Berlin-Bakı Qalereyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş sərgi açılmışdır

 

Berlin-Bakı Qalereyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə Bakı Dövlət Mədəniyyət İncəsənət Universitetinin yaranmasının 90 illiyinə həsr edilmiş sərgi açılmışdır.

Sərgidə İncəsənət Universitetinin üç dosenti - Aytən Rzaquliyeva, Sevda Sadıxbəyova Aysel Əzizovanın rəngkarlıq əsərləri nümayiş etdirilmişdir.

Sərgini qalereyanın icraçı direktoru Ebrahim Ehrari açaraq demişdir ki, ilk dəfədir rəssamlığı tədris edən müəllimlərin sərgisi açılmışdır sərgidə hər rəssamın 6 əsəri nümayiş etdirilir.

Rəssam Sevda Sadıxbəyova çıxış edərək sərginin Ebrahim Ehrari İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyevin birgə təşəbbüsü ilə təşkil edildiyini qeyd etmişdir. O, sərgidə iştirak edən rəssam həmkarlarının üslub etibarilə bir-birilərindən fərqləndiklərini bildirmişdir. Rəssam sərginin təşkilatçılarına və göstərdikləri marağa görə qonaqlara təşəkkürünü bildirmişdir.

Sərgidə Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin və Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin əməkdaşları, diaspor təşkilatlarının təmsilçiləri, jurnalistlər, alman rəssamları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 

 

Vüqar SEYİDOV

AzərTAc

Berlin

 

Xalq qəzeti.- 2013.- 22 may.- S. 2.