwih Travel lub” şirkəti (rəsmi tur-operator) çıxış etmişlər. “SW Travel” (Azərbaycan) şirkəti ardıcıl olaraq ikinci ildir ki, “AITF” sərgisinin sponsoru olmuşdur.
“Eurosport”
kanalı ilə nazirlik arasında ölkəmizin təbliği
ilə bağlı müqavilə imzalanmışdır.
“BMİ Voyager”, “Business Year” jurnallarında və “MİTT” sərgisinin
rəsmi kataloqunda Azərbaycanın turizm potensialına dair
reklam səhifələri yerləşdirilmişdir.
“Euronews”
telekanalı ilə əməkdaşlıq çərçivəsində
“V Qəbələ musiqi festivalı”, “Caz festivalı”,
“Üzeyir Hacıbəyli adına Beynəlxalq musiqi
festivalı” və “VI Beynəlxalq Rostropoviç adına
musiqi festivalı” həmin
telekanalın “Le Mag” verilişində
işıqlandırılmışdır.
Ümumdünya
Turizm Təşkilatının proqnozlarına görə, 13
dekabr 2012-ci il tarixinin simvolik olaraq dünya üzrə
milyardıncı turistin beynəlxalq səyahət tarixi kimi
qeyd olunduğunu nəzərə alaraq, “Azərbaycan Hava
Yolları”nın Bakı-London reysində uçan hər bir sərnişinə
simvolik olaraq Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən müvafiq sertifikat təqdim
edilmişdir. Bununla da, Ümumdünya Turizm Təşkilatına
üzv olan hər bir ölkə kimi Azərbaycan da
“Milyardını Turist” aksiyasına qoşulmuşdur.
Azərbaycanda bu il də turizm sektorunun sürətlə
inkişaf etdirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev Nazirlər
Kabinetinin 2013-cü ilin birinci rübünün
yekunlarına həsr
olunmuş müşavirrədəki
çıxışında demişdir: “Eyni zamanda, mən son illər ərzində
Azərbaycanda turizmin sürətlə inkişafını
qeyd etmək istəyirəm. Xüsusilə birinci rübdə
bu sahədə çox əlamətdar hadisə baş
vermişdir - “Şahdağ” Xizək Mərkəzi fəaliyyətə
başlamışdır. Bu da hesab edirəm ki, əlamətdar
hadisədir. Çünki heç bir dövrdə Azərbaycanda
dağ-xizək mərkəzi olmamışdır. Qonşu
ölkələrdə olmuşdur. Ancaq Azərbaycanda
olmamışdır. Hesab edirəm ki, bu layihənin icra edilməsi
artıq öz səmərəsini göstərir. Dövlət
əsas texniki və maliyyə yükünü öz üzərinə
götürmüşdür. Bu da təbiidir. Bu da özəl
sektora, regionun inkişafına verdiyimiz töhfədir”.
Aprel
ayının əvvəlində
Bakıda “AİTF 2013” XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirildi. Bu il
”AİTF-2013" sərgisində 35 ölkədən 60-dan
çox istiqaməti təmsil edən 251 şirkət
iştirak edirdi. Sərgidə bir çox ölkənin milli
stendlərinin fəal iştirakı artıq ənənəyə
çevrilmişdir. Builki sərgidə rekord sayda - 20 stend
öz milli ekspozisiyası ilə iştirak etmişdir.
Onların arasında sərginin daimi
iştirakçıları olan Türkiyə, Rusiya,
Gürcüstan, Bolqarıstan, Kipr, Çexiya, Birləşmiş
Ərəb Əmirlikləri, Sloveniya və Misirin milli
qrupları vardır. Fransa, Macarıstan, İndoneziya, İran,
Monteneqro, Mərakeş, Ukraynanın Krım Muxtar
Respublikası, Tayiland və Tunisin milli qrupları isə bu il
ilk dəfə sərgiyə qatılmışlar. Mədəniyyət
və Turizm Nazirliyi bu il 20-yə yaxın beynəlxalq turizm
sərgisində iştirak etməyi
planlaşdırmışdır.
Yeni mehmanxanalar inşa edilir, əvvəlkilərdən bəziləri təmir olunaraq yenidən istifadəyə verilir, turistlərin rahat istirahəti üçün gözəl şərait yaradılır. Əgər inkişaf bu templə davam etsə yaxın gələcəkdə Azərbaycana turistlərin axını daha da sürətlənəcəkdir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 21 may.- S. 7.